шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-nun Şamaxı Filialının tələbələri ekskursiyada

Dekabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialının müəllimi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi və Şamaxı Cümə məscidində "Azərbaycanın antik dövr arxeologiyası və Şamaxı" mövzusunda mühazirəsi əyani formada keçirilib. Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində antik dövrün maddi mədəniyyət nümunələri haqqında məlumat verən Fariz Xəlilli Xınıslı, Çıraqlı, Quşçu, Meysarı, Dəmirçi abidələri haqqında danışıb. Tələbələr Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin digər dövrlərə aid eksponatları ilə də tanış olublar.

[gallery ID=114]

Şamaxı Cümə məscidinin qədim tarixə malik olduğunu, Qafqazda ən qədim məscidlərdən biri kimi 743-cü ildə tikildiyini, arxeoloq Hüseyn Ciddinin məscidin həyətində apardığı tədqiqatların bunu təsdiqlədiyini bildirən F.Xəlilli həyətdəki tikili qalıqlarını, quyuları tələbələrə göstərib. 

Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzi ilə tanış olan tələbələr müxtəlif dərnəklərin fəaliyyət göstərdiyi otaqlara baxıblar. Görüşdə mərkəzin direktoru ümummilli lider Heydər Əliyevin həyat yoluna və siyasi fəaliyyətinə dair geniş məlumat verib. Mərkəzdə nümayiş olunan foto və sənədlərlə tanış olan tələbələr konfrans zalında F.Xəlillinin Şamaxının qədim tarixi haqqında mühazirəsini dinləyiblər. F.Xəlilli onu da bildirib ki, 7 dekabr Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin açılış günüdür və bu əlamətdar hadisədən 100 il ötür.

Diskussiya formasında keçən mühazirənin sonunda fəal tələbələr qiymətləndirilib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi