шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-da tələbə qızlar arasında keçirilən voleybol yarışları sona çatdı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin(THİK) təşkilatçılığı ilə  oktyabrın 31-dən tələbə qızlardan ibarət 8 komanda arasında voleybol yarışlarına start verilib. Qeyd edək ki, yarış 2 qrup- “A” və “B” qrupları arasında  noyabrın 6-na kimi davam edib. Noyabrın 12-də final yarışına çıxmaq üçün Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsi ilə Fizika və texnologiya fakültəsi, III yer uğrunda isə Kimya və biologiya fakültəsi ilə Riyaziyyat və informatika fakültəsi arasında mübarizə gedib.

[gallery ID=62]

Yarışın final mərhələsini ADPU-nun rektoru, professor Cəfər Cəfərov izləyib. Finalda Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin komandası I yeri, Fizika və texnologiya fakültəsinin komandası II yeri, Riyaziyyat və informatika fakültəsinin komandası isə III yeri tutub. Yarışın qalibləri kubok, diplom və medallarla mükafatlandırılıblar.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi