шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-da müayinə aksiyası

Noyabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Avropa İİV-ə testləşmə həftəsi” və 1 Dekabr-Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar müayinə aksiyası keçirilib. 

Tədbirdə Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən tələbələr üçün İnsanın İmmun Çatışmazlığı Virusuna (İİV) görə laborator testlər keçirilib. Mərkəzin mütəxəssisləri İİV infeksiyası və ondan qorunma üsulları, sağlam və təhlükəsiz həyat tərzi barədə tələbələrə ətraflı məlumat veriblər.

Qeyd edək ki, müayinə aksiyasında 200-dən çox tələbə iştirak edib. 

 

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi