шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-nun nəzdində ADPK-nin direktoru kollektivə təqdim olunub

Noyabrın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) Təhsil naziri Ceyhun Bayramovun 22 noyabr 2018-ci il tarixli əmrinə əsasən Kollecin direktoru vəzifəsinə təyin olunmuş dosent İsrayıl İsgəndərov kollektivə təqdim olunub.

[gallery ID=83]

Təqdimatda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev, ADPU-nun rektoru, professor Cəfər Cəfərov iştirak ediblər.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov dosent İsrayıl İsgəndərovu kollektivə təqdim edərək  ona yeni vəzifəsində və gələcək fəaliyyətində uğurlar arzulayıb.  

 Təqdimatda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək ölkəmizdə təhsil sahəsində aparılan islahatlardan və qazanılan uğurlardan danışıb. ADPU-nun nəzdində ADPK-də  son illər böyük uğurların əldə olunduğunu qeyd edib.

İsrayıl İsgəndərov ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib və bu etimadı layiqincə doğruldacağını vurğulayıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi