шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Filologiya fakültəsi Elmi Şurasının geniş tərkibdə iclası keçirilib

Dekabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin Elmi Şurasının geniş tərkibdə iclası keçirilib. İclasda Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev, İnsan resursları şöbəsinin müdiri Qumral Qədimova, universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev, baş hüquqşünas Zakir Nağıyev, fakültənin professor-müəllim heyəti iştirak ediblər.  

[gallery ID=116]

İclasa sədrlik edən Tədris işləri üzrə prorektor, dosent  Eldar Aslanov gündəlikdə duran əsas məsələ-Filologiya fakültəsinin dekanı vəzifəsinə gizli səsvermə yolu ilə keçiriləcək seçki haqqında ətraflı məlumat verib.

Prorektor  E.Aslanov kafedralarda seçkinin şəffaf  və obyektiv keçirilməsinə görə fakültənin dekanı, professor Buludxan Xəlilova təşəkkürünü bildirib. Sonra professor B.Xəlilov kafedralarda keçirilən seçki haqqında məlumat verib.

Prorektor E.Aslanov Filologiya fakültəsinin dekanı vəzifəsinə namizədliyini irəli sürmüş əməkdaşlara-professor Təyyar Cavadova, professor Mahirə Hüseynovaya,  professor Elman Quliyevə və dosent Fəxrəddin Yusifova söz verib. Namizədlər öz platformaları haqqında danışıblar.

5 nəfərdən ibarət səs hesablayıcı komissiya təşkil olunub və səsvermə nəticəsində Müasir Azərbaycan dili kafedrasının müdiri, professor Mahirə Hüseynova səs çoxluğu ilə Filologiya fakültəsinin dekanı seçilib.

Daha sonra fakültənin elmi katibi, dosent Sevinc Sadıxova Şura üzvlərini cari məsələ ilə tanış edib. Cari məsələdə Ədəbiyyat və onun tədrisi metodikası kafedrasında vakant professor vəzifəsini tutmaqla bağlı vəsatətin qaldırılması üçün kafedranın əməkdaşı, filologiya üzrə elmlər doktoru Yaqub Babayevin müraciətinə baxılıb. Onun professor elmi adı alması üçün vəsatətin qaldırılması məqsədəuyğun bilinib və bu elmi adı alması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılmasının universitet Elmi Şurasından xahiş edilməsi qərara alınıb.

 

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi