шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

Riyaziyyat və onun tədrisi texnologiyası kafedrası

 

Riyaziyyat və onun tədrisi texnologiyası kafedrası

 

 4.Cəfərov Allahverdi dos  1Adıgözəlov Azadxan Profes  3Sadıqov Akif Dos  2Əliyeva Tinatin Dos 5.Nəsirov Novruz dos 
 Cəfərov Allahverdi
Kafedra müdiri
Dosent
Adıgözəlov Azadxan
Professor
 Sadıqov Akif
Dosent
Əliyeva Tinatin
Dosent
Nəsirov Novruz
Dosent 
7.abdullayeva Cəmilə b.m   8Abdullayeva Məlahət b.m  9.Həsənova Solmaz b.m  10.Məmmədov Valeh b.m 12.Rzayev Musa b.m 
 Abdullayeva Cəmilə
Baş müəllim
Abdullayeva Məlahət
Baş müəllim 
 Həsənova Solmaz
Baş müəllim
 Məmmədov Valeh
Baş müəllim
Rzayev Musa
Baş müəllim  
  13.Zeynalova İradə m 14.Qardaşova zalxa m IMG 9782  
  Zeynalova İradə
Müəllim 
 Qardaşova Zalxa
Müəllim
Abdullayeva Zəhra
Böyük laborant 
 

 

 

İş telefonu: +994 (0) 12 493 77 03

e-poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. 

            Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Ünvan: AZ 1000, Bakı Üzeyir Hacıbəyli, 68

 

 

Tarixi

Riyaziyyat və onun tədrisi texnologiyası kafedrası 1930-cu ildən yaranmışdır. İlk illərdə kafedraya prof.B.Ə.Ağayev rəhbərlik etmişdir. Kafedra riyaziyyat tədrisinin aktual problemlərinə həsr olunmuş tədqiqat işləri aparılan mərkəz kimi tanınmışdır. Burada riyaziyyat tədrisinin istehsalatla əlaqələndirilməsi, müxtəlif tip məktəblərdə riyaziyyat təliminin xüsusiyyətləri, riyaziyyatın tətbiqlərinin öyrədilməsi və başqa istiqamətlərdə araşdırmalar aparılmış, yüksək ixtisaslı mütəxəssislər hazırlanmışdır.

         Ötən illər ərzində kafedraya prof.B.Ə.Ağayevin tələbəsi və tanınmış metodist alim Ə.Y.İbrahimov (1959-1975), prof.S.N.Sadıqov (1975-1987), dos.T.M.Əliyeva (1987-2003), prof.A.S,Adıgözəlov (2003-2019), 2019-cu ildən kafedraya r.ü.f. doktoru dos.Cəfərov Allahverdi Qədir oğlu rəhbərlik edir.

         2014-cü ildə tədris planlarının yeniləşdirilməsi ilə əlaqədar təhsilin bakalavriyat və magistratura səviyyələri üçün yeni standartlara uyğun olaraq 18-fənnin proqramı çap edilmişdir.

         Kafedrada bakalavriat səviyyəsi üzrə 5 fənn, magistratura səviyyəsində isə 13 fənn tədris olunur. Bakalavriyat səviyyəsi üzrə tədris olunan fənlər “Elementar riyaizyyat”, “Riyaziyyatın tədrisi metodikası”, “İnformatikanın tədrisi metodikası”, “Seçmə fənlər” və “Ümumtəhsil kurikulumun əsasları” bunlardır. Magistrant səviyyəsində isə “Riyaziyyatın tədrisi metodikasının müasir problemləri”, “Riyaziyyatın tədrisi metodikasının tarixi və metodologiyası”, “AMMEF (Məktəb riyaziyyat kursunun elmi əsasları)”, “Riyaziyyat təlimində pedaqoji və psixoloji yanaşmalar”, “Riyaziyyat məsələlərinin həlli texnologiyası”, “Məktəb riyaziyyatında statistika və ehtimal elementlərinin öyrədilməsi texnologiyası”, “Riyaziyyat kursunda riyazi struktur elementlərinin tədrisi texnologiyası”, “Məktəb riyaziyyat kursunda ali riyaziyyat elementlərinin tədrisi texnologiyası”, “Riyazi terminlərin və anlayışların formalaşdırılması texnologiyası”, “Vektorların öyrədilməsi texnologiyası”, “Müstəvidə və fəzada həndəsi çevrilmələrin öyrədilməsi texnologiyası “, “Həndəsənin aksiomatik qurulması yolları”, “Kəmiyyətlərin öyrədilməsinin ümumi məsələləri”

         Hazırda kafedrada ali təhsilin hər üç səviyyəsi-bakalavriant, magistratura və doktorantura üzrə kadr hazırlığı həyata keçirilir.

         Kafedra əməkdaşları elmi-pedaqoji fəaliyyətlə məşğul olurlar. Təkcə təhsil və tədris deyil, həmçinin elmi istiqamətdə aparılan işlərə də kafedrada geniş yer verilir. Kafedrada tədris və elmi tədqiqatların yüksək səviyyədə yerinə yetirilməsinə ciddi fikir verilir. Müxtəlif universitetlərdən olan tədqiqatçılar riyaziyyat təliminin aktual problemlərinə həsr olunmuş doktorluq dissertasiyalarını məhz bu kafedrada hazırlamışlar. Kafedra əməkdaşları fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün yazılmış dissertasiyalara rəhbərlik etmiş və müdafiə şuralarının müəllimləri Gəncə Dövət Universiteti, universitetimizin filialları və digər tədris elmi-tədqiqat müəssisələri ilə geniş əlaqə saxlayır. Müəllimlərimizdən bir neçəsinin məqalələri nüfuzlu jurnallarda çap edilmişdir. Kafedrada tədris olunan fənlərə aid metodik vəsaitlər “Triqonometriya”, “Elementar riyaziyyat”, “Elementar həndəsə”, “Riyaziyyatın tədrisi metodikası” adlı bir çox dərs vəsaitləri çap edilmişdir.

         Kafedrada elmi-pedaqoji kadr hazırlığına xüsusi diqqət yetirilmiş, doktorantura və dissertantura səviyyəsində xeyli elmi-pedaqoji kadr hazırlanmışdır. Fəaliyyət göstərdiyi illər ərzində bir neçə elmlər doktoru, 10 nəfər isə dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Onlardan ikisi həmin kafedrada b/m.Məlahət Abdullayeva və b/m.Musa Rzayev işləyirlər.

         2016-cı ildə Azərbaycan Müəllimlər İnstitutunun ADPU-ya qoşulması ilə əlaqədar olaraq kafedranın pedaqoji kadrlarla təminatı daha da möhkəmlənmişdir.

         Kafedra üzvləri müntəzəm olaraq beynəlxalq və respublika elmi-praktik konfranslarda iştirak edir və məruzələrlə çıxış edirlər.

         Hazırda kafedrada 15 nəfər professor-müəllim heyəti, o cümlədən 1 nəfər pedaqogika üzrə elmlər doktoru professor (Azadxan Adıgözəlov) fəaliyyət göstərir.

  1. Prof.Azadxan Səfərxan oğlu Adıgözəlov
  2. Dos.Allahverdi Qədir oğlu Cəfərov
  3. Dos.Tinatin Məmməd qızı Əliyeva
  4. Dos.Akif Ənvər oğlu Sadıqov
  5. Dos.Novruz Baba oğlu Nəsirov
  6. B/m.Məlahət Vərəhməd qızı Abdullayeva
  7. B/m.Solmaz Hüseyn oğlu Həsənova
  8. B/m.Cəmilə Novruz qızı Abdullayeva
  9. B/m.Musa Tapdıq oğlu Rzayev
  10. B/m.Valeh Mahmud oğlu Məmmədov
  11. Müəl.İradə Əkrəm qızı Zeynalova
  12. Müəl.Zalxa Şaban qızı Qardaşova
  13. Müəl.Samirə Asif qızı Həsənli

         2 nəfər tədris köməkçi heyəti tələbələrin təhsili və tərbiyəsi ilə məşğul olurlar.

  1. Abdullayeva Zəhra Nurbala qızı
  2. Ağaməmmədova Arzu Paşa qızı

Elmi fəaliyyət

“Riyaziyyat və onun tədrisi metodikası” kafedrasının müdiri professor Azadxan Səfərxan oğlu Adıgözəlov, 1979-cu ildə “Orta məktəbdə həndəsənin rəsmxətlə əlaqəli təlimi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Dos. A.S.Adıgözəlov Moskva, Peterburq, Yaroslavl, Minsk pedaqoji institutlarında çalışan riyaziyyatın tədrisi metodikası üzrə yüksək ixtisaslı mütəxəssislər prof. Y.M.Kolyagin, prof. V.A.Qusev, prof. Q.D.Qleyzer, prof. R.A.Xabib, prof. Z.A.Skopets, prof. A.A.Stolyar və b. tövsiyəsi ilə 1992-ci ildə “Fasiləsizl təhsil şəraitində məktəb riyaziyyat kursunun tətbiqi funksiyasının fənlərarası əlaqə əsasında reallaşdırılması” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək. Prof. B.Ə.Ağayevdən sonra bu sahədə yeganə elmlər doktoru və professor (1993-cü ildə) olmuşdur. Bundan sonra respublikada riyaziyyatın tədrisi metodikası üzrə tədqiqatlar geniş vüsət almışdır.
Dos. Mahmudovun M.C. (Texniki Universitetdən), dos. Baxşəliyevin Y.R. (ADPU, Cəbr və həndəsə kafedrasının müdiri), dos. Feyzeliyevin S.A. (Müəllimlər instutundan), dos. Alışovun M.M. (Bakı şəhəri Müəllimlərin İxtisasartırma və Yenidən hazırlanma İnstitutundan) və dos. R.A.Abbasovun (Neft Akademiyasından) doktorluq dissertasiyaları “Riyaziyyatın tədrisi metodikası” kafedrasında hazırlanmışdır. Nəbiyev Asif (e.r., prof. Adıgözəlov A.S.), Səfərli İlqar (e.r., prof. Adıgözəlov A.S.), Həsənova Xalidə (e.ə., prof. Adıgözəlov A.S.), Seyid Nüşabə (e.ə., prof. Adıgözəlov A.S.), Novruzova Xumar (e.ə., prof. Cəbrayılov M.S.), Akif Quliyev (e.r., dos. Quliyev Ə.A.) və Abdullayeva Məlahətin (e.ə. prof. Adıgözəlov A.S.) fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaları ADPU-nun həmin kafedrasında yerinə yetirilmişdir. Prof. A.S.Adıgözəlovun rəhbərliyi ilə 20-dən artıq dissertant və doktorant riyaziyyat tədrisinin aktual problemlərinə aid tədqiqat aparırlar. Onun ali pedaqoji məktəb tələbələri üçün “Stereometriya kursunda müstəvi kəsiklərin qurulması”, “Həndəsədən məsələ həlli praktikumu”, “İbtidai siniflərdə riyaziyyat təliminin xüsusi metoidkası”, “Orta məktəbdə həndəsənin rəsmxətlə əlaqəli öyrənilməsi”, “Orta məktəbdə riyaziyyatın tədrisi metodikası”, “Həndəsi qurmalar” Pedaqoji kolleclər üçün “İbtidai siniflərdə riyaziyyatın tədrisi metodikası” (2011), Pedaqoji Universitetit tələbələri üçün Ümumtəhsil məktəblərində riyaziyyat təliminin nəzəri əsasları” (2018), “Elementar cəbr” (2012), “Elementar həndəsə” adlı dərs vəsaitləri çap olunmuşdur.

Kafedranın əməkdaşları dos. Akif Ənvər oğlu Sadıxov (e.r., prof. Ə.Həbibzadə), dos. Allahverdi Qədir oğlu Cəfərov (elmi rəhbəri prof. Yaqub Əliyev) namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışlar. Dos. A.Ə.Sadıxov riyaziyyat təmayüllü məktəblərdə “kompleks ədədlərin təlimi” mövzusunda tədqiqatları aparmışdır. Dos. A.Q.Cəfərov “Riyaziyyatdan test tapşırıqları” və “Həndəsə” vəsaitlərini çap etdirmişdir. Hazırda o, riyaziyyat fakültəsində qiyabi şöbə üzrə dekan müavini işləyir.

Riyaziyyat və onun tədrisi metodikası kafedrasının dosenti N.B.Nəsirov riyaziyyat təliminin estetik funksiyasını araşdırmışdır. Onun bir sıra jurnallarda çap olunan məqalələri ilə yanaşı “elementar funksiya qrafiklərinin çevrilməsi” “Riyaziyyatın tədrisi prosesində estetik tərbiyə” vəsaitləri vardır. Baş müəllim S.X.Abbasov “Riyaziyyat təlimində varislik problemini tədqiq etmiş, Triqonometriyadan məsələ həlli praktikumu“, “Kompleks ədədlər” tədris vəsaitlərini hazırlamışdır. Kafedranın baş müəllimi A.İ.Quliyev riyaziyyat təlimində stoxlastika elementlərinin öyrənilməsinə aid dissertasiyasını müdafiə şurasına təqdim etmişdir. Onun “Riyaziyyatdan test çalışmalarını necə həll etməli” və b. metodik vəsaitləri çap olunmuşdur. Kafedranın müəllimi C.N.Abdullayeva fizika-riyaziyyat elmləri namizədidir, o, orta məktəb müəllimləri üçün bir sıra faydalı metodik işlərin müəllifidir.

Kafedra Bakı Dövlət Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Qafqaz Universiteti, Bakı Qızlar Universiteti, Azərbaycan Dövlət Kooperasiya Universiteti ilə yaxından əlaqə saxlayır, birlikdə elmi praktik konfranslar keçirirlər.

Tədris işi

TƏDRİS OLUNAN FƏNLƏR

BAKALAVR PİLLƏSİ ÜZRƏ

  1. Elementar riyaziyyat
    • Riyaziyyat, riyaziyyat-informatika müəllimliyi ixtisasıları;
  2. Riyaziyyatın tədrisi metodikası (RTM)
    • Riyaziyyat, riyaziyyat-informatika müəllimliyi ixtisasları;
  3. İnformatikanın tədrisi metodikası (İTM)
    • Riyaziyyat-informatika, informatika müəllimliyi ixtisasları;
  4. SF:Triqonometrik funksiyalar, tənliklər və bərabərsizliklər
    • Riyaziyyat müəllimliyi ixtisası
  5. SF:Triqonometrik çevrilmələr, tənliklər, bərabərsizliklər
    • İnformatika müəllimliyi ixtisası
  6. SF: Transendent funksiyalar və onların tətbiqləri
    • Riyaziyyat-informatika  müəllimliyi ixtisası

MAGİSTRATURA PİLLƏSİ ÜZRƏ

  1. RTM–in bəzi müasir problemləri
    • Riyaziyyatın tədrisi  metodologiyası və metodikası ixtisası
  2. RTM–in tarixi və metadologiyası
    • Riyaziyyatın tədrisi  metodologiyası və metodikası ixtisası
  3. AMMEF (məktəb riyaz. kursunun elmi əsasları)
    • Riyaziyyatın tədrisi  metodologiyası və metodikası ixtisası
  4. Riyaziyyat təliminin pedoqoji və psixoloji əsəsları
    • Riyaziyyatın tədrisi  metodologiyası və metodikası ixtisası
  5. Riyaziyyatın tədrisində yaradıcı təfəkkürün formalaşdırılması
    • Riyaziyyatın tədrisi  metodologiyası və metodikası ixtisası
  6. Məktəb riyaziyyat kursunda riyazi struktur elementlərinin tədrisi metodikası
    • Riyaziyyatın tədrisi  metodologiyası və metodikası ixtisası
  7. Məktəb riyaziyyat kursunda ali riyaziyyat elementlərinin tədrisi metodikası
    • Riyaziyyatın tədrisi  metodologiyası və metodikası ixtisası
  8. Riyaziyyat terminləri və anlayışların formalaşması
    • Riyaziyyatın tədrisi  metodologiyası və metodikası ixtisası
  9. SF:Məktəb həndəsə kursunun aksiomatik qurulması yolları
    • Riyaziyyatın tədrisi  metodologiyası və metodikası ixtisası
  10. SF: Məktəb riyaziyyat kursunda tənlik və bərabərsizliklərin öyrənilməsi
    • Riyaziyyatın tədrisi  metodologiyası və metodikası ixtisası
  11. SF: Kəmiyyətlərin öyrənilməsinin ümumi məsələləri
    • Riyaziyyatın tədrisi  metodologiyası və metodikası ixtisası

Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazirlanmış və Elmi Şurada təsdiq edilmişdir. Bütün fənlər üzrə tədris mövcud təqvim-tematik planlara uyğun olaraq aparılır. Son illər kafedrada tədris olunan fənlərin dərslik və dərs vəsaitləri ilə təmin olunması sahəsində uğurlu addımlar atılmışdır. Belə ki, kafedra əməkdaşları tərəfindən çoxlu sayda tədris vəsaitləri hazırlanmış və tələbələrin istifadəsinə verilmişdir. Bunlara misal olaraq:

  • T.M.Əliyeva, T.E.Mütəllimov, A.S.Adıgözəlov “Orta məktəbdə riyaziyyatın tədrisi metodikası” Bakı-1993.
  • A.S.Adıgözəlov, A.Ə.Sadıxov, A.Q.Cəfərov  “Riyaziyyat fakültəsində tələbələrin pedaqoji təcrübəsinin təşkili və aparılması Bakı-2006.
  • A.S.Adıgözəlov “Orta məktəbdə riyaziyyatın tədrisi metodikası” Bakı-2012.
  • N.Nəsirov “Riyaziyyatın tədrisi prosesində estetik tərbiyə” Bakı-1991.
  • N.Nəsirov, A.Cəfərov  “Əsas elementar funksiyaların qrafiklərinin çevrilməsinin öyrədilməsi metodikası” Bakı-1994.
  • A.Cəfərov  “Həndəsə  (Planimetriya)” Bakı-2008.
  • A.S.Adıgözəlov və b. “Elementar cəbr” (2012), “Elementar həndəsə” (2018).

Xarici əlaqələr

Baş müəllim M.V.Abdullayeva Türkiyə Respublikasında təhsillə əlaqədar konfranslarda məruzə ilə çıxış etmişdir.

Kafedra pasportu

  • Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və informatika fakültəsinin Riyaziyyat və onun tədrisi metodikası kafedrasının pasportu