шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-nun nəzdində ADPK-də “Unudulmaz şəxsiyyət” adlı tədbir

Dekabrın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Unudulmaz şəxsiyyət” adlı tədbir keçirilib. Tədbirdə kollecin rəhbərliyi, Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Zöhrab Cəfərov, müəllim və tələbə heyəti iştirak edib.  

[gallery ID=117]

Tədbiri giriş sözü ilə açan kollecin direktoru, dosent İsrayıl İsgəndərov müasir Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq, Ulu Öndərin Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh  naminə göstərdiyi fövqəladə xidmətlərindən danışıb.

Yasamal RİH-in İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Zöhrab Cəfərov öz çıxışında milli xilaskarımız olan Heydər Əliyevin Azərbaycan xalqının tarixi boyu yetişdirdiyi qeyri-adi şəxsiyyətlərdən biri olduğunu qeyd edərək, vəfatından sonra belə milyonların qəlbində yaşadığını, millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlandığını bildirib.

Kollecin müəllimlərindən Xarici dillər fənn birləşmə komissiyasının sədri İlhamə Əsgərova “Milli mənsubiyyətimizin, milli varlığımızın əbədi təcəssümcüsü” və Humanitar fənn birləşmə komissiyasının müəllimi Gülnarə Sadıqova “Heydər Əliyev və tarixi şəxsiyyət” mövzularında məruzələrlə çıxış ediblər. 
       Tələbələrin ifasında ulu öndər Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib, həmçinin dünya siyasi xadimlərinin Heydər Əliyev haqqında söylədikləri dəyərli kəlamlar səsləndirilib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi