шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-da PETRA layihəsi çərçivəsində daha bir tədbir keçirilib

Dekabrın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ERASMUS+ proqramı üzrə PETRA layihəsi çərçivəsində universitetin Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqovun “Tədqiqat və inkişafın ali məktəbdə keyfiyyətin artırılmasında rolu” mövzusunda təqdimatı keçirilib. Professor-müəllim heyətinin işttirak etdiyi tədbir sözügedən layihənin 3 nömrəli iş planına uyğun olaraq gerçəkləşib.

[gallery ID=143]

Təqdimatda PETRA layihəsi haqqında məlumat verilib, özünüqiymətləndirmə və keyfiyyət anlayışları, ali təhsil müəssisələrində tədqiqat və inkişafın keyfiyyətə təsiri, Avstriyanın timsalında tədqiqat və inkişaf sahəsində Avropa təcrübəsi, elm və tədqiqatın inkişafının dəstəklənməsi ilə bağlı maraqlı statistik məlumatlar çatdırılıb. Eyni zamanda ADPU-da keyfiyyətin artırılması istiqamətində aparılmış işlər və onların əhəmiyyəti, professor-müəllim heyətinin elmi-pedaqoji, ictimai və özünüinkişaf istiqamətində illik fəaliyyətinin nəticələrinin öyrənilməsinin universitetdə keyfiyyətin artırılmasında rolu və s. məsələlərə də toxunulub.

Bildirilib ki, ali məktəbdə keyfiyyətin təminatının məqsədi tədrisin müxtəlif səviyyələrinin, o cümlədən fakültə və universitet, tədris metodları, qiymətləndirmə, öyrənmə materialları, tədris proqramlarının strukturu, elmi-tədqiqatların genişlənməsi və nəticlərin auditoriyaya gətirilməsi, keyfiyyətin təminatı və nəzarət, daxili və xarici qiymətləndirmə və sairədir. Hər bir ali təhsil müəssisəsi  özünü peşəkar və səriştəli müəllim heyəti ilə təmin etmək üçün müəyyən yollara və üsullara malik olmalıdır. Ali məktəbdə çalışan müəllim tədris etdiyi sahədə inkişaf etmiş, mükəmməl bilik və bacarıqlara malik olmaqla yanaşı, bütün tələbələr üçün əlçatan olan öyrənmə mənbəyi olmalıdır. Ali təhsil və tədqiqat işləri arasında əlaqənin gücləndirilməsinə yönəlmiş elmi fəaliyyətin, özünüinkişafın, tədrisdə innovasiyaların tətbiqi və yeni texnologiyalardan istifadənin həvəsləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, ADPU-nun da tərəfdaşlarından biri olduğu “Azərbaycan universitetlərində tədris və təlimin təkmilləş­dirilməsi” (Promoting Excellence in Teasching and Learning in Azerbaijani Universities – PETRA) layihəsi çərçivəsində ADPU əməkdaşlarının bütün tərəfdaş universitetlərin nümayəndələrinin iştirakı ilə keçirilmiş yerli təlimlərdə, eləcə də Ankaranın Qazi Universitetində, Avstriyanın Vyana Tətbiqi Elmlər Universitetində, Finlandiyanın Jivaskala Universitetində xarici təcrübəni öyrənmək imkanı əldə etmələri müsbət haldır. Universitetdə son illər beynəlxalq əlaqələrin, layihələrin həyata keçirilməsi ilə bağlı işlərin inkişaf etdirilməsi, bütün sahələrdə keyfiyyətin təmin olunmasına şərait yaradan müasir təcrübələrin tətbiq olunması istiqamətində ardıcıl fəaliyyət öz müsbət nəticələrini verməkdədir.

Təqdimat zamanı iştirakçıları maraqlandıran suallar cavablandırlıb, mövzu ilə bağlı müzakirə aparılıb və belə tədbirlərin faydalılığı vurğulanıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi