шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-nun Ağcabədi Filialında payız semestrinin imtahan sessiyası

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi Filialının professor-müəllim heyəti “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan, Təhsil Nazirliyinin əmr və sərəncamlarından, həmçinin ADPU-nun əmr və təlimatlarından irəli gələn vəzifələrin vaxtında və layiqincə yerinə yetirilməsi üçün öz işlərini günün tələbləri səviyyəsində qurmağa çalışır. Bunun nəticəsidir ki, ADPU-nun Ağcabədi Filialı yüksək ixtisaslı müəllim kadrları hazırlayan qabaqcıl təhsil müəssisələrindən birinə çevrilmişdir.

ADPU-nun Ağcabədi Filialının rəhbərliyi Təhsil naziri Ceyhun Bayramovun 11 dekabr 2018-ci il tarixli əmrini əldə rəhbər tutaraq, 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi üçün filialın bütün imkanlarını səfərbər etmişdir.

Hazırda filialın Pedaqoji fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Tarix və coğrafiya müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “İbtidai sinif müəllimliyi” və “Məktəbəqədər təlim və tərbiyə” ixtisaslarında 591 nəfər tələbə təhsil alır. Onların 586 nəfəri 2018-2019-cu tədris ilinin I yarım ilinə dair tədris planında nəzərdə tutulmuş nəzəri və təcrübi saatları yerinə yetirdiyinə görə,  ADPU-nun Ağcabədi Filialının 28 dekabr 2018-ci il tarixli 1/019 nömrəli əmrinə əsasən payız semestrinin imtahan sessiyasına buraxılmışdır.

Filialda payız semestrinin imtahan sessiyasının normal şəraitdə keçilrilməsi və obyektivliyin təmin olunması məqsədilə bütün hazırlıq işləri yerinə yetirilmiş, imtahanla bağlı sənədlər lazımi səviyyədə və vaxtında hazırlanmışdır.

ADPU-nun Ağcabədi Filialında imtahanların gedişi zamanı yaranacaq şikayətlərə çevik münasibət bildirmək və yerindəcə araşdırılmasının təminatı məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılmışdır. Hər iki qurumun fəaliyyəti üçün otaq ayırılmış, eyni zamanda müraciət və təkliflər qutusu hazırlanaraq tədris binasının birinci mərtəbəsinin dəhlizində yerləşdirilmişdir. Kafedralar və elanlar lövhəsində imtahanqabağı məsləhət saatlarının cədvəli asılmışdır.

Filial direktorunun əmrinə əsasən təyin edilmiş imtahan rəhbəri və qeyri-ixtisas sahiblərindən ibarət nəzarətçi heyəti imtahanların gedişinə ciddi nəzarət edir. İmtahan nəticələri ixtisas müəllimləri tərəfindən yoxlanılıb qiymətləndirilir və tələbələrin imtahanda topladıqları ballar həmin gün elanlar lövhəsindən asılır.

İmtahanların nəticələrindən razı qalmayan tələbələrin elə həmin gün Apelyasiya Komissiyasına ərizə ilə müraciətinə şərait yaradılmışdır.

Sessiya müddətində filialda imtahanların gedişinin şəffaflığını müşahidə etmək üçün valideynlərin iştirakı təmin edilmişdir. Bu şəraitdən razı qalan valideynlər filial rəhbərliyinə və pedaqoji kollektivə minnətdarlıq hissi ifadə edirlər.

Hazırda imtahan sessiyası davam edir.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi