шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Fizika və texnologiya fakültəsində növbəti elmi seminar keçirilib

Noyabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika və texnologiya fakültəsində növbəti elmi seminar keçirilib. Seminarı giriş sözü ilə fakültənin dekanı, dosent Arzu Daşdəmirov açıb. Fakültə elmi seminarının rəhbəri,  dosent Aydın Ələkbərov çıxış üçün sözü Türkiyənin “Vestel” Şirkətinin və Müdafiə Nazirliyinin əməkdaşı, kimya elmləri doktoru, professor Sadiq Quliyevə verib.

Professor Sadiq Quliyev müasir dövrümüz üçün çox aktual olan "Polielektrolit membranlı yanacaq elementləri" mövzusunda ətraflı çıxış edib.

Çıxışdan sonra fakültənin əməkdaşları - professor Şükür Əlizadə, professor Edil Eyvazov, dosent Oqtay Həsənov, dosent Cahangir Hüseynov, baş müəllim Ağaxəlil Əliyev mövzu ilə bağlı məruzəçiyə müxtəlif suallarla müraciət ediblər.

Seminarın sonunda fakültənin dekanı, dosent Arzu Daşdəmirov məruzəçiyə dərin məzmunlu, maraqlı çıxışına görə təşəkkür edib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi