шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Ağsaqqallar Şurasının üzvlərinin Tarix və coğrafiya fakültəsinin I tədris ili tələbələri ilə görüşü keçirilib

Noyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağsaqqallar Şurasının üzvlərinin Tarix və coğrafiya fakültəsinin I tədris ili tələbələri ilə görüşü keçirilib.

[gallery ID=82]

Görüşü giriş sözü ilə açan Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov tələbələrə öz dəyərli məsləhətlərini verib, onlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzulayıb.

Görüşdə çıxış edən Ağsaqqallar Şurasının sədri, professor Malik Cəbrayılov Ağsaqqallar Şurası haqqında tələbələrə ətraflı məlumat verib.

Tədbirdə Ağsaqqallar Şurasının üzvləri- Ümumi tarix kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Vəli Əliyev, tanınmış şair, Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri,  professor Zahid Xəlil, Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müdiri, dosent Rəcəb Əliyev çıxış edərək öz fikirlərini tələbələrlə bölüşüblər.

Tədbirdə tələbələrin sualları cavablandırılıb və tələbələr öz yazdıqları şeirləri səsləndiriblər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi