шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-nun Quba Filialında görüş

Noyabrın 23-də ADA Universitetinin Biznes fakültəsinin  professoru Çağatay Pişkin və ADA Universitetinin bakalavr proqramları üzrə məsul şəxsi  Elşad Göyüşov Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialının sonuncu tədris ili tələbələri ilə görüşüb.

Görüş zamanı professor Çağatay Pişkin ADA Universitetinin fəaliyyəti barədə ətraflı məlumat verib. 

Görüşdə çıxış edən Elşad Göyüşov ADA Universitetində təhsil, tədris olunan ixtisasların təbliği, eləcə də qəbul şərtləri, tələbə həyatı,  güzəştli təhsil haqqında məlumat verib. ADA Universitetinin əsas məqsədinin  diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaq olduğunu vurğulayıb və tələbə-gəncləri bu universitetdə magistr hazırlığı proqramına qoşulmağa səsləyib.

Sonda tələbə-gəncləri maraqlandıran suallar cavablandırılıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi