шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

Ümumi pedaqogika kafedrası

ADPU-nun Tarix fakültəsinin Ümumi pedaqogika kafedrasının dosenti

İş telefonu: +(994) 12 465-03-18

*QISA BİOQRAFİK MƏLUMAT

 22fevral 1957-ci ildə Qazax rayonu, Kolxəlfəli kəndində müəllim ailəsində anadan olmuşdur.

*TƏHSİLİ

Orta məktəbi doğma kəndlərində fərqlənmə attestatı ilə bitirmişdir.

. 1974-cü ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin fransız dili fakültəsinə daxil olmuş, 1979-cu ildə institutu müvəffəqiyyətlə başa vurmuşdur.

*ƏMƏK  FƏALİYYƏTİ

. Sonra təyinatla Yevlax rayonunun Cırdaxan kənd 8 illik məktəbində 3 il ingilis dili müəllimi işləmişdir.

. Təyinat müddəti bitdikdən sonra 1982-1984-cü illər Bakıda Ü.Hacıbəyovun xatirə ev muzeyində kiçik elmi işçi vəzifəsində çalışmışdır.

. 1984-1987-ci illərdə V.İ.Lenin adına APİ-də (indiki ADPU) pedaqogikanın tarixi və nəzəriyyəsi ixtisası üzrə əyani aspiranturada təhsil almışdır.

*ELMİ  DƏRƏCƏ  VƏ  ELMİ  ADLARI

Ümumi pedaqogika kafedrasının dosenti

TƏDQİQAT  SAHƏSİ

. 1988-ci ildə akademik H.Əhmədovun rəhbərliyi altında “Üzeyir Hacıbəyovun pedaqoji görüşləri” mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır.

. Aspiranturanı bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda “Şagirdlərin peşəyönümü” problem laboratoriyasında kiçik elmi işçi, 1990-1992-ci illərdə “Xalq maarifinin idarə edilməsi və təşkili” kafedrasında baş müəllim vəzifəsində çalışmışdır.

. 1992-ci ildən “Ümumi pedaqogika” kafedrasında baş müəllim, 2008-ci ildən dosent vəzifəsində çalışır.

. 2002-ci ildən Azərbaycan Beynəlxalq Universitetinin “İbtidai təhsilin pedaqogikası və metodikası” və “Məktəbəqədər təhsilin pedaqogikası və metodikası” fakültələrində pedaqogika fənnini tədris etmişdir, 2003-cü ildən Beynəlxalq Universitet bağlanana qədər “Təhsilin pedaqogikası və metodikası” kafedrasına rəhbərlik etmişdir.

. ADPU-da rəhbərlik etdiyi ondan çox magistr müvəffəqiyyətlə magistr dis­ser­ta­si­ya­sı ­mü­dafiə etmişdir.

. ADPU-da fəaliyyət göstərən FD.02.061 ixtisaslaşdırılmış müdafiə Şurası Elmi se­mi­narının üzvü, həmçinin magistratura şöbəsində “Maarif” istiqaməti üzrə ixtisaslaşdırılmış Elmi Şuranın elmi katibi kimi fəaliyyət göstərir.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZIUM VƏ KONFRANSLARDA  İŞTİRAKI

  1. 1. Pedaqoji diaqnostikanın vəzifələri. ABU-nun professor-müəllim heyətinin 2006-cı ildə apardığı elmi-tədqiqat işlərinin yekun konfransının proqramı. səh.11.
  2. 2. Pedaqoji diaqnostikanın funksiyaları. “Tədris prosesinin təkmilləşdirilməsinin pedaqoji-psixoloji problemləri” mövzusunda beynəlxalq konfransın materialları. Naxçıvan-2011.səh.46-48.
  3. 3. Avropa təhsil məkanına inteqrasiya prosesində Azərbaycan Tələbələr Birliyinin rolu. Təhsil sistemində gənc nəslin təlim tərbiyə üzrə işin təşkili və onun yaxşılaşdırılması istiqamətləri mövzusunda Respublika Konfransının materialları. Bakı, 28 iyun 2012, səh.29-30.

SEÇİLMİŞ  ƏSƏRLƏRİ

  1. 1. Akademik heyətin mobilliyinin təmin edilməsi. Pedaqogika elminin inkişafında yeni mərhələ. Beynəlxalq elmi konfransın materialları. BDU, Bakı, 2011.
  2. 2. A.S.Makarenko mədəni davranış tərbiyəsi haqqında. Novator pedaqoq (A.S.Makarenko-125). B., ADPU, 2013, 83 s., səh.60-69.
  3. 3. F.Köçərli və Qazax müəllimlər seminariyası. Görkəmli maarif xadimi Firidun bəy Köçərli-150. B., ADPU, 2013, 111 s., səh.55-62
  4. 4. Место и значение педагогики в совре­менном образовании. Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu. Elmi əsərlər. 2014, № 4, səh.53-56.
  5. 5. Heydər Əliyev Fondunun fəaliyyətində təhsil prioritet istiqamətlərdən biri kimi. “Təhsilin aktual psixoloji-pedaqoji problemləri” mövzusunda elmi konfransının materialları. B., ADPU, 2014, 357 s., 234-239 səh.
  6. 6. Sosial pedaqoqun peşə fəaliyyətinin xüsusiyyətləri. Müəllim hazırlama siyasəti və problemləri V Beynəlxalq Konfrans materialları. B., Azərbaycan, 2015, 157-159 səh.
  7. 7. Ailədə dəstəkləyici təlim mühitinin for­malaşdırılması pedaqoji problem kimi. “Multikulturalizm və təhsil” mövzu­sunda VIII Ümumrespublika elmi-praktik konfransı. Bakı, BDU, 2016.

PROQRAMLAR

  1. 1. Ümumi pedaqogika. Proqram. Magistratura pilləsi üçün proqramlar. B., ADPU, 2016. Şərikli.
  2. 6. Pedaqogika tarixi. Proqram. Magistratura pilləsi üçün proqramlar. B., ADPU, 2016. Şərikli.
  3. 7. Pedaqogikanın tarixi və metodologiyası. Proqram. Magistratura pilləsi üçün proqramlar. B., ADPU, 2016. Şərikli.
  4. 8. Təhsil menecmentinin tarixinin metodo­logiyası və metodikası. Proqram. Magistratura pilləsi üçün proqramlar. B., ADPU, 2016. Şərikli.
  5. 9. Pedaqoji təqiqatların metodologiyası və metodları. Proqram. Magistratura pilləsi üçün proqramlar. B., ADPU, 2016. Şərikli.
  6. 10. Təhsil və cəmiyyət. Proqram. Magistratura pilləsi üçün proqramlar. B., ADPU, 2016.