шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-nun müəllim və tələbələri respublika elmi konfransında iştirak ediblər

Dekabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbə və magistrantları Bakı Slavyan Universitetində (BSU) keçirilən “Azərbaycan təhsilində dəyərlər sistemi” adlı Respublika elmi konfransında iştirak ediblər. Elmi konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ilə bağlı dəyirmi masa da keçirilib. Dəyirmi masada çıxış edən ADPU-nun baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Məlahət Babayeva çıxışında bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən imzalanmış müvafiq fərman və sərəncamlar dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirib, ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradıb.

[gallery ID=146]

Dəyirmi masadan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. Məlahət Babayeva dosent Nailə Xəndanla birlikdə konfransın “Ədəbiyyatın öyrədilməsinin təhsildə əhəmiyyəti” adlı bölməsinə moderatorluq ediblər.

Konfransın yekununda və moderatorların hesabatlarında Məlahət Babayeva BSU-nun rektoru, professor Nurlana Əliyevaya, konfransı təşkil edən Pedaqoji fakültənin dekanı, professor Flora Naciyevaya təşəkkür edib və tələbələri təbrik edib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi