İnformasiya və kommunikasiya texnologiyaları şöbəsi
![]() |
![]() |
![]() |
|
|
![]() |
Quluzadə Fərid Şöbə müdiri |
Əliyev Rüfət Bölmə müdiri |
Süleymanov Nəriman Bölmə müdiri |
Axundov Nicat Proqramçı |
Hüseynova Aygün Proqramçı |
Bağırova Vüsalə Baş mütəxəssis |
|
![]() |
|
|
![]() |
![]() |
Fətəliyeva Vəsilə Mütəxəssis |
Allahverdiyeva Elnarə Mütəxəssis |
İsmayılova Günay Mütəxəssis |
Seyidov Elşad Mütəxəssis |
Zeynalova Səadət Texnik |
Rzaquliyeva Nuranə Texnik |
|
|||||
Abdullayev Elxan Texnik |
İş telefonu: +994 (0) 12 498 89 33
e-poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Ünvan: Bakı, AZ1000, Ü.Hacıbəyli küç., 68
Tarixi
ADPU-nun “ IKT Mərkəzi” 2007-ci ildən ilkin olaraq “Kompüter Mərkəzi” kimi fəaliyyətə başlamışdır . Mərkəzə 2007-2017-ci illərdə İlham Əhmədov rəhbərlik etmişdir. 2017-ci ildən Mərkəzin direktoru vəzifəsinə Fərid Quluzadə təyin edilmişdir.
“ Kompüter Mərkəzi” nin yaradılmasında məqsəd universitetin kompleks kompyuterləşməsinin layihələndirilməsi, müvafiq strateji proqramın hazırlanması, icrası, monitorinqi, tədris prosesinin proqram-metodik təminatı sahəsində elmi-tədqiqatların aparılması, universitet təhsilinin informatlaşması sahəsində elmi-texniki siyasətin formalaşması və həyata keçirilməsi, tədricən universitetin vahid informasiya təhsil məkanının formalaşdırılması, onun milli və qlobal informasiya məkanına inteqrasiya edilməsi kimi müasir problemləri həll etməkdir. Mərkəzin fəaliyyətində təhsildə İKT-nin tətbiqinə dair universitetdə aparılan elmi-tədqiqat işlərinin əlaqələndirilməsi, tədris təyinatlı proqram vasitələrinin yaradılması, universitetdə rəqəmsal tədris resursları fondunun formalaşdırılması və təbliği, tədris təyinatlı proqram vasitələrinin ekspertizasının aparılması, tədris prosesinin İKT ilə təminatının təhlili, universitetin əməkdaşlarının İKT üzrə məqsədli hazırlanması, yenidən hazırlanması, ixtisasların artırılması, təhsildə İKT-nin tətbiqinə dair milli və beynəlxalq səviyyəli elmi konfrans və seminarların təşkili də mühüm yer tutur.
Mərkəzin fəaliyyətə başladığı ilk aylarda universitetdə təhsilin informatlaşması üzrə 5 illik inkişaf proqramı hazırlanmışdır. 2007-2013-cü illəri əhatə edən həmən inkişaf proqramında nəzərdə tutulan tədbirlər əsasən icra olunmuşdur. “Kompüter Mərkəzi” 2007-2008-ci tədris ilindən etibarən əsas semestr və aralıq imtahanlarını elektron test sistemi ilə təşkilini həyata keçirir. Bu məqsədlə 2007- ci ildə VTS TEST elektron test proqram təminatı yaradılmışdır. Proqramın müəllifi proqramaçı, mərhum Etibar Axundov idi. Bu sistem hal-hazırda daha 2 universitetdə tətbiq edilir.
2015-ci ildə Mərkəz “IKT, Monitorinq və Qiymətləndirmə Mərkəzi” kimi fəaliyyət göstərmiş, 2016-cı ildə isə “İKT Mərkəzi” kimi yenidən qurulmuşdur. Mərkəzin sərəncamında olan 5 kompüter sinfində 200-ə yaxın komputer var. Yeni mərhələdə Mərkəzin əsas missiyası universitetdə təhsilin informatlaşmasını həyata keçirmək, müxtəlif təhsil innovasiyalarını reallaşdırmaq üçün universitetin kompleks informatlaşmasını layihələndirmək, icra etməkdən ibarətdir.
Xarici əlaqələr
Mərkəzin əməkdaşları Türkiyənin, RF, Ukraynanın və Qazaxstanın universitetləri ilə əlaqələr qurmuş, mütamadi olaraq həmən universitetlərə təcrübə mübadiləsi məqsədi ilə səfərlər etmişlər. Bu tərəfdaş universitetlərin nümayəndələri də ADPU-da səfərdə olmuş, “IKT, Monitorinq və Qiymətləndirmə Mərkəzi”nin iş təcrübəsi ilə tanış olmuşlar. Mərkəzin direktoru dos. İlham Əhmədov dəfələrlə YUNESKO-nun “Təhsildə İKT” institutunun Moskva və Sankt-Peterburq şəhərlərində təşkil etdiyi konfranslara dəvət almış, konfranslarda elmi məruzələr etmişdir.
2018-ci ildən etibarən "İKT Mərkəzi" "İKT şöbəsi" adlanmağa başlamışdır.
Şöbənin fəaliyyətinin əsas istiqamətləri :
- Elm və təhsilin informatlaşması
- Texniki xidmət və proqram təminatı
- Universitetin elektron idarəedilməsi
Struktur
- Texniki xidmət bölməsi
- Proqram təminatı bölməsi
Fəaliyyəti
Şöbədə 2008- ci ildən “ Təhsildə İKT” elmi-metodik jurnalı dərc dərc edilir. Bu jurnal AAK-ın bəyəndiyi xüsusi jurnallar siyahısına daxil edilmişdir. Şöbə təhsilin informatlaşmasına dair bir neçə dəfə elmi seminarlar təşkil etmişdir. 2010-cu ildə AMEA-nin İKT institutu ilə birgə təhsilin informatlaşması problemlərinə dair respublika konfransı keçirmişdir. Mərkəzin əməkdaşları beynəlxalq və milli səviyyədə keçirilən elmi konfranslarda mütəmadi iştirak edir, yerli və xarici elmi jurnallarda təhsilin müasir problemlərinə dair məqalələrlə çıxış edirlər.