шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Coğrafi imla”da iştirak ediblər

Noyabrın 11-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı Filialında Rusiya Coğrafiya Cəmiyyəti (RCC) tərəfindən təşkil edilən “Coğrafi imla”da ADPU-nun Tarix və coğrafiya fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Qeyd edək ki,  beynəlxalq imla Rusiyanın coğrafiyasına aid idi.  Nəzərinizə çatdıraq ki, ilk dəfə 2015-ci ildə RCC tərəfindən Rusiyada keçirilmiş layihə bu il beynəlxalq səviyyəyə çıxarılıb. Beynəlxalq “Coğrafi imla” tələbələrin, həmçinin professor-müəllim heyətinin coğrafi bilik səviyyəsinin qiymətləndirilməsinə yönəlmiş genişmiqyaslı təhsil aksiyası məqsədi daşıyır.

Rus dilində keçirilən “Coğrafi imla”da iştirak etmək könüllük prinsipinə əsaslanırdı. İmla müxtəlif çətinlik dərəcəli 3 bloka bölünmüş, 30 test tapşırığından ibarət idi. Birinci blokdakı suallar coğrafi anlayış və terminlərlə bağlı biliklərə aid idi. İkinci blok xəritə ilə işləmək bacarıqlarının yoxlanmasına, üçüncü blok isə səyyahların gündəliklərindəki qeydlərə və bədii əsərlərdən seçilmiş parçalara əsasən coğrafi obyektlərin təyin edilməsinə yönəlmişdi.

Tədbirin sonunda Tarix və coğrafiya fakültəsinin 58 nəfər əməkdaşı şəhadətnamə  ilə təltif edilib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi