шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Azərbaycan tarixi kafedrasının dosenti Mübariz Ağalarlı beynəlxalq simpoziumda iştirak edib

Dekabrın 13-15-də Lənkəran Dövlət Universitetində “Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani” mövzusunda Beynəlxalq Simpozium keçirilib. Simpoziumda Azərbaycanın müxtəlif elm və təhsil müəssisələrindən gəlmiş alimlərlə yanaşı, Türkiyə, İran, Bolqarıstandan da onlarla elm adamları iştirak ediblər. Beynəlxalq simpoziumda Şeyx Zahid Gilani məktəbi, onun davamçıları, Şeyx Gilani şəxsiyyətinin böyüklüyü, zamanında və hazırkı dövrə qədərki fəlsəfi fikir tarixindən bəhs edən müxtəlif istiqamətli elmi məruzələr dinlənilib.

Simpoziumda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsinin Azərbaycan tarixi  kafedrasının dosenti Mübariz Ağalarlı da iştirak edib. Mübariz Ağalarlı öz elmi məruzəsində Şeyx Zahid Gilanı məktəbinin orta əsr Azərbaycanında mənəvi mədəniyyətin inkişafına verdiyi töhfələr, onun davamçısı olan Şeyx Səfiəddin Ərdəbilinin Azərbaycan sufiliyində oynadığı roldan və Rusiya İmperiyasının Azərbaycanda mənəvi-dini məktəblərə qarşı aqressiv və repressiv siyasətindən  bəhs edib. Beynəlxalq simpozium iştirakçıları Şeyx Zahid Gilaninin Lənkəran rayonunun Şıxəkəran kəndində yerləşən məqbərəsini də ziyarət ediblər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi