шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Tələbə-gənclərin “Gələcəyin Qurucuları” adlı I Forumu Cəlilabadda

Dekabrın 20-də Azərbaycan Respublikasının Gənclər Fondunun (GF) maliyyə dəstəyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ictimai təşkilatlarının təşkilati dəstəyi ilə “Tələbə-gənclərin “Gələcəyin Qurucuları” adlı I Forumu” çərçivəsində ADPU-nun Cəlilabad Filialında regional panel iclaslar keçirilib. Qeyd edək ki, forum ADPU-nun gənc əməkdaşı Sahil Qələndərovun XI qrant müsabiqəsindən qazandığı layihədir.

[gallery ID=139]

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə ADPU-nun Cəlilabad Filialının direktoru, dosent Xudayar Sultanlı açaraq qonaqları, iştirakçıları, tələbələri salamlayıb, forumun filial tələbələrinin inkişafı üçün  çox önəmli platforma olduğunu bildirib.

 Layihə rəhbəri Sahil Qələndərov çıxış edərək forumun əhəmiyyəti, bunun region və paytaxt gəncləri arasında bir körpü olduğunu və bütün tələbə-gənclər üçün stimul xarakteri daşıdığını,  gələcək illərdə layihə halından artıq mütəşəkkil proqram halını ala biləcəyini vurğulayıb.

Forumda “Müasir dünyanın Azərbaycan gənclərinin üzərinə qoyduğu vəzifələr” və “Sosial aktivliyin gənclərin formalaşmasında rolu” bölmələrində ADPU-nun Tarix və coğrafiya fakültəsinin III tədris ili tələbəsi,  Tələbə Gənclər Təşkilatının (TGT) Tarix və coğrafiya fakültəsi üzrə təşkilatının sədri Taleh Mirzəyevin moderatorluğu ilə panel iclaslar keçirilib, müzakirələr aparılıb.

“Müasir dünyanın Azərbaycan gənclərinin üzərinə qoyduğu vəzifələr” adlı ilk paneldə çıxışçılar - ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütəxəssisi Sahil Qələndərov, Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının dosenti Fəxrəddin Yusifov və ADPU-nun Cəlilabad Filialının direktor müavini Eyvaz Məmmədov mövzu ətrafında çıxışlar edib, tələbələrin fikirləri əsasında müzakirələr davam etdirilib. Dosent Fəxrəddin Yusifov “Gənclərin problemləri və onların həlli yolları” mövzusunda interaktiv dialoq formasında təqdimat edib.

“Sosial aktivliyin gənclərin formalaşmasında rolu”  adlı paneldə çıxışçılar -  Sahil Qələndərov, ADPU-nun Tarix və coğrafiya fakültəsinin V tədris ilinin tələbəsi, TGT-nin sədri Taleh Budaqov, İbtidai təhsil fakültəsinin III tədris ili tələbəsi, türkiyəli tələbələrin idarə heyətinin sədri Hakan Köse, sədr müavini Akif Kaynar  və TGT-nin sabiq sədr müavini Nicat Quliyev iştirak ediblər. Sahil Qələndərov  “Sosial aktivlik nədir?” və “Sosial aktiv gənc kimdir?” sualları ətrafında fikirlərini bölüşüb, ADPU-nun nümunəsində könüllülük fəaliyyətinin uğurlu həllindən söz açıb, əyani fərdi nümunələr göstərib.

Sonra Hakan Köse çıxış edərək bir Türkiyə vətəndaşı və əcnəbi tələbə olaraq Azərbaycanda və ADPU-da qazandığı uğurlar, sosial aktivlikləri sayəsində əldə etdiyi imkanlar, qardaş ölkələrin mədəniyyətləri arasında yaxınlaşma sahəsində atdıqları addımlar və alınan müsbət nəticələrdən danışıb. Nicat Quliyev gənclərlə fikirlərini bölüşüb. TGT –nin sədri Taleh Budaqov  “Tələbə Gənclər Təşkilatı və onun tələbə-gənclər üçün açdığı imkanlar” başlığı altında əhatəli və faydalı məlumatlar verib,  gənclərin sualları cavablandırıb, onların ideya və təklifləri dinlənilib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi