шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-da “İngilis dili müəllimliyi” ixtisası üzrə yeni tədris planı layihəsi hazırlanır

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “İngilis dili mütəxəssisi” proqramı çərçivəsində çalışan amerikalı mütəxəssis Diane Whaleyin rəhbərliyi ilə universitetin fəal müəllimlərindən ibarət İşçi qrupu fəaliyyətə başlayıb. Yeni qrupun yaradılmasında başlıca məqsəd “İngilis dili müəllimliyi”  ixtisasını şərtləndirən yeni tədris planı layihəsinin işlənib hazırlanmasıdır. Diqqətçəkən məqamlardan biri tələbələrin daha səriştəli ingilis dili mütəxəssisi kimi formalaşdırılmasına təkan verən optimal variantın tətbiqinə nail olunmasıdır.

[gallery ID=118]

Layihənin icrasına dair dekabrın 4-də ADPU-nun Tədris Departamentinin direktoru, dosent Sənan Əliyevin, dekabrın 6-da isə Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanovun və Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadənin iştirakı ilə ətraflı müzakirələr aparılıb.

Qeyd edək ki, dekabrın 19-da universitetdə adıçəkilən sənədin Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Təhsil İnstitutunun, ABŞ Səfirliyinin, “Azərbaycan ali təhsil sisteminin gücləndirilməsinə dəstək” Tvinninq layihəsi üzrə fəalliyyət göstərən nümayəndələrin iştirakı ilə geniş müzakirəsi nəzərdə tutulub.  

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi