шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin təhsil müşaviri ADPU-da təhsil alan türk tələbələrlə görüşüb

Noyabrın 15-də Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin təhsil müşaviri  Mahmut Ağırman Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təhsil alan türk tələbələrlə və dinləyicilərlə görüşüb. Öncə təhsil müşaviri ADPU-nun  rəhbərliyi ilə görüşüb, bu ali məktəbdə  təhsil alan türkiyəli gənclərin vəziyyəti ilə maraqlanıb. Rektor Cəfər Cəfərov təhsil müşavirini ADPU-da görməkdən məmnunluğunu bildirib. Universitetdə gedən islahatlar, tədris prosesi, əcnəbi tələbələr, o cümlədən türk tələbələr üçün yaradılan şərait və beynəlxalq əlaqələrdən söz açıb, ADPU-nun Türkiyə universitetləri ilə əməkdaşlığının gələcək inkişaf perspektivləri barədə danışıb.

[gallery ID=68]

Rektorla görüşdən sonra Mahmut Ağırman tələbələrlə universitetin akt zalında görüşüb. Görüşdə təhsil müşavirinin müavini Faiq Bayramov, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Aynurə Əsgərova, Ümumi işlər üzrə prorektorun köməkçisi Turan Kərimli, Türk Tələbə İdarə Heyətinin sədri Hakan Köse və türk tələbələr iştirak ediblər.

Təhsil müşaviri Mahmut Ağırman Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral adından bütün tələbələri salamlayıb, onlara təhsillərində uğurlar arzulayıb. O, gəlişinin məqsədinin ölkəmizdə təhsil alan türk tələbələrin problemlərini dinləmək, onları narahat edən məsələlərin çevik həllinə nail olmaq, fikir mübadiləsi aparmaq olduğunu deyib. Təhsil müşaviri tələbələrin təhsili, nizam-intizam məsələləri, miqrasiya qanunvericiliyi barədə söhbət aparıb, onları maraqlandıran sualları cavablandırıb.

Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə ADPU-da təhsil alan türk tələbələr üçün hər cür şərait yaradıldığını, onların problemlərinə həssaslıqla və qayğı ilə yanaşıldığını təhsil müşavirinin diqqətinə çatdırıb.

Sonda xatirə şəkli çəkdirilib. Mahmut Ağırman ADPU-da görüşün keçirilməsinə şərait yaradıldığına görə universitet rəhbərliyinə öz təşəkkürünü bildirib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi