шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

Ümumi pedaqogika kafedrası

ADPU-nun Ümumi pedaqogika kafedrasının  dosenti         

 Ev telefonu:(012)- 567-67-67

Qısa bioqrafik məlumat

  • 1938-ci ildə fevral ayının 16-da Qərbi Azərbaycanın Vedi rayonunun Haxıs kəndində anadan olub.
  • Ailəlidir. 4  övladı ,7 nəvəsi var.

Təhsili, elmi dərəcəsi və elmi adı

1947-ci ildə  məktəbə getmiş, lakin onun məktəb illəri də fərəhli olmamışdır.

1950-ci ildə başqa azərbaycanlılar kimi onların da ailəsi Ermənistandan Azərbaycana məcburi şəkildə köçürülmüş, deportasiya olunmuşlar. Orta məktəbin 4 ilini Haxısda, 1 ilini Qaralar məktəbində, 2 ilini Göbəktalada, 3 ilini isə Vedidə oxumuşdur.

1957-ci ildə Vedi orta məktəbini müvəfəqqiyyətlə bitirmişdir.

1958-ci ildə   V.İ.Lenin adına APİ-yə   qəbul olunmuşdur.

Əmək fəaliyyəti

1962- ci ildə  M.Həsənov laborant kimi əmək fəaliyyətinə başlamış, pedaqogika kafedrasına dissertant qəbul olunmuş, sistemli elmi-tədqiqat işinə başlamışdır. Az vaxt içərisində elmi məqalələrlə pedaqoji ictimaiyyətin diqqətini cəlb etmiş və müəllim seçilmişdir. O, müəllim işləməklə yanaşı, institutda yaradılan Könüllü Xalq Drujina qərargahının rəisi, kommunist tərbiyəsi universitetinin rektoru, ictimai əsaslarla axşam fakültəsinin dekanı kimi fəaliyyət göstərmişdir.

Apardığı dərslər

  1. Pedaqogika
  2. Pedaqogika tarixi və nəzəriyyəsi

Tədqiqat sahəsi

1973-cü ildə “Dərsdə təlimin texniki vasitələrinin tətbiqinin didaktik əsaları” mövzusunda namizədlik dissertasiyası müdafiə edib alimlik dərəcəsi almışdır. Ondan iki il sonra Ali Attestasiya Komissiyası ona dosentlik diplomu vermişdir. O, fəaliyyəti dövründə 100-ə yaxın elmi məqalə, 7 kitab və 10-a yaxın metodik göstəriş çap etdirmişdir.

Onun “Ali məktəblərdə ekran vasitələrindən istifadəyə dair” (1985), “Dərsdə texniki vasitələrin tətbiqi” (1989), “Pioner işinin metodikası”(1991), “Иbtidai məktəbdə ekran vasitələrinin didaktik əsasları” (1993) kitabları yüksək elmi-nəzəri əhəmiyyəti ilə seçilir.

Təltiflər, fəxri fərmanlar

  1. Azərbaycan ali məktəb tələbələrinin XI konfransında fəal iştirakına görə dos.M.Həsənov Fəxri fərmanla təltif edilir. API-nin Rektoru prof.A.M.Qurbanov, 1982-ci il.
  2. За активную участийе по соблйуденийу общественного провапорйадка и района секретар им. 26 Бакинских Комиссаров РК КП Азербайджана. 1983 год.
  3. Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin Rəyasət Heyəti 1984-cü il, 1 mart tarixli fərmanla ictimai asayişin mühafizəsində fəal iştirak etdiyinə görə Miri Bilal oglu Həsənov yoldaşı Azərbaycan SSR Ali Soveti Rəyasət heyyətinin Fəxri Fərmanı ilə təltif etmişdir.

Azərb.SSR Ali Soveti Rəyasət heyətinin sədri Q.Xəlilov

  1. Ictimai asayişin mühafizəsində fəal iştirakına görə Fəxri fərmanla təltif edilmişdir.

Azərb. 26 Bakı Komissar adına rayon partiya komitəsinin I katibi 27 dekabr X.Xəlilov, 1985-ci il.

  1. 5. Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif olun­muş­­dur. 2006.
  2. 6. Azərbaycan Respublikası Təhsil Nazirliyi kollegiyasının 03.10.2008-ci il tarixli qərarı ilə səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilir.
  3. 7. Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif olun­muş­­dur. 2012.                                       

 P R O Q R A M L A R

  1. Pedaqogika fənnindən mühazirə və seminar, məşğələlərinin mövzusu, planı və ədəbiyyatı. Bakı, 2011, 38 s.
  2. Pedaqoji universitet və institutlarda dövlət imtahanı üçün proqram. Bakı, 2008, 12 s.
  3. Программа Государственных экзаменов для педагогических университетов и институтов педагогика Баку, 2008, 14 s. (şərikli)
  4. Pedaqoji universitet və institutlarda bakalavr hazırlığı üçün dövlət imtahanı proqramı. Bakı, 2008, səh.20-29
  5. Pedaqoji universitet və institutlarda dövlət imtahanı üçün proqram. Bakı, 2008, 20 s.
  6. Pedaqoji universitet və institutlarda bakalavr hazırlığı üçün proqram. Pedaqogika. Bakı, 2007, 24 s. (şərikli)
  7. Pedaqoji universitet və institutlarda magistr hazırlığı üçün proqram. Pedaqogika. Bakı, 2007, 18 s. (şərikli)
  8. Pedaqoji universitet və institutlarda magistr hazırlığı üçün proqram. Ümumi pedaqogika. Bakı, 2004, 22 s. (şərikli)
  9. Pedaqoji universitet və institutlarda bakalavr hazırlığı üçün proqram. Müəllimlik ixtisası. Bakı, 2004, 8 s. (şərikli)
  10. Tarix fakültəsi üzrə dövlət imtahan proqramı. (səh.38-41), ADPU, 2010
  11. Bakalavr pilləsi üzrə tələbələrin pedaqoji təcrübəsinin proqramı. ADPU, Bakı, 2012, 46 səh.
  12. Pedaqoji universitet və institut tələbələri üçün Pedaqogikadan kurs işlərinin mövzusu, planı və ədəbiyyatı (metodik vəsait) ADPU, 2012, 87 səh.
  13. Pedaqoji universitet və institutlarda magistratura hazırlığı (ümumi pedaqogika) üçün proqram. Bakı 2013, 29 səh.
  14. Pedaqoji universitet və institutun qiyabiçi tələbələri üçün pedaqogikadan yoxlama yazı işlərinin mövzusu, planı və ədəbiyyatı, (metodik vəsait) ADPU, Bakı, 2013, 88 səh.
  15. Pedaqogika fənn kurikulumu. Bakalavriat səviyyəsi üçün proqram. Bakı, 2014. Şərikli.
  16. Ümumi pedaqogika. Magistratura pilləsi üçün proqramlar. B., ADPU, 2016, 313 s.Şərikli.

TEZİSLƏR

  1. Tədris kinosu haqqında. || “V. И.Lenin adına APИ-nin professor-müəllim heyətinin və aspirantların 1968-1969-cu illərdə elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş elmi-nəzəri sessiyanın materialları”, Bakı, 1970, 2səh.
  2. Kinofilm və dərs. “V.И. Lenin adına Qırmızı Əmək Bayrağı ordenli APИ-nin gənc tədqiqatçılarının institutun yarıməsrlik yu­bi­leyi təntənəsinə həsr olunmuş elmi konfransın materialları. Bakı, 1973, 2 səh.
  3. Tədris diafilm və diapozitivlərinin hazırlanması. “Azərbaycan müəllimi”qəzeti, 11 avqust, 1971, №64, 2səh.
  4. Dərsdə epidiaskopdan istifadə təcrübəsindən. “Azərbaycan müəllimi”qəzeti, 16 oktyabr, 1968, №83, 1səh.
  5. Pedaqoji institutların tədris prosesində ekran vasitələrinin rolu. “V.И.Lenin adına APИ-nin 60 illiyinə həsr olunmuş konfransın materrialları”, Bakı, 1981, 2səh.