Tələbə Həmkarlar İttifaqı Komitəsi
![]() |
|
|
Məmmədov Vurğun THİK sədri |
Qinyazlı Yusif THİK sədr müavini |
Quliyeva Esmira THİK mühasib |
Azərbaycan Dövlət Pedoqoji Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi 1923-cü ildə yaradılmışdır. 1993-cü ildən bu ictimai təşkilat Azad Tələbə Həmkarlar İttifaqı Komitəsi adlanır. Hazırda Tələbə Həmkarlar İttifaqı Komitəsinə dos. Vurğun Məmmədov rəhbərlik edir. Təşkilat öz ərkibində 9 fakültədən 5710tələbəni birləşdirir. THİK tələbə gənclərin sosial problemlərinin həlli , müalicə və istirahətlərinin təşkili istiqamətində tədbirlər həyata keçirir. Hər il tələbələrin sosial durumlarını yaxşılaşdırmaq üçün 12 nəfər tələbəyə təqaüd verilir. Hər gün 50 nəfər imkansız tələbəyə pulsuz nahar verilir. THİK-də 11 nəfərdən ibarət daimi idarə heyəti fəaliyyət göstərir. THİK-də 5 ildən bir hesabat-seçki konfransı keçirilir. İdarə heyəti ayda bir dəfə yığışır. 19 nəfərdən ibarət rəyasət heyəti vardır. Komitədə 3 daimi komissiya fəaliyyət göstərir:
- Təftiş komissiyası
- Mədəni-kütləvi tədbirlər komissiyası
- Tələbələrin sosial hüquqların müdafiəsi komissyası
THİK mədəni kütləvi tədbirlər keçirir, idman yarışları və bədii-özfəaliyyət kollektivləri ilə işləyir. THİK universitetin daxilində nizam-intizam qaydalarını möhkəmləndirmək üçün səy göstərir. THİk rektorluqla birlikdə tələbələrin sosial durumlarını daha da yaxşılaşdırmaq məqsədilə tədbirlər həyata keçirir.