шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-nun Şəki Filialında fənn olimpiadalarına başlanılıb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki Filialında  mövcud ixtisaslar üzrə tələbələr arasında fənn olimpiadalarına başlanılıb. Noyabrın 7-də filialda Pedaqoji fakültənin “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə I-IV tədris ili tələbələri arasında psixologiya fənni üzrə  olimpiada keçirilib. Olimpiadada I tədris ili üzrə 8, II tədris ili üzrə 5, III tədris ili üzrə 6, IV tədris ili üzrə 8 nəfər olmaqla, ümumilikdə 27 nəfər tələbə iştirak edib. Olimpiadada iştirakçılar psixologiya və məntiq üzrə təqdim olunmuş 30 açıq sual və tapşırığı cavablandırıblar. Qaliblərin I, II, III dərəcəli diplomlarla mükafatlandırılması nəzərdə tutulub.

Qeyd edək ki, noyabr ayı ərzində filialda mövcud olan digər ixtisaslarda da belə olimpiadaların keçirilməsi planlaşdırılıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi