шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Tələbə-gənclərin “GələcəyinQurucuları” adlı I Forumu öz işinə başlayıb

Dekabrın 18-də Azərbaycan Respublikasının Gənclər Fondunun (GF) maliyyə dəstəyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ictimai təşkilatlarının təşkilati dəstəyi ilə “Tələbə-gənclərin “Gələcəyin Qurucuları” adlı I Forumu”ADPU-un Quba Filialında öz işinə başlayıb. Qeyd edək ki, forum ADPU-nun gənc əməkdaşı Sahil Qələndərovun XI qrant müsabiqəsindən qazandığı layihədir.

[gallery ID=131]

Bu platforma özünü inkişaf etdirmək, müxtəlif regionlarda təhsil alan tələbələrlə dostluq əlaqəsi qurmaq istəyən ADPU-nun hər bir tələbəsi üçün əla fürsətdir.

Forum Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Sonra layihə rəhbəri Sahil Qələndərov çıxış edərək forumun əhəmiyyəti, bunun region və paytaxt gəncləri arasında bir körpü, o cümlədən bütün tələbə-gənclər üçün stimul xarakteri daşıdığını və özünü doğruldacağı halda gələcək illərdə layihə halından artıq mütəşəkkil proqram halını ala biləcəyini vurğulayıb.

ADPU-nun Quba Filialının direktor müavini Aysel Şeydayeva çıxış edərək qonaqları, forum iştirakçılarını salamlayıb, forumun filial tələbələrinin regional inkişafında əhəmiyyətli hadisəyə çevriləcəyinə əminliyini ifadə edib.

Daha sonra panellər üzrə müzakirələrə start verilib. Forumda “Müasir dünyanın Azərbaycan gənclərinin üzərinə qoyduğu vəzifələr” və “Sosial aktivliyin gənclərin formalaşmasında rolu” bölmələri üzrə ADPU-nun Tarix və coğrafiya fakültəsinin III tədris ili tələbəsi, sosial aktiv gənc Taleh Mirzəyevin moderatorluğu ilə panel iclaslar keçirilib, müzakirələr aparılıb.

“Müasir dünyanın Azərbaycan gənclərinin üzərinə qoyduğu vəzifələr” adlı birinci paneldə çıxışçılar - ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütəxəssisi, layihə rəhbəri Sahil Qələndərov və ADPU-nun Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının dosenti Fəxrəddin Yusifov mövzu üzrə çıxışlar edib. Tələbələrin sualları, fikirləri ətrafında müzakirələr davam etdirilib.

“Sosial aktivliyin gənclərin formalaşmasında rolu”  adlı paneldə çıxışçı qismində layihə rəhbəri Sahil Qələndərov Qubada uzun illərdir fəaliyyət göstərən “YURD Gənclərin İntellektual İnkişafına Dəstək” İB-nin sədri Ramin Mahmudov və ADPU-nun İbtidai təhsil fakültəsinin III tədris ili tələbəsi, ADPU-da təhsil alan türkiyəli tələbələrin idarə heyətinin sədri Hakan Köse iştirak edib. Ramin Mahmudov “Sosial aktivlik nədir ?” və “Sosial aktiv gənc kimdir?” sualları ətrafında fikirlərini bölüşüb, gənclərin suallarını cavablandırıb.

ADPU-nun gənc əməkdaşı, könüllülük sektorunun yetirməsi Sahil Qələndərov sırf ADPU nümunəsində sosial aktivliyin, könüllülük fəaliyyətinin uğur həllərindən söz açıb. Sonra Hakan Köse çıxış edib, öz təcrübəsini bölüşüb, bir Türkiyə vətəndaşı və əcnəbi tələbə olaraq Azərbaycanda və ADPU-da qazandığı uğurlar, sosial aktivlikləri sayəsində əldə etdiyi imkanlar, iki qardaş ölkə mədəniyyətləri arasında yaxınlaşma sahəsində atdıqları addımlar və alınan müsbət nəticələrdən danışıb.

Qeyd edək ki, Forumun birinci hissəsinin digər tədbirləri ADPU-nun Cəlilabad (20 dekabr 2018-ci il) və Ağcabədi (fevral 2019-cu il) filiallarında, yekunu isə Bakı şəhərində həyata keçiriləcək (fevral 2019-cu il). Forumun yekununda bəyənnamə qəbul ediləcək.

Layihənin məqsədi region və paytaxt gəncləri arasında əlaqə yaratmaq və daimi ideya mübadiləsini təmin edəcək "fikir körpüsü" qurmaq, həmçinin müasir dövrün tələblərini tələbə-gənclərin diqqətinə çatdırıb, onlara gələcək fəaliyyətləri üçün lazımi bilik və bacarıqlara yiyələnmələri üçün düzgün istiqamət göstərməkdir.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi