шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-nun Quba Filialının əməkdaşları RİİB-in tədbirində iştirak ediblər

Dekabrın 7-də Quba şəhərindəki Heydər Əliyev Mərkəzində “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsinin icrası ilə əlaqədar maarifləndirici tədbir keçirilib. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialının Tədris və elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudov, dekan müavini Nübar Bayramova, Ədəbiyyat və dillər kafedrasının müdiri, dosent Gülşən Ağabəy, Pedaqoji və ictimai fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru  Elnur Nəsirov, həmin kafedranın  müəllimləri  iştirak ediblər.

Tədbirdə iştirakçılara  inklüziv təhsilə dair ümumi anlayış, pedaqoji kadrların peşəkar hazırlığı və mövcud resurslara dair  sosial tədqiqatın nəticələri haqqında məlumatlar verilib, layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətləri, inklüziv təhsilin mahiyyətini özündə əks etdirən banerlər paylanılıb.

İctimaiyyətlər əlaqələr və marketinq şöbəsi