шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-da maarifləndirici görüş keçirilib

 Dekabrın 24-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycan Dövlət Pedaqoji Universitetində “Gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırmasına dair biliklərinin artırılması və davranışlarının təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir təşkil edib.

[gallery ID=150]

Universitetin Məzun, Koordinasiya və Karyera bölməsinin müdiri Könül Əsgərova tədbiri giriş sözü ilə açaraq tibbi maarifləndirmə işinin aparılmasının gənc nəslin sağlamlığının qorunmasında böyük rol oynadığını bildirib. Səbail rayon 29 nömrəli şəhər poliklinikasının baş həkimi Şəfəq Teymurova qeyd edib ki, cinsi və reproduktiv sağlamlıq, ana və uşaq sağlamlığı dövlət tərəfindən daim diqqətdə saxlanılan sahələrdən biridir və bu səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində daim işlər görülür.

İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin həkim-mütəxəssisi Lətafət Dadaşova tələbələr qarşısında geniş təqdimatla çıxış edərək onlara reproduktiv sağlamlıq, ailə planlaşdırılması, cinsi yolla yoluxan infeksiyalar, o cümlədən abortların qadın sağlamlığına mənfi təsiri barədə ətraflı məlumat verib. Həkim-metodist həmçinin körpələrin bəslənməsində və sağlamlığının təmin olunmasında ana südünün əvəzsiz faydalarından danışaraq gələcəyin analarına müvafiq tövsiyələrini çatdırıb.

Yekunda mövzu ilə bağlı səmərəli fikir mübadiləsi aparılıb, tələbələrə reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanılıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi