шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

“Kitab bir xəzinədir” adlı sərgi

Noyabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) II tədris binasında Tarix və coğrafiya fakültəsi tərəfindən “Kitab bir xəzinədir” adlı sərgi təşkil edilib. Fakültəyə daxil olan yeni kitablardan ibarət təşkil edilmiş sərgidə Tarix və coğrafiya fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. 2  hissədən ibarət olan sərginin birinci hissəsində Tarix və coğrafiya fakültəsinin professor-müəllim heyəti və tələbələr  fakültə tərəfindən II tədris binasının kitabxanasına daxil olmuş kitablardan ibarət sərgini gəzərək  tanış olublar.

Tədbirin ikinci hissəsində ADPU-nun II tədris binasının baş kitabxanaçısı, Əməkdar mədəniyyət işçisi Rəna Hüseynova çıxış edərək daxil olmuş yeni kitabların dəyərini vurğulayıb. Həmçinin universitetdə belə bir sərginin təşkil edilməsini müsbət hal kimi qiymətləndirdiyini qeyd edib və sərgidə iştirak edən kitabşünas alim, filologiya üzrə elmlər doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı İmaməddin Zəkiyevi iştirakçılara təqdim edib.

İmaməddin Zəkiyevin kitabların dəyəri, mütaliənin müsbət və əhəmiyyətli cəhətləri, kitab və kitabxananın tarixi haqqında dəyərli çıxışı sərginin ikinci hissəsinə xüsusi rəng qatıb.  Kitabşünas-alim çıxışında qeyd edib ki, mütaliə cəmiyyətin təkcə indiki vəziyyətinə deyil, eyni zamanda gələcəyinə olan münasibətinin göstəricisidir.

Tədbirin sonunda Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov çıxış edərək professor-müəllim heyətini və tələbələri yeni kitablar barədə məlumatlandırmaq,  tələbələrdə kitaba və kitabxanaya  maraq yaratmaq məqsədilə sərginin  keçirilməsini təqdirəlayiq hesab edərək  sərginin əhəmiyyətini diqqətə çatdırıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi