шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

Riyaziyyat və onun tədrisi texnologiyası kafedrası

Adıgözəlov Azadxan Səfərxan oğlu

Pedaqogika üzrə elmlər doktoru, professor ADPU-nun

“Riyaziyyat və onun tədrisi metodikası” kafedrasının müdiri
  İş telefonu: 493- 77- 03

            QISA BİOQRAFİK MƏLUMAT

  • 1940-cı ildə Mərəzə (hazırda Qobustan) rayonunun Bəklə kəndində anadan olub.
  • 1948-ci ildə Bəklə kənd ibtidai məktəbin 1-ci sinfinə getmiş, 1952-ci ildə Nabur kənd yedillik məktəbində təhsilini davam etdirib
  • 1959-cu ildə Nərimankənd orta məktəbin 10-cu sinfini bitirib.
  • Evlidir, iki qızı, bir oğlu var.

TƏHSILI, ELMI DƏRƏCƏSI VƏ ELMI ADI

  • Ali təhsillidir. 1965-ci ildə V.İ.Lenin adına APİ-nun (hazırda ADPU-nun) fizika-riyaziyyat fakültəsini riyaziyyat – rəsmxət ixtisası üzrə bitirıb
  • 1979-cu ildə “Həndəsənin rəsmxətlə qarşılıqlı əlaqəli təlimi” mövzusunda dissertasiya müdafiə edərək 13.00.02 (riyaziyyatın tədrisi metodikası) ixtisası üzrə pedaqoji elmlər namizıdi elmi dərəcəsini alıb.
  • 1983-cü ildə “Riyaziyyat və onun tədrisi metodikası” kafedrası üzrə dosent elmi adını alıb.
  • 1992-ci ildə “Fasiləsiz təhsil şəraitində məktəb riyaziyyat kursunun tətbiqi funksiyasının reallaşdırılması” mövzusunda dissertasiya müdafiə edərək 13.00.02 (Riyaziyyatın tədrisi metodikası) ixtisası üzrə pedaqoji elmlər doktoru elmi dərəcəsini alıb.
  • 1993-cü ildə “Riyaziyyat və onun tədrisi metodikası” kafedrası üzrə professor elmi adını alıb.
  • 2013-cü ildə Almaniyanın Honnover şəhərində beynəlxalq Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilmiş və həmin Akademiyanın ordeni ilə təltif olunmuşdur.

 ƏMƏK FƏALIYYƏTI

  • 1965.  Şamaxı rayonunda V.İ.Lenin  adına (hazırda Şəhriyar adına) üzümçülük sovxozundakı Axşam fəhlə-gənclər orta məktəbində fizika-riyaziyyat müəllimi
  • 1967. Şamaxı rayonunun Xalq Maarifi şöbəsində XMŞ-də filmoteka müdiri.
  • 1968. V.İ.Lenin  adına APİ-nin (hazırda ADPU-nun Elementar riyaziyyat və riyaziyyatın tədrisi metodikası) kafedrasında müəllim
  • 2003 –ci ildən Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri

APARDIĞI DƏRSLƏR

  1. Elementar riyaziyyat
  2. Riyaziyyatın  tədrisi metodikası;
  3. Riyaziyyatın tədrisinin bəzi müasir problemləri.
  4. Riyaziyyatın tədrisinin psixoloji-pedaqoji əsasları.

TƏDQIQAT SAHƏSI

  • Müasir şəraitdə məktəb riyaziyyatının digər tədris fənləri (informatika, coğrafiya, rəsmxət, fizika və s.) ilə qarşılıqlı əlaqəli tədrisinin təkmilləşdirilməsi problemləri

BEYNƏLXALQ SEMINAR, SIMPOZIUM VƏ KONFRANSLARDA IŞTIRAKI

  • Laboratornıe zanətiə po metodike prepodavaniə matematiki i ix svəzğ s praktikumom  reşeniö zadaç /Problemı  mejpredmetnıx matematiki i fiziki v pedaqiçeskix institutax. Duşanbe, 1978  (23-25 oktəbrə, 1978) s.
  • Pedaqoji Universitet tələbələrinin məktəbdə ri riyaziyyat və fizika kursalrının əlaqəli tədrisinə hazırlanması /müəllim  hazırlama siyasəti və problemləri beynəlxalq simpoziumu/, 2013 (3-4 may)

 SEÇILMIŞ ƏSƏRLƏRI

KITABLAR

  1. Stereometriya kursunda müstəvi kəsiklərin qurulmas. Bakı: APİ, 1981.
  2. Həndəsədən məsələ həlli praktikumu (planimetriya). Bakı: APİ, 1986, 118s.
  3. Orta məktəbdə həndəsənin rəsmxətlə əlaqəli öyrınilməsi. Bakı: APİ, 1989, 110s.
  4. Həndəsədən qurma məsələlərinin həli metodları. Bakı: APİ, 1993.
  5. Riyaziyyatın tədrisi prosesində fənlərarası əlaqələrin tətbiqi. Bakı:Maarif, 1993, 168 s.
  6. Elementar cəbr. Ali pedaqoji məktəb tələbələri üçün dərs vəsaiti. Bakı Elm və təhsil, 2012, 350 s.
  7. Həndəsi qurmalar . Ali pedaqoji məktəbləri üçün dərs vəsaiti. Bakı: Elm və təhsil, 2011, 200 s.
  8. Riyaziyyatın ibtidai kursunun tədrisi metodikası. Pedaqoji kollec tələbələri üçün dərs vəsaiti. Bakı: ADPU,2011,312 s.
  9. İbtidai siniflərdə riyaziyyat təliminin xüsusi metodikası. Dərs vəsaiti:Bakı: Mütərcim, 2011, 201 s.
  10. Orta məktəriyaziyyatın tədrisi metodikası .Dərs vəsaiti. Bakı: adpu, 2015, 230 s.
  11. Məktəbdə riyaziyyat təliminin nəzəri əsasları. Dərs vəsaiti. Bakı: ADPU, 2018, 285 s.
  12. Elemenetar həndəsə. Universitet tələbələri üçün dərs vəsaiti. Bakı: 2018, 285 s.