шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-nun Şəki Filialında Ümummilli Liderin xatirəsinə həsr olunmuş elmi-nəzəri konfrans

Dekabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki Filialında Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun, ADPU-nun Şəki filialının və Şəki şəhər 7 nömrəli tam orta məktəbinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər Əliyevin tarixləşmiş şərəfli ömür yolu” adlı elmi-nəzəri konfrans keçirilib.

[gallery ID=115]

Konfransı giriş sözü ilə açan filialın direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rasulov Ulu Öndərin nəsillərə örnək olan şərəfli ömür yolundan bəhs edib, müstəqil Azərbaycan Dövlətinin qurulmasında və  möhkəmləndirilməsində onun tarixi xidmətlərindən söz açıb.

Konfransda filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyevin təqdimatında “Heydər Əliyev və Azərbaycanın davamlı inkişaf strategiyası” adlı məruzəsi dinlənilib.  Şəki şəhər 7 nömrəli tam orta məktəbin direktoru Bəkir Xəlilov “Azərbaycanın dövlət müstəqilliyinin bərpasında və möhkəmləndirilməsində Heydər Əliyevin tarixi xidmətləri”, filialın Ümumelmi fənlər kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim  Sədrəddin Bədiyev “Heydər Əliyev və Azərbaycanda təhsil islahatları”, Humanitar fənlər kafedrasının baş müəllimi Tahir Məhərrəmov “Azərbaycanın dünya birliyinə inteqrasiyasında Heydər Əliyevin rolu”,  filialın “Tarix və coğrafiya müəllimliyi” ixtisasının V tədris ili tələbəsi Nazilə Məsimova “Heydər Əliyev və Azərbaycanda gənclər siyasətinin təşəkkülü” mövzularında çıxışlar ediblər.

Tədbirin sonunda filial tələbələrinin və 7 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Ümummilli Liderə həsr olunmuş şeirlər səsləndirilib, Ulu Öndərin həyat yoluna aid videoçarx nümayiş etdirilib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi