шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-nun Şamaxı Filialında 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialında 12 Noyabr–Konstitusiya Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və respublikanın Konstitusiya quruluşunun və ərazi bütövlüyünün uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

“Azərbaycan Respublikasının Konstitusiyası və Heydər Əliyev” adlı videoçarx nümayiş olunduqdan sonra Tədris və elmi işlər üzrə direktor müavini, fəlsəfə doktoru Şasəddin Mikayılov əlamətdar gün münasibətilə dəyirmi masa iştirakçılarını təbrik etdi. O, Azərbaycan dövlətinin öz müstəqilliyini 1991-ci ildə yenidən bərpa etməsinə baxmayaraq, ali qanunlar toplusu olan Konstitusiyanın qəbul edilməməsinin səbəbini o vaxtkı hakimiyyət nümayəndələrinin səriştəsizliyi ilə əlaqələndirdi. Məhz belə çətin tarixi bir dövrdə yenidən hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın ilk Konstitusiyası qəbul edildi.

Humanitar və xüsusi fənlər kafedrasının baş müəllimi Fəxrəddin Məmmədov çıxışında qeyd etdi ki, artıq 23 ildir ki, Azərbaycan Respublikasının Konstitusiyası milli dövlətçilik ənənələrinə, ölkədə dərinləşən islahatlara, xalqın tərəqqisinə xidmət edir. O, Prezident İlham Əliyevin “Azərbaycan Konstitusiyası  böyük potensiala malikdir  xalqımızın firavanlığına xidmət edir” ifadəsini də iştirakçıların diqqətinə çatdırdı. 

Tələbələrdən Toğrul Musayev, Nübar Nəhmətova, Fəridə Hüseynova, Şəms Şakirli, Aygün Vahabova, Aytac Süleymanova, Asəf Niyazov Azərbaycan Respublikasının Konstitusiya quruculuğu tarixi, Azərbaycan Respublikasının Konstitusiyası və ulu öndər Heydər Əliyev, Konstitusiya layihəsinin hazırlanması, qəbul edilməsi və tarixi əhəmiyyəti, Azərbaycan Respublikasında xalq hakimiyyəti, insan və vətəndaş hüquq və azadlıqları, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin bölünməsi prinsipləri mövzularındada çıxışlar etdilər. Çıxışçılar qeyd etdilər ki, Azərbaycan Konstitusiyasının özünəməxsus bir çox üstün cəhətləri vardır. Bunlardan ən əsası odur ki, Konstitusiya dünyanın ən mütərəqqi dövlətlərinin təcrübəsini özündə birləşdirir. Bu qanunun əsasını dövlətin müstəqilliyinin, suverenliyinin qorunması, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, hüquqi dövlət qurmaq və s. mühüm məqamlar təşkil edir.

Sonda tələbələr qeyd etdilər ki, müasir gənclərin borcu Konstitusiya ilə müəyyən olunmuş hüquq və vəzifələrini bilmək və başqalarının hüquqlarına hörmətlə yanaşmaqdır.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi