шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Fizika və texnologiya fakültəsində “Texnologiya günü” (sərgisi) keçirilib

Dekabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika və texnologiya fakültəsində “Texnologiya günü” (sərgisi)  keçirilib. Tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, Sosial və humanitar məsələlər  üzrə prorektor, professor Fikrət Rzayev, İnzibati-iqtisadi işlər üzrə prorektor Ümid Mehdiyev iştirak ediblər.

[gallery ID=167]

Tədbir iştirakçıları  öncə “Texnologiya müəllimliyi” ixtisasında təhsil alan tələbələrin  metal və ağacdan hazırladıqları əl işləri, müxtəlif tikmə, toxunma və kulinariya məmulatlarından  ibarət sərgi ilə tanış olublar. Sərgidə nümayiş olunan eksponantlar hamının marağına səbəb olub. Sərgidən sonra bayram konserti keçirilib. Çox maraqlı və rəngarəng  keçən tədbirdə  tələbələrin ifasında rəqslər, mahnılar və kafedraların hazırladıqları təqdimatlar alqışlarla qarşılanıb.

Tədbirdə fakültənin dekanı, dosent Arzu Daşdəmirov fakültə Tələbə Elmi Cəmiyyətinin (TEC) keçirdiyi “Gələcəyə addım” 2-ci Elmi konfransının qaliblərinə diplomları təqdim edib.

Dosent Arzu Daşdəmirov  Fizika və texnologiya fakültəsində tətbiq edilən yeniliklərə daha birinin əlavə olunduğunu  da qeyd edərək, belə tədbirlərin hər il keçirildiyini və bunun  artıq ənənəyə çevrildiyini vurğulayıb.

Sonda dekan qonaqlara və tədbirin təşkilindəki fəaliyyətlərinə görə fakültənin tələbə təşkilatlarına- Tələbə Şurasına, TGT-yə, THT-na və TEC-ə öz təşəkkürünü bildirib. 

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi