шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Virtual-Universitet

E-kitabxana

UNİVERSİTET

Elanlar

2020-2021-ci tədris ilində Azərbayacan Dövlət Pedaqoji Universitetinin magistratura səviyyəsinə qəbul olunmuşlar aşağıdakı sənədləri təqdim etməldir:

2020-2021-ci  tədris ilində  Azərbayacan  Dövlət  Pedaqoji  Universitetinin  magistratura  səviyyəsinə  qəbul  olunmuşlar  aşağıdakı  sənədləri təqdim  etməldir:

1. Bakalavr  diplomunun  notarial  qaydada  təsdiqi-2  nüsxə;

2.Diploma  əlavənin  (qiymət  vərəqəsi)  notarial  qaydada  təsdiqi-   2  nüsxə;

3.2019-2020-ci  tədris  ilinin  məzunlari  ali  təhsil  müəssisələrini  bitirmələrı  barədə  arayış;

4. Foto-şəkil-3x4 ölçüdə - 4 ədəd

5. Şəxsiyyət vəsiqəsinin surəti (notarial  qaydada  təsdiqə  ehtiyac yoxdu)-6 nüsxə;

6. Ödənişli əsasarla qəbul  olunanlar təhsil haqqının  ödənilməsi  barədə qəbz (əsli  şəxsin  özündə  saxlanılır)- 4  nüsxə   (Təhsil  haqqını  yalnız Kapital  bank  vasitəsilə  ADPU-nun  hesabına ödəmək  lazımdır );

7.İş  nömrəsi;

8.Şəxsi  kabinetin nömrəsi (FİN).

 Qeyd: Ödənişli  əsaslarla  qəbul  olunmuş, lakin    təhsil  xərcləri dövlət  büdcəsi  hesabına ödənilməsinə  uyğun olan şəxslər əlavə  olaraq özünə  aid  göstərilən  sənədləri  də  təqdim  etməlidir.

1. “MƏCBURI KÖÇKÜN” STATUSU OLAN AZƏRBAYCAN RESPUBLIKASI VƏTƏNDAŞLARI.

Dövlət Ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 4 avqust  2003-cü il 1308 nömrəli Sərəncamı. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli 1722 nömrəli Sərəncamı.

Tələb olunan sənədlər:

1.Rektorun adına ərizə

2. Şəxsiyyət vəsiqəsinin surəti – 2ədəd

3. ”Məcburi köçkün” statusunu əks etdirən sənədin (tələbənin və atasının) notarial qaydada təsdiq olunmuş surəti -2 ədəd

---------------------------------------------------------------------------------------------------------------------------------------------------

2.”ŞƏHID” AILƏSI STATUSUNU ALMIŞ AILƏNIN ÜZVÜ.

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əlvə edilmə barədə Azərbaycan Respublikası Qanunu: 12 sentyabr 2003-cü il ¹ 499 İİQD,”Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu 3 sentyabr 1993-cü il ¹  697.

  • “Şəhid” ailə üzvləri aşağıdakılar hesab olunurlar;
  • arvadı (əri);
  • valideynləri;
  • 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları;
  • qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar;
  • babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa;
  • əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.

Tələb olunan sənədlər:

1.Rektorun adına ərizə

2. Şəxsiyyət vəsiqəsinin surəti – 2ədəd

3. “Şəhid” statusu barədə sənədin notarial qaydada təsdiq olunmuş surəti -2 ədəd

4. Tələbənin doğum haqqında şəhədətnaməsinin surəti -2ədəd

5. Şəhidin ölüm haqqında şəhədətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti -1ədəd

-------------------------------------------------------------------------------------------------------------------------------------------------  

3. “AZƏRBAYCAN RESPUBLIKASININ ƏRAZI BÜTÖVLÜYÜNÜN, MÜSTƏQILLIYININ VƏ KONSTITUSIYA QURULUŞUNUN MÜDAFIƏSI ZAMANI ƏLIL OLMUŞ VƏ AZƏRBAYCAN RESPUBLIKASININ AZADLIĞI, SUVERENLIYI VƏ ƏRAZI BÜTÖVLÜYÜ UĞRUNDA HƏLAK OLAN, HƏRBI ƏMƏLIYYATLA ƏLAQƏDAR ITKIN DÜŞƏN VƏ MƏHKƏMƏ TƏRƏFINDƏN ÖLMÜŞ ELAN EDILƏN VƏTƏNDAŞLARIN UŞAQLARININ TƏHSIL XƏRCLƏRININ ÖDƏNILMƏSI HAQQINDA AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ 18 MART 2014-cü IL TARIXLI 347 NÖMRƏLI SƏRƏNCAMI.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin.

Tələb olunan sənədlər:

1.Rektorun adına ərizə

2. Şəxsiyyət vəsiqəsinin surəti – 2ədəd

3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanıəlil olmuşvətəndaşın əlilliyi barədə (TSEK –in arayışı) sənədin surəti -2 ədəd

4. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəxsin ölüm haqqında şəhədətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti -2 ədəd

5. Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilənşəxs barədə sənədin notarial qaydada təsdiq olunmuş surəti -2 ədəd.

-------------------------------------------------------------------------------------------------------------------------------------------------

4. VALIDEYNLƏRINI ITIRMIŞ VƏ VALIDEYN HIMAYƏSINDƏN MƏHRUM OLMUŞ 23 YAŞADƏK UŞAQLAR.

 “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 22 iyun 1999-cu il tarixli ¹ 693-İQ Qanunu (maddə 5).

“Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanunu (maddə 14-8-1).

valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir;

valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni:

məlum olmayan;

valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan;

xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən;

cəzaçəkmə müəssisələrində cəzasını çəkən;

uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən;

uşaqlarını tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və digər analoji müəssisələrdən götürməkdən imtina edən;

qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir.

Bir valideyni vəfat etmiş və o biri valideyni I və II dərəcə əlil olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər;

valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir;

Bu qəbldən olan şəxslər təhsil aldıqları müddətdə dövlət təminatına götürülür, onların təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir və təqaüdün 2 mislindən az olmayan miqdarda təqaüdlə təmin olunurlar.

Tələb olunan sənədlər:

1.Rektorun adına ərizə

2. Şəxsiyyət vəsiqəsinin surəti – 2 ədəd

3. Vəfat etmiş valideynin ölüm şəhədətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti - 2 ədəd

4. Bir valideyni vəfat etmiş digər valideynin I və II dərəcə əlil olan şəxsin tibbi sosial ekspert komissiyası tərəfindən təqdim olunan arayış (TSEK) - 2 ədəd

---------------------------------------------------------------------------------------------------------------------------------------------------

5. I VƏ II QRUP ƏLILIYI OLAN ŞƏXSLƏRIN, HABELƏ SAĞLAMLIQ IMKANLARI MƏHDUD 18 YAŞADƏK UŞAQLARIN TƏHSIL HAQQI XƏRCLƏRININ ÖDƏNILMƏSI HAQQINDA AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ 3 MAY 2019-cu IL TARIXLI SƏRƏNCAMI.

(ARK-nın 109-cu maddəsinin 32-ci bəndi)

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinidə bakalavr və magistratura (əsas(baza ali tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyası magistratura səviyyəsində və orta ixtisas təhsilli müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əliliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019-2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin.

Tələb olunan sənədlər

1.Rektorun adına ərizə

2. Şəxsiyyət vəsiqəsinin surəti – 2 ədəd

3. I və II dərəcə əliliyi olan tələbələrin tibbi sosial ekspert komissiyası tərəfindən təqdim olunmuş arayışı (TSEK) -2 ədəd.

Qeydiyyat   2020-ci il 06-15 iyul  tarixlərində onlayn  formada  saat  17:00-dək  aparılır.

Tələb  olunan  sənədləri  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına  göndərmək  lazımdır.

ADPU-nun  Magistratura  və  doktarantura  şöbəsi

Keçmişdə və Günümüzdə Milli Kimlik : Yeni Elmi Paradiqma, Tarixşünaslıq və Tarixin Təlimi Metodları

bild

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

Ümumi tarix və Tarixin Tədrisi Texnologiyası kafedrası

T.C. BAKÜ BÜYÜKELÇİLİĞİ

Eğitim Müşavirliği

İSTANBUL UNİVERSİTETİ

Ədəbiyyat Fakültəsi

TARIX, İQTISADİYYAT VƏ HÜQUQ TƏDQİQAT İNSTİTUTU (Rusiya, Moskva)

RUSİYA FEDERASİYASI HÖKÜMETİ yanında MALIYYƏ UNIVERSITETI

(Rusya, Moskova)

KAZAN FEDERAL ÜNIVERSİTETİ

Beynəlxalq Münasibətlər İnstitutunun Tarix və Sosial Elmlər Bölməsi (Rusiya, Kazan)

MOZIR DÖVLƏT PEDAGOJİ UNİVERSİTETİ

(Belarusiya, Mozır)

TRAKYA ÜNIVERSİTETİ

Ədəbiyyat fakültəsi, Tarih bölümü, Balkan Yerleşkesi

(Türkiyə, Edirnə)

 

Keçmişdə və Günümüzdə Milli Kimlik: Yeni Elmi Paradiqma, Tarixşünaslıq və Tarixin Tədrisi Metodları

adlı elmi beynəlxalq konfrans

12-13 noyabr 2020

Bakı

Konfransda aşağıdakı problemlərin  müzakirəsi  nəzərdə tutulur:

Tarixin metodoloji, mənbəşünaslıq və tarixşünaslıq problemlərinin öyrənilməsi dünya təcrübəsində tarixin  tədrisi metodologiyası

Tarixi tədqiqat metodları

Milli tarixlərin tarixşünaslığı

Тarixi biliklərin inteqrativ  inkişafı

Milli tarix dərslikləri: tərtibatı, yazılması problemləri  və tədrisi prosesi

Umumi tarixin öyrənilməsində tarixşünaslıq elminin əsasları

Muasir tarix təfəkkürünun  əsas idrakı istiqamətləri

Tarixin  tədrisi prosesinin əsas probləmləri  umumtəhsil və ali məktəblərdəTarix elminin nəzəriyyəsi və metodologiyası

Tarixi abidələr və elmi mənbələr əsasında Türk milli kimliyini dərk tarixi

XX-XXI əsrlərin sonunda tarix elmi: sosial nəzəriyyələr və tarixşünaslığın vəziyyəti

Tarixşünaslıq elmi: özünüdərketmə problemləri

Müasir  intellektual məkanda sosial yönümlü tarix

Azərbaycan tarixşünaslığı

Türk milli fikir tarixinin əsas istiqamətləri

İstoriosofiya

Müasir milli məktəblərdə tarixin tədrisi problemləri

Tarix tədrisində öyrədici, tərbiyəedici və inkişaf etdirici vəzifələr

Orta məktəb kursunda tarix fənninin tərbiyəvi rolu

Tənqidi və yaradıcı təfəkkür və tarixin təfsiri

Vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi

Tarix fənnin tədrisində vətəndaşlıq amalının formalaşması, azadlığın dərki, zülmə qarşı barışmazlığın ön plana çəkilməsi

Müasir tarixşünaslıqda əsatir (mif) yaradıcılığı və onun tarixin tədrisinə təsiri

Konfransa elm adamları - araşdırma institutları və qurumlarının, ali təhsil ocaqlarının əməkdaşları, innovativ qrupların və birliklərin nümayəndələri, müəllimlər, magist və doktorntura tələbələri dəvət edilirlər.

Yol xərci və müvəqqəti yaşayış yeri təminatı iştirakçıya aiddir. Təşkilat komitəsi otel reservasiyaları üçün köməklik göstərə bilər. Bəzi məqamlarda, komitə konfrans müddətində Bakıya gəlmək və qalmaq xərclərinin geri ödənilməsi üçün xaricdən gələn iştirakçıların müraciətlərini nəzərə alacaqdır.

Konfrans materiallarının çap edilməsi nəzərdə tutulur.

Konfransda iştirak edə bilmək üçün aşağıdakı şərtlərə uyğun olaraq müraciət formu və xülasələri təşkilat komitəsinin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçtuna, mövzu yerinə “Keçmişdə və Günümüzdə Milli Kimlik: Yeni Elmi Paradiqma, Tarixşünaslıq və Tarixin Tədrisi Metodları” başlığını yazaraq göndərilməlidir. Göndəriləcək fayllarda müəllifin adı olmalıdır. Məs: Mamedov_article, Mamedov_application. Komitə, konfransın təyin etdiyini problematika əsasında iştirakçıları seçmə hüququna malikdir.

Müraciət və xülasələrin qəbulu 1 sentyabr 2020-ci ilə qədər davam edəcək. Tam mətnin son qəbul tarixi isə 10 oktyabr 2020-ci ildir. Təşkilat komitəsi, konfrans materialları arasında çap ediləcək məqalələri seçmə hüququna malikdir.

Xülasə və tam mətndə aşağıdakı qaydalara riayət etmək tələb olunur:

Məqalədən əvvəl solda-УДК, DOİ; sağda- müəllifin soyadı, adı və ata adı(tam); işlədiyi qurumun tam adı (ölkə və şəhər daxil), elmi ünvanı/dərəcəsi, varsa elmi adı, işlədiyi vəzifə, elektron poçtu, telefon nömrəsi yazılmalıdır.

Məqalənin başlığı böyük hərflərlə və ortadan yazılmalıdır.

Başlıqdan sonra orijinal dildə və ingilis dilində xülasə (maksimum 300 söz) və açar sözlər (maksimum 5-6 söz/ifadə) və istifadə edilmiş ədəbiyyat siyahısı (ən az beş əsas ədəbiyyat) olmalıdır.

 Mətn elektron variantda hazırlanmalı və elektron poçtla göndərilməlidir. Səhifə quruluşu: Microsoft  Word (A4),Times New Roman, şrift-14, aralıq 1.5, paraqraf 1.25cm; səhifə parametrləri: üst və alt kənar baoşluqları-2 cm; sol-3 cm; sağ-1.5 cm; İstinadlar böyük mötərizədə [1] və ya səhifələri göstərilən böyük mötərizədə [1, s. 21] verilməli, arxiv materialları- sənəd nömrəsi [1, s. 3] ilə göstərilməlidir.

 Ardından ingilis dilində bu məlumatlar yazılmalıdır: soyad, ad, ata adı, iş yeri (ölkə və şəhər daxil); başlıq, xülasə və açar sözlər.

İstifadə olunmuş ədəbiyyat: əlifbaya görə sıralanmalı; müəllifin soyadı, adı (ata adı-varsa), müəllif və müəlliflərin adları italik yazılmalıdır. Arxiv sənədlərinin adları qısaldılmalıdır (ilk istinadda sənədin tam adı verilməlidir).

 İstinadlar, ədəbiyyat siyahısındakı sıra nömrəsi və arxiv sənədində istifadə olunan səhifə/səhifəni göstərən böyük mötərizə içərisində olmalıdır ([3, s.41]).

Keçmişdə və Günümüzdə Milli Kimlik: Yeni Elmi Paradiqma, Tarixşünaslıq və Tarixin Tədrisi Metodları” adlı beynəlxalq elmi konfransda iştirak üçün mürəciət formunda bunlar olmalıdır:

  1. Müəllifin ad ve soyadı (tam).
  2. Təşkilat/qurum (iş yeri vəvəzifə).
  3.  Elmi dərəcə, rütbə/ad.
  4.  Çıxışın mövzusu.
  5.  Multimedya ehtiyacı.
  6.  Əlaqə: e-poçt və telefon.
  7.  Poçt adresi, poçt kodu.
  8.  Otel ehtiyacı.

Koordinatorlar:

T.e.d. Sevinc ƏLİYEVA, e-poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır., +994503010044

P.e.f.d. Dəyanət MUSAYEV, e-poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır., +994593717137

Jalə MÜRSƏLI, e-poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

TƏŞKILAT KOMİTƏSI

Elmi heyat

T.e.d., prof. Cəfər CƏFƏROV  - ADPU, rektor

T.e.d., dos. Sevinc ƏLİYEVA  – ADPU, Tarih-Coğrafiya fakültəsi, "Ümumi tarix və Tarixin Tədrisi Texnologiyası" kafedrasının müdiri (Bakı)

 P.e.d., prof. Mübariz ƏMİROV – ADPU, Tarih-Coğrafiya fakültesi, "Ümumi tarix və Tarixin Tədrisi Texnologiyası" kafedrası (Bakı)

Dr. Nihat BÜYÜKBAŞ - TC Bakü Büyükelçiliği Eğitim Müşaviri

Prof.Dr. Cengiz TOMAR - Kazak-Türk Universitetinin rektoru

Prof. Dr. Hayati DEVELİ -İstanbul Universitetinin Ədəbiyyat Fakültəsinin Dekanı (İstanbul)

Д.с.н, проф.. Павел Викторович РАЗОВ, профессор Финансового Университета при Правительстве Российской Федерации.

Prof.Dr. Mehmet Ali BEYHAN, İstanbul universitesi, Edebiyat Fakültəsi, Tarih bölümü (İstanbul).

Prof.Dr. Halil BAL, İstanbul universitesi, Edebiyat Fakültəsi, Tarih bölümü (İstanbul).

Д.и.н., проф. Игорь Викторович ТУРИЦЫН - президент  Научно-исследовательского института  истории, экономики и права (Москва)

Д.и.н. Раиль Равилович ФАХРУТДИНОВ – доктор исторических наук, профессор, заведующий кафедрой исторического и обществоведческого образования Института Международных отношений Казанского Федерального Университета (Казань).
Д.ю.н., проф. Дамир Юсуфович ШАПСУГОВ - директор центра правовых исследований и заведующий кафедрой теории и истории права и государства Южно-Российского института управления — филиала Российской академии народного хозяйства и государственной службы при Президенте Российской Федерации.

Prof.Dr. Temuçin Faik ERTAN - Ankara universitesi, Tarih İnkilap Tarihi Enstitüsünün müdürü (Ankara)

T.e.d., prof. Sevda SÜLEYMANOVA - Bakı Dövlət Universiteti, Tarix fakültəsi, elmi işlər üzrə dekan müavini (Bakı)

T.ü.f. Firdovsiyyə ƏHMƏDOVA  - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri (Bakı)

Fil.e.d. Paşa KƏRİMOV  - Fizuli adına Əlyazmalar insititutunun elmi işlər üzrə direktor müavini

Prof.Dr. Nejla GÜNAY, Gazi Universitesi, Tarih Eğetimi bölümü (Ankara)

Prof.Dr. Yasemen DOĞANER, Haceteppe Universitesi Atatürk İlkeleri ve İnkilap Tarihi İnstitüsü (Ankara)

Prof.Dr. Ebulfez SÜLEYMANLI, Üsküdar Üniversitesi, İnsan ve Toplum Bilimleri Fakültesi (İTBF)/ Sosyoloji Başkanı

T.ü.f.d. , dos. Azad RZAYEV – Bakı Dövlət Universiteti Azerbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri (Bakı)

Doç.Dr. Nurten ÇETİN - Trakya üniversitesi, Edebiyat fakültəsi, Tarih bölümü, Balkan Yerleşkesi (Edirne)

T.ü.f.d., dos. Şamil RƏHMANZADƏ – AMEA-nın A.A. Bakıxanov adına Tarih İnstitutu (Bakı)

Doç.Dr. Paşa GULUZADE – ADPU, Tarih-Coğrafiya fakültesi, Felsefe kafedrası (Bakı)

Aytən İMANOVA - AMEA-nın Fizuli adına Əlyazmalar institutu

İşçi qrupu

T.e.d., dos. Sevinc ƏLİYEVA - ADPU, "Ümumi tarix və Tarixin Tədrisi Texnologiyası" kafedrası

F.ü.f.d. Asif AXUNDOV -ADPU, Tarix-Coğrafiya fakültəsinin dekanı

T.e.d., dos. Sevinc SEYIDOVA  - ADPU, "Ümumi tarix və Tarixin Tədrisi Texnologiyası" kafedrası

T.ü.f.d., dos. Pərviz SƏFƏROV - ADPU, "Ümumi tarix və Tarixin Tədrisi Texnologiyası" kafedrası

P.ü.f.d. Daəyanət MUSAYEV - ADPU, "Ümumi tarix və Tarixin Tədrisi Texnologiyası" kafedrası

P.ü.f.d. Təranə İSAYEVA - ADPU, "Ümumi tarix və Tarixin Tədrisi Texnologiyası" kafedrası

T.ü.f.d., dos. Qabil Başirov - ADPU, "Ümumi tarix və Tarixin Tədrisi Texnologiyası" kafedrası

T.ü.f.d., dos. Səyidə Məmmədova - ADPU, "Ümumi tarix və Tarixin Tədrisi Texnologiyası" kafedrası

Leyla Orucova - ADPU, "Ümumi tarix və Tarixin Tədrisi Texnologiyası" kafedrası, b/l

Elnarə MƏMMƏDOVA - ADPU, "Ümumi tarix və Tarixin Tədrisi Texnologiyası" kafedrası, b/l

Jalə MÜRSƏLLİ - ADPU, "Ümumi tarix və Tarixin Tədrisi Texnologiyası" kafedrası, lab.

Tahir Cabbarlı - ADPU, "Ümumi tarix və Tarixin Tədrisi Texnologiyası" kafedrası, maqistr Mətanət Abdullayeva - ADPU, TC fakültəsi, tələbə

Ünvan: AZ1000, Bakı,  Üzeyir Hacibəyli, 68, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Tarix-Coğrafiya Fakültəsi, Ümumi Tarix və Tarixin Tədirisi Texnologiyası kafedrası.

Tel: 0124655306

e-poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Təşkilat Komitəsi

2019-2020-ci tədris ilində əyani formada təhsil alan magistrantların dissertasiya işlərinin müdafiə cədvəli

 asef m1

asef m

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti

devet proqram

devet proqram3

2020/2021-ci tədris ili üzrə SABAH qruplarına tələbə seçimi müsabiqəsi açıq elan olunur
TƏHSİL İXTİSASI ÜZRƏ MAGİSTRATURADA BEYNƏLXALQ İKİLİ DİPLOM PROQRAMI

2w

ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə sənəd qəbulunun müddəti uzadılıb

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında imzalanan ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə magistratura səviyyəsinə sənəd qəbulunun müddəti dəyişdirilib. Müddət 20 may 2020-ci il tarixinədək uzadılıb.

Məlumat üçün bildiririk ki, sözügedən proqram üzrə cari ilin 13 mart tarixində sənəd qəbulu barədə elan verilmişdi.         

Magistratura səviyyəsində təhsil iki il müddətində və ingilis dilində aparılacaq. 

İkili diplom proqramı ilə bağlı ətraflı məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz.

ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə oxumaq istəyənlərin nəzərinə

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında imzalanan ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə magistratura səviyyəsinə qəbula start verilir.

Magistratura səviyyəsində təhsil iki il müddətində və ingilis dilində aparılacaq.

Sözügedən ikili diplom proqramı çərçivəsində təhsil almaq istəyənlər 15 aprel 2020-ci il tarixinədək müraciət etməlidirlər.

İkili diplom proqramı ilə bağlı əlavə məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz. 

ADPU–nun “Ümumi fizika” kafedrasının dosenti
Elmi dərəcəsi: Fizika-riyaziyyat elmləri namizədi (1993) 
Elmi adı         : Baş Elmi İşçi (1997)
İş tel. nöm.   : (012)498-18-20
Mobil nöm: (050)797-26-19
Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Qısa bioqrafik məlumat

  • 1961-ci il may ayının 28–də Sumqayıt şəhərində doğulub.
  • 1976 –cıildə Sumqayıt şəhərində tar ixtisası üzrə İncəsənət məktəbini (5 il)
  • 1978 -ci ildə 17 saylı orta məktəbi (10 il) bitirib.
  • Rus, türk və ingiliscə sərbəst danışır. Musiqi və idmanı sevir.
  • Evlidir, bir oğlu, 3 qızı, 3 nəvəsi var.

Təhsili, elmi dərəcəsi və elmi adları

  • 1983 –cü ildə BDU –nun fizika fakültəsini bitirib.
  • 1993 –cü ildə “40QeV/c impulslu π-12C –qarşılıqlı təsirində yumşaq π mezonların xassələrinin öyrənilməsi” mövzusunda dissertasiya işi müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini (Yüksək enerjilər laboratoriyası, Dubna ş., Rusiya),
  • 1997 –ci ildə isə Baş Elmi İşçi elmi adını (Bakı ş.) almışdır.

Əmək fəaliyyəti

  • 1978-1983 Bakı Dövlət Universiteti (keçmiş ADU), tələbə
  • 1983-1984 Kənd Təsərrüfatı Nazirliyininin tərkibindəki Əkinçilik institutu,  Baş laborant
  • 1984-1985 Neft kimya avtomat EİB, mühəndis (Sumqayıt ş.)
  • 1985-2003 AMAKA, Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu, mühəndis→aparıcı elmi işçi (Bakı ş.)
  • 1994-1998 Azərbaycan Dövlət İqtisad İnstitutu, Ali Riyaziyyat kafedrası, dosent
  • 2002 – bu günə qədər Tələbə Qəbulu üzrə Dövlət komissiyasında İmtahan rəhbəri
  • 2003-2011 Sumqayıt Dövlət Universiteti, dosent
  • 2005-2006 Bahauddin Zakariya University, Foreign Professor (Multan, Pakistan)
  • 2006-2010 COMSATS İnstitute of İnformation Technology, Foreign Professor (İslamabad, Pakistan)
  • 2012 –ci ildənBakı Modern Məktəbi, müəllim
  • 2011-ci ildən ADPU, Nəzəri fizika kafedrası, dosent (Bakı ş.)
  • Rəhbərliyi altında hazırlanan magistrlər -4
  • Rəhbərliyi altında Respublika və Dünya Fizika olimpiadlarında mükafatalanan şagirdlər -6

80 elmi məqalənin müəllifidir.

Apardığı dərslər

Bakalavr:

  • Elementar zərrəciklər fizikası

Magistratura:

  • Klassik sahə nəzəriyyəsi,
  • Kvant sahə nəzəriyyəsi,
  • Müasir nüvə fizikası,
  • Kvant elektrodinamikası,
  • Elektro zəif qarşılıqlı təsir.

Tədqiqat sahəsi

  • Yüksək və ifrat yüksək enerjilər fizikası
  • Nüvə fizikası

Qrantlar

  • Principal Investigator of the Startup Research Grant, titled “Search for new phases of strongly interacting matter” (N 1- 28/HEC/HRD/2007/501 (07.03.2007));
  • HEC Grant: No. 83.18/1/HEC (R&D)/09/682. The 7th International Conference on “Modern Problems of Nuclear Physics”, Tashkent, Uzbekistan, September 22-25, 2009. Topic: Production of Δ0-  isobar in multi-nucleon  interactions at the momentum of 40GeV/c;
  • HEC Grant: N 1- 28/HEC/HRD/2007. The International Conference “Physics and the World of Today”, December 18-20, 2008, University of Karachi, Pakistan, Topic: Transverse momentum physics: from SPS to LHC energies. Comparison to the data on π – 12C interactions at pπ = 40 GeV/c;
  • HEC Grant: N 1- 28/HEC/HRD/2007. International Workshop Relativistic Nuclear Physics: from Nuclotron   to LHC energies, Kiev, Ukraine, 18 – 22 June 2007; Topic: Centrality dependence  of some characteristics of relativistic nuclear interactions and percolation cluster formation;
  • HEC Grant: N 1- 28/HEC/HRD/2007. European Physical Society HEP2007 International Europhysics Conference on High Energy Physics, Manchester, England, 19-25th July, 2007; Topic: Search for a signal on intermediate baryon systems formation in hadron – nuclear and nuclear-nuclear interactions at high energies.

Elmi əlaqəsi olan universitetlər

  • Mançestr və Lankastr Universitetləri (İngiltərə)
  • Boqolyubov adına Nəzəri fizika institutu (Kiyev, Ukrayna)
  • Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Dubna, Rusiya)
  • Özbəkistan Elmlər Akademiyasının Fiziki-texnikiinstitutu (Daşkənd)
  • Bahauddin Zakaria University (Multan), COMSATS İİT (İslamabad, Pakistan) və s.

Seçilmiş məqalələri

  • Search for a signal on QCD critical point in central nucleus-nucleus collisions, Indian J. Phys., Vol. 85, No. 7, pp. 1047-1050, July, 2011
  • Production of resonances on oxygen nuclei in 16O+p collisions at a momentum of 3.25GeV/c per nucleon, The European Physical Journal A 44, p.43-54 (2010)
  • Transverse momentum physics: from SPS to LHC energies. Comparison to the data on π-12C –interactions at Pπ= 40GeV/c, The Nucleus, 47, 1, pp.1-8, 2010, NCLEAM, ISSN 0 0 2 9 -5698
  • Some properties of the central π- - mesonCarbon interactions at 40GeV/c, International Journal of Modern Physics A, vol.24, Nos. 2&3 (2009) p.544-548
  • Search for a signal on intermediate baryon systems formation in hadron-nuclear and nuclear-nuclear interactions at high energies, Journal of Physics: Conference Series110 (2008) IOP Publishing122007 doi: 10.1088/1742-6596/110/2/122007
  • Percolation cluster formation at ultra-relativistic heavy ion collisions, Journal Acta Physics Polonica B Proceedings Supplement No 1, Vol. 1 (2008) p.1001
  • Search for deconfinement in the cluster at ultra-relativistic heavy ion Collisions, Nuclear Physics B (Proc. Suppl.) 177–178 (2008) p.341 və s.
  • Гусейналиев Я.Г., Гусейналиева Л. Я.  сравнение свойств многонуклонных и малонуклонных взаимодействий при Pp-  = 40 ГэВ/с, Accepted for publication in Georgian Journal HEP, december 2016
  • Я.Г. Гусейналиев, Г.Б. Ибрагимов, Л.Я. Гусейналиева, A.Э. Набиев, Н.Э. Амирова, Г.М. Алиева. Исследование поведения векторной анализирующей способности во взаимодей-ствии поляризованных дейтронов с ядрами углерода при импульсах пучка от 3 до 9 ГэВ/с, “Journal of Qafqaz University -Physics” 2016, volume 4, Number 1, pp. 85-87;
  • А.Н.Кулиев, Я.Г.Гусейналиев, А.А.Набиев и А.Х. Маммадов. Получение и исследование физических свойств тугоплавких систем NdxGa1-xSb  (0.5≤x≤1), Pedaqoji Universitet XƏBƏRLƏRİ, N1, 2016, səh. 42-44
  • İ.H. Cəfərov, H.B, İbrahimov, Y.H.Hüseynəliyev, E.İ.Şahalıyev, G.A.Salmanova, K.M. Abdullayeva. Müon və taon antineytrinolarının elektrondan səpilməsi proseslərində bucaq asimmetriyası və polyarizasiya effektləri. Pedaqoji Universitet XƏBƏRLƏRİ, N4, 2014, səh. 32-38
  • Y.H. HUSEYNALIYEV, L.Y. HUSEYNALIYEVA, K.A. YUSIFOVA, U.S. ALIYEVA 4,2QEV/C IMPULSLU PROTONUN KARBON NÜVƏSI ILƏ QARŞILIQLI TƏSIRINDƏ ∆++ –BARION REZONANSININ ƏMƏLƏ GƏLMƏSI. Journal of  Qafqaz University, 2014, No. 2, vol. 2, pp.202-207
  •  Y.H. Huseynaliyev, L.Y. Huseynaliyeva, G.G. Mammadova, U.S. Alieva, N.E. Amirova TRANSVERSE MOMENTUM PHYSICS IN 4He +12C INTERACTIONS AT 4.2GeV/c. Baki Dövlət Universiteti, Fizika problemləri institutu, Fizikanın müasir problemləri Vİİİ respublika konfransının materialları, "Opto-, nanoelektronika, kondensə olunmuş mühit və yüksək enerjilər fizikası", 24-25 dekabr, Bakı-2014, səh. 295-297
  • Y.H.Hüseynəliyev, L.Y.Hüseynəliyeva, G.Q.Məmmədova, Ü.S.Əliyeva, N.E.Əmirova 4.2QeV/c impulslu p + 12C qarşılıqlı təsirində mezon rezonansının əmələgəlməsi. Baki Dövlət Universiteti, Fizika problemləri institutu, Fizikanın müasir problemləri Vİİİ respublika konfransının materialları, "Opto-, nanoelektronika, kondensə olunmuş mühit və yüksək enerjilər fizikası", 24-25 dekabr, Bakı-2014, səh. 250-253
  • Гусейналиев Я. Г., Гусейналиева Л. Я., Рустамова А. Б., Юсифова К. А. Сравнение свойств многонуклонных и малонуклонных взаимодействий при Pp-  = 40 ГэВ/с. Azərbaycan Texniki Universiteti, Elmi Əsərlər-fundamental elmlər, №1, cild   XII (45), səh. 28-33, Baki-2013
  • Гусейналиев Я. Г., Гусейналиева Л. Я., Рустамова А. Б. Исследование свойств многонуклонных взаимодействий при Pp-  = 40 ГэВ/с. Azərbaycan Texniki Universiteti, Elmi Əsərlər-fundamental elmlər, №4, cild Xİ(44), səh. 53-62, Baki-2012
  • Huseynaliyev Y.H., Jafarov I.H., Huseynaliyeva L.Y., Rasulova F.C., Hashimov Z.M. Transverse momentum physics in p12C interactions at the momentum of 4.2GeV/c, Journal of  Qafqaz University, 2012, No. 33, pp.71-74
  • Hüseynəliyev Y.H., Rəsulova F.C. Hadron-nüvə nüvə-nüvə qarşiliqli təsirində impulsun eninə       toplananı fizikasının öyrənilməsi. ADPU professor-müəllim heyətinin X elmi.konf.mat.,Bakı,2012,səh.101-103
  • Huseynaliyev Y.H., Huseynaliyeva L.Y., Rasulova F.C., Hashimov Z.M.  Transverse     momentum physics in p12C interactions at the momentum of 4.2GeV/c. Journ. of  Qafqaz  Univer., 2012, №33
  • Huseynaliyev Y.H. Δ0 –resonance production in multinucleon π-12C –interactions at the   momentum of 40GeV/c. FIZIKA, 2012, vol.18, №1, pp. 19-24, section: En
  • Я.Г. Гусейналиев, Г.Б. Ибрагимов, Л.Я. Гусейналиева, А.Э. Набиев, Г.М. Алиева, Н.Э. Амирова  Исследование поляризационных эффектов в реакции d↑+H→π±+X. Fizikanın müasir problemləri, IX Respublika konfransının materialları  “Opto-, nanoelektronika, kondensə olunmuş mühit və yüksək enerjilər fizikası”. Bakı-2015, səh.491-493
  • Я.Г. Гусейналиев, Г.Б. Ибрагимов, Л.Я. Гусейналиева, А.Э. Набиев, Н.Э. Амирова , Г.М. Алиева   Исследование поляризационных эффектов в реакции d↑+C→π±+X. Fizikanın müasir problemləri, IX Respublika konfransının materialları  “Opto-, nanoelektronika, kondensə olunmuş mühit və yüksək enerjilər fizikası”. Bakı-2015, səh.573-575.

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı

  • The Seventh International Conference "Modern Problems of Nuclear Physics" to be held on 22-25 September 2009, Tashkent, Uzbekistan (invited speaker).
  • International Conference “Physics and the World of Today”, December 18-20, 2008, University of Karachi, Pakistan (invited speaker).
  • The 1st CIIT Science Conference BICMAPE-2009, July 28-29, 2009 CIIT Abbotabad, Pakistan (invited speaker).
  • The 5th International Scientific - Technical Conference on Topical Problems of Physics, 25-27 June 2008, Baku, Azerbaijan (invited speaker).
  • European Physical Society HEP2007 International Europhysics Conference on High Energy Physics, Manchester, England, 19-25th July, 2007 (poster report).
  • International Workshop Relativistic Nuclear Physics: from Nuclotron to LHC energies, Kiev, Ukraine, 18 – 22 June 2007 (invited speaker).
  • PIP International Conference, Lahore, Pakistan, 13-16 March, 2006 (invited speaker).
  • 5th International Scientific Conference, Baku, Azerbaijan, 2004.
  • 1st International Scientific Conference on “Inverse Problems of Theoretical and Mathematical Physics”, Sumgait, Azerbaijan, 5-6 May, 2003.
  • 2000 ci il, İslamabad, Pakistan, Pakistanın atom silahınınyaradıcısı Abdul QadirXanlaşəxsigörüşü.
  • 2007 –ci il, İslamabad, Pakistan, İslam Konfransı TəşkilatınınXariciİşlər Nazirlərinin iclasında Pakistan dövləti tərəfindən nümayəndə.