шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

İbtidai təhsil fakültəsində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

Yanvarın 16-da Azərbaycan  Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsində  20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib . Tədbirdə fakültənin İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının, Riyaziyyat  və onun ibtidai kursunun tədrisi metodikası kafedrasının  professor-müəllim heyəti, dekanlığın əməkdaşları, tyutorlar  və qiyabi şöbənin tələbələri iştirak ediblər.

Tədbirdə fakültənin dekanı, professor Fərrux Rüstəmov çıxış edərək Azərbaycan Respublikası Prezidenti Administrasiyasının  rəhbəri Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə təsdiq edilən “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na uyğun olaraq  ADPU-nun rektoru, professor Cəfər Cəfərovun “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün qeyd edilməsi  barədə” imzaladığı əmrlə  və tədbirlər planı ilə  tədbir iştirakçılarını tanış edib. Professor F.Rüstəmov  XX əsrin 80-cı illərinin  sonu, 90-cı illərin əvvəllərində  Azərbaycanda baş verən  ictimai-siyasi hadisələr haqqında geniş məlumat verib. Azərbaycanda baş verən milli-azadlıq hərəkatını boğmaq məqsədilə  SSRİ rəhbərliyinin xalqımıza qarşı törətdiyi cinayətlərdən danışıb. Bununla yanaşı o, 20 Yanvarı faciə günündən daha çox şərəf tarixi, qəhrəmanlıq tarixi kimi yad etməyin vacibliyini bildirib. Çıxışında vurğulayıb ki, yalın əllə düşmən tanklarının qarşısını kəsənlər gülləyə tuş gəlsə də, qan su yerinə axıdılsa da, SSRİ rəhbərliyi bu millətin əzmini qıra bilmədi.Ulu öndər Heydər Əliyev zamanında millətin harayına çatdı, özünü və övladının  həyatını təhlükəyə ataraq haqq səsini qaldırdı, cinayətkarları ifşa etdi.  Yalnız Ulu Öndər Azərbaycanda yenidən  siyasi hakimiyyətə  gələndən sonra 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi, 20 Yanvar ölkəmizdə Ümumxalq Hüzn Günü elan edildi. Hər il həmin gün Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid soydaşlarımızın xatirəsi dövlət səviyyəsində böyük ehtiramla yad olunur.  

Tədbirin sonunda fakültənin professor-müəllim heyətinin tələbələrlə bu barədə geniş söhbət aparmaları, mühazirələr oxumağı tövsiyə olundu.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi