шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Fəlsəfə və sosial fənlər kafedrasının əməkdaşı insan hüquqları təhsili ilə bağlı gənclərin milli forumunda iştirak edib

Dekabrın 10-11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və cöğrafiya fakültəsinin Fəlsəfə və sosial fənlər kafedrasının baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov “Gənclərin iştirakı ilə insan hüquqları və vətəndaşlıq təhsili üzrə milli forum”da iştirak edib. Gənclər və İdman Nazirliyinin və Avropa Şurası Gənclər Departamentinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin açılış mərasimində Gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin vitse-spikeri Bahar Muradova, nazir müavini İntiqam Babayev, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova, Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes, Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov, Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova və digərləri çıxış ediblər.       

Tədbirdə çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova bu gün dünyada insan hüquqları ilə bağlı vəziyyətin narahatlıq yaratdığını, münaqişələrin dünyada fundamental insan hüquqlarını pozduğunu qeyd edib. Vurğulanıb ki, Azərbaycanda insan hüquqularının təmin edilməsi ilə bağlı lazımi qanunvericilik bazası yaradılıb. Azərbaycan Respublikasının Konstitusiyasında və digər milli qanunvericilik bazasında insan hüquqularının təmin olunması, azad yaşamaq, təhsil almaq və digər fundamental hüquqların təmin edilməsi üçün lazımi addımlar atılıb. Azərbaycan bu istiqamətdə beynəlxalq konvensiyalara qoşulub və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.  

Digər çıxışlarda  forumla bağlı məlumat verilərkən bildirilib ki, Gənclər və İdman Nazirliyi Avropa Şurası ilə birlikdə 2017-2018-ci illər ərzində insan hüquqlarının tədrisinə dair təlimçilərin hazırlanmasına dair milli, yerli səviyyədə dövlət müəssisələri və QHT-lər üçün silsilə təlim kursları keçirilib. Təlim kurslarının keçirilməsində məqsəd növbəti mərhələdə Azərbaycanda bilavasitə gənclər arasında insan hüquqları mövzusunda maarifləndirmə işlərinin aparılması üçün mütəxəssislərin, təlimçilərin hazırlanmasıdır. Bununla yanaşı, çıxışlarda dünyada insan hüquqları sahəsində baş verən proseslər və Azərbaycanda bu sahədə əldə olunan uğurlar haqqında danışılıb. 

Qeyd edək ki, Avropa Şurasının Azərbaycan üzrə fəaliyyət planına uyğun olaraq, 2017-2018-ci illərdə “İnsan hüquqlarının təhsili üzrə multiplikatorlar və təlimçilər üçün uzunmüddətli təlim kursu”, Bakı və Strasburq şəhərlərində Azərbaycandan olan milli, regional və yerli səviyyədə gənclərlə işləyən dövlət mütəxəssisləri və gənclərlə işləyən qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “Demokratik vətəndaşlıq və gənclərin iştirakı üzrə milli kursu” həyata keçirilib.

Forum çərçivəsində Azərbaycan dilinə tərcümə olunaraq çap edilmiş gənclərin iştirakı ilə insan hüquqlarının təhsili üzrə “Kompas” və “Öz sözünü de” təlimat vasitələrinin təqdimatı və onlardan istifadə qaydalarına dair seminar, həmçinin təlim kurslarını uğurla bitirmiş iştirakçılara sertifikatlar təqdim edilib, panellər üzrə müzakirələr aparılıb.

 

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi