шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-nun Şəki Filialında payız semestrinin imtahan sessiyası

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki Filialında 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı 11 dekabr 2018-ci il tarixli əmrdən irəli gələn vəzifələrin icrasını təmin etmək, filialda imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunmasını həyata keçirmək məqsədilə hazırlıq işləri vaxtında həyata keçirilib, imtahan cədvəlləri tələbələrin arzu və istəkləri nəzərə alınmaqla mövcud qaydalara uyğun surətdə hazırlanaraq təsdiq edilib. İmtahan sessiyasına hazırlığın vəziyyəti filialın Elmi Şurasının 27 dekabr 2018-ci il tarixli iclasında müzakirə olunaraq qənaətbəxş qiymətləndirilib. İmtahan keçiriləcək auditoriyalar müəyyənləşdirilib, imtahanların gedişi zamanı nəzarəti gücləndirmək məqsədilə müəllimlərin növbətçiliyi təşkil olunub. İmtahanlarda yarana biləcək şikayət və narazılıqların çevik araşdırılması, obyektiv həll olunması məqsədilə filialın direktoru, dosent Rafiq Rasulovun müvafiq əmrinə əsasən İmtahan Qərargahı yaradılıb. İmtahan Qərargahı əsas tədris binasında, ikinci mərtəbədə 38 nömrəli otaqda (tel.: 044 277 10 93) yerləşdirilib. Filialda imtahanların keçirilməsini təşkil və ona nəzarət etmək məqsədilə İmtahan Komissiyası, imtahanların gedişində yarana biləcək narazılıq və şikayətlərin çevik, obyektiv həll edilməsi məqsədilə Apelyasiya  Komissiyası yaradılıb. İmtahan Komissiyasının normal fəaliyyəti üçün 48 nömrəli otaq ayrılıb, telefonla (044 277 06 53) təmin olunub. Bütün bunlarla bağlı maarifləndirici məlumat vərəqləri hazırlanaraq elanlar lövhəsində yerləşdirilib.

Qeyd edək ki, payız semestrinin imtahan sessiyasında filialın Pedaqoji fakültəsində 5 ixtisas üzrə 600 nəfər, Filologiya fakültəsində 3 ixtisas üzrə 309 nəfər olmaqla, ümumilikdə I -IV tədris ilinin, həmçinin “Riyaziyyat və informatika müəlimliyi”, “Tarix və coğrafiya müəllimliyi” ixtisaslarının V tədris ilində təhsil alan tələbələr də daxil olmaqla 909 nəfər tələbə 242 fənn üzrə imtahan verəcək.

Filialda imtahanlar bir qayda olaraq saat 9:00-da, 12:00-da başlanır və iki saat davam edir. İmtahanlar başa çatdıqdan sonra İmtahan Komissiyası tərəfindən kodlaşma aparılır və imtahanların nəticələri həmin gün tələbələrə açıqlanır. Sessiya zamanı tələbələrin imtahana qədər topladıqları balların hesablanıb imtahanadək onlara bu barədə məlumat verilməsi diqqət mərkəzində saxlanılır.

Tələbələrin imtahan sessiyasının gedişi ilə bağlı rəylərini öyrənmək, baş verə biləcək mənfi halların qarşısını almaq məqsədilə filialda “Rəy və təkliflər qutusu” hazırlanıb, tələbələrin öz fikirlərini bildirmələri üçün şərait yaradılıb.

İmtahan verəcək bütün tələbələrə bildirilib ki, arzu edən valideynlər imtahanların gedişini müşahidə edə bilərlər. Eyni zamanda imtahanların gedişini izləmək istəyən KİV-lərə bu barədə məlumat verilib.

Tədris planlarına uyğun olaraq, filialda mövcud olan bütün ixtisaslarda imtahan sessiyası yanvar ayının 3-dən fevral ayının 1-dək davam edəcək.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi