шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-nun tələbələri bilik yarışında uğurla iştirak ediblər

 Dekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti yannda Bilik Fondu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Universiteti və Bakı Qızlar Universitetinin tələbələri arasında “Tariximizi öyrənək və öyrədək. Azərbaycan Xalq Cümhuriyyəti – 100” mövzusunda bilik yarışı keçirib. Bu yarışda ADPU-nun “Tarix müəllimliyi” ixtisasının 208-ci qrup tələbələri-Turanə Seydiyeva, Müşfiqə Quliyeva, Aidə Kərimova, Səfiyyə Məmmədli, Elmir Üzbaşıyev, Günay Nurəliyeva uğurla çıxış edərək III dərəcəli diplomla mükafatlandırılıblar. Qeyd edək ki, tələbələri bu yarışa Tarix və coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədova hazırlaşdırıb.

[gallery ID=120] 

 İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi