шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-nun Quba Filialında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

Dekabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialının Tələbə Gənclər Təşklatının (TGT) sədri Həcər Seyidəhmədova başda olmaqla Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzinə ziyarət təşkil olunub və burada ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında tələbə-gənclərə ətraflı məlumat verilib.

Dekabrın 10-da  Quba Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ADPU-nun Quba Filialının bir qrup fəal tələbəsi Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək,  xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Dekabrın11-də filialda ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Dekabrın 12-də  filialın rəhbərliyi başda olmaqla, professor-müəllim heyəti və tələbələr Quba Rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində  ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə əklil və gül dəstələri qoyaraq Ulu Öndərə məhəbbət və ehtiramlarını ifadə ediblər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi