шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Filologiya fakültəsində onlayn təqdimat

Dekabrın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Mahirə Hüseynovanın bu günlərdə nəfis şəkildə çapdan çıxmış "Azərbaycan dilinin yemək və içki adlarının tarixi-etimoloji lüğəti" adlı kitabının Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan Federal Universitetinin Filologiya fakültəsi ilə onlayn təqdimatı keçirilib. Hər iki universitetin müəllim və tələbələri bu təqdimatda fəal iştirak ediblər.

[gallery ID=142]

Təqdimatda “Azərbaycan dilinin yemək və içki adlarının tarixi-etimoloji lüğəti" kitabının tərtib edilməsinin əhəmiyyəti, türk dillərində ortaq yemək və içki adları, bir çox adların etimoloji izahı haqqında maraqlı söhbətlər aparılıb və belə onlayn təqdimatların müntəzəm keçirilməsi arzu edilib. Qeyd edək ki, Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Mahirə Hüseynova bu dəfə universitetdə Kazan Federal Universiteti ilə onlayn təqdimat təşkil etməklə yeni bir ilkə imza atıb. İnanırıq ki, Mahirə Hüseynova bizi öz yeni  yaradıcı ideyaları ilə hələ çox sevindirəcək.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi