шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-nun Ağcabədi Filialında Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirildi

Noyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi Filialında Yeni Azərbaycan Partiyasının yaradılmasının (YAP) 26-cı ildönümü münasibətilə “Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır” mövzusunda tədbir keçirildi.

Əvvəlcə Dövlət Himni səsləndirildi.

Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Mətanət Fərzəliyeva YAP-ın yaradılmasının xalqımızın tarixində müstəsna əhəmiyyətə malik olduğunu bildirdi. Qeyd etdi ki, adı ulu öndərimiz Heydər Əliyevlə birgə çəkilən YAP xalqımızın işıqlı gələcəyinə təminat verən, dövlətçiliyimizin mühüm məsələlərini həyata keçirməyi özünə ali məqsəd və məramnamə kimi qəbul edən yüksək bir qurumdur.

Sonra məruzə üçün söz filialın tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimova verildi. “Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır” mövzusunda məruzə edən dosent M.Səlimov Azərbaycan xalqının siyasi həyatında əvəzsiz rolu olan YAP-ın yaranma tarixi və bu tarixi yetişdirən ictimai-siyasi vəziyyətin müfəssəl xronikasını verdi. Ümummilli liderimiz Heydər Əliyevin Allahdan xalqımıza bəxş olunmuş xilaskarlıq missiyasının daşıyıcısı olduğunu böyük fəxarət və xüsusi minnətdarlıq hissi ilə dilə gətirən məruzəçi bildirdi ki, Azərbaycan xalqı onu azadlığa, milli suverenliyə və siyasi sabitliyə qovuşduran öz dəyərli oğlunu – yaddaşlara əbədi həkk olunmuş Heydər Əliyev dühasını unutmayacaqdır. 26 illik siyasi fəaliyyəti boyunca xalqa sədaqət nümayiş etdirən YAP  sözün əsl mənasında dünənin, bu günün və sabahın partiyasıdır.

Məruzə ətrafında çıxış edən filialın İctimai, təbiət fənləri və onların tədrisi metodikası kafedrasının baş müəllimi, YAP-ın  Ağcabədi Filialının ilk partiya təşkilatının sədri Anar Kərimli əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik etdi və YAP-ın xüsusilə gənclər arasındakı nüfuzundan danışdı. Bildirdi ki, bu günün sağlam əqidəli, gələcəyi daha yaxşı görmək iqtidarında olan gəncləri məhz YAP-a etimad göstərərək onun sıralarında mütəşəkkil şəkildə birləşməyin vacibliyini duyur və xalqa xidmət amallı bu partiyanın yürütdüyü siyasəti dəstəkləyirlər.

Filialın Pedaqoji fakültəsinin “Riyaziyyat və İnformatika müəllimliyi” ixtisası üzrə I tədris ili tələbəsi Röyalə Əsədova Azərbaycan xalqının tarixi keçmişini özündə əks etdirən gözəl bir şeir nümunəsi söyləyərək tədbir iştirakçılarının zövqünü oxşadı.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi