шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-da Təlim-tədris və resurs mərkəzinin növbəti təlimi keçirilib

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) tədris prosesinin səmərəliliyinin artırılması istiqamətində bir sıra uğurlu layihələrə imza atır. Bunlardan biri də ali təhsildə milli-mənəvi dəyərləri nəzərə alaraq dünya təcrübəsindən, eləcə də müasir dünyada tədris prosesində tətbiq olunan təlim üsullarından faydalanmaq məqsədilə ABŞ Səfirliyinin maliyyə dəstəyi ilə müxtəlif təhsil proqramları əsasında ölkəmizdə fəaliyyət göstərən mütəxəssislərin ADPU-ya cəlb olunmasıdır. Belə ki, Təlim-tədris və resurs mərkəzinin (Teaching and Learning Centre) təşkilatçılığı ilə ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “İngilis dili təqaüdü proqramı (El-Fellow)” çərçivəsində ölkəmizdə çalışan mütəxəssis Amy Zhupikov ingilis dili müəllimləri üçün “Dərs prosesində tələbə mərkəzli fəaliyyət növlərinin inteqrasiyası” mövzusunda təlim təşkil edib.

Qeyd edək ki, Təlim-tədris və resurs mərkəzi “Azərbaycan universitetlərində öyrənmə və təlimin təkmilləşdirilməsi (PETRA)” layihəsi çərçivəsində ictimai əsaslarla Tədqiqat və inkişaf şöbəsinin nəzdində yaradılıb.  

            İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi