шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

UNİVERSİTET

Elanlar

“Həmid Araslı Azərbaycan ədəbiyyatının və folklorunun yorulmaz tədqiqatçısı kimi” Respublika elmi konfransı

 Akademik Həmid Araslının anadan olmasının 110 illik yubileyinə həsr olunmuş  “Həmid Araslı Azərbaycan ədəbiyyatının və folklorunun yorulmaz tədqiqatçısı kimi”

Respublika elmi konfransı

19 noyabr 2019-cu il

KONFRANSDA İŞTİRAK ŞƏRTLƏRİ

Konfransın bölmələri

  • Həmid Araslı ədəbiyyat tarixçisi kimi
  • Həmid Araslının folklorşünaslıq fəaliyyəti
  • Həmid Araslı mətnşünas alim kimi

 

Tezislərin tərtib olunma qayadaları

  • Tezislərin mətni konfransın müvafiq bölmələrinin mövzularına uyğun olmalıdır.
  • Mətn Microsoft Word for Windows redaktorunda Times New Roma (Az.latın) şriftilə (hərflərin ölçüsü 12, interval – 1,5) yığılmalıdır.
  • Məruzə mətninin format yuxarı, aşağı, soldan 2 sm, sağdan 1,2 sm olmaqla 3 səhifəyə qədər olmalıdır.
  • Mətnin əvvəlində tezisin adı, müəllifin soyadı, adı və atasının adı, təmsil olunduğu müəssisənin adı, göndərilən bölmənin adı qeyd edilməlidir.

 

TEZİSLƏR aşağıdakı elektron poçt ünvanına göndərilməlidir:

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Məruzə tezislərinin göndərilməsi üçn son tarix 15 noyabr 2019

Ünvan: Bakı AZ-1000, Ü.Hacıbəyli, 68

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Əlaqə telefonu: (+99412) 493-01-41, 493 -05-85

https://adpu.edu.az

Təşkilat Komitəsi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Azərbaycan tarixi kafedrasının əməkdaşı Sahibə Musayeva noyabrın 6-9-da Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “World War II : Truth for Peace” beynəlxalq konfransda iştirak edib. Konfrans Rusiya Xarici İşlər Nazirliyi, Rusiya Federasiyasının Dövlət Dumasının dəstəyi və Rossotrudnichestvo-nın təşkilatçılığı ilə baş tutub. Konfransda dünyanın 25 ölkəsindən tədqiqatçı-araşdırmaçılar iştirak edib. S.Musayeva konfransın 1-ci günü baş tutan “Modern trends of distortion of the history of World War II” adlı  paneldə “Место и роль Азербайджана в  Великой Отечественной войне"  mövzusunda və müharibə iştirakçısı olan babası general Tərlan Əliyarbəyov haqqında maraqlı məruzələrlə çıxış edib. Konfrans çərçivəsində Kremlə, Qələbə Muzeyinə və bir sıra tarixi yerlərə ziyarət təşkil olunub.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

ADPU-nun ETM:Tətbiqi tədqiqatlar bölməsinin  elmi işçisi,  Respublikanın Əməkdar müəllimi Zülfiyyə Vəliyeva Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli Azərbaycan şairi M.Ə.Sabirin “Hophopnamə” kitabının audio versiyasının təqdimatına  həsr olunmuş  tədbirdə iştirak etmişdir.

Azərbaycan   Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycanda ilk dəfə  görkəmli şair M.Ə.Sabirin  “Hophopnamə” kitabının audio versiyası  Mirzə Ələkbər Sabir Fondu tərəfindən həyata keçirilmişdir. Audio kitabın hazırlanmasında  Bakı Dövlət Universiteti SABAH qrupu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Humanitar Kolleci, Azərbaycan Respublikası Prezidenti yanında  Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və  İncəsənət Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası və digər təhsil müəssisələrinin bakalavr və magistrləri,  ASAN  xidmət könüllüləri, eləcə də fiziki məhdudiyyətli gənclər yaxından iştirak etdilər. AMEA-nın MEK-nin təşkilati dəstəyi ilə Mirzə Ələkbər Sabir Fondu görkəmli Azərbaycan şairi M.Ə.Sabirin “Hophopnamə” kitabının audio versiyasının təqdimatını keçirdi. Tədbirdə layihə rəhbəri və Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli çıxış edərək mütaliənin insanın yüksək mənəvi keyfiyyətlərinin formalaşmasında mühüm amillərdən biri olduğunu bildirdi. Audio kitabların bütün məhdudiyyətləri aşaraq hər kəs üçün əlçatan olmasını qeyd edən layihə rəhbəri Sevda Tahirli elektron vasitələrlə yayılan təhlükəli xarakterli məlumatlara qarşı audial mütaliə üçün şərait yaradan səsli kitabların cəmiyyət üzvlərinin daha sağlam formalaşmasında əvəzsiz töhfə olduğunu vurğuladı.

Tədbirdə audio kitabda gənclərin ifa etdikləri şeirlər səsləndirildi, eləcə də audio kitabın hazırlıq mərhələsini əks etdirən videoçarx nümayiş etdirildi.
Daha sonra çıxışlar dinlənildi. Zülfiyyə Vəliyeva çıxışında  görkəmi Azərbaycan şairi M.Ə.Sabirin yaradıcılığınin  müasirliyi ilə gündəmdə olmasının  əsas səbəbini  cəmiyyətdə olan mövcud problemlərin həlli yollarını göstərməsi ilə cəmiyyətdə  həmişə marağla qarşılanmışdır. Audio kitab  bütün məhdudiyyətləri aşaraq hər kəs üçün  xüsusilə gənc nəslin Sabirin  əsrləri ilə tanış olmasını əlçatan edəcəkdir. Sevindirici haldır ki, Layihənin icrasında Azərbaycan Pedaqoji Universitetin Filologiya fakültəsinin tələbələri də fəal istirak etdilər.

Tədbirin sonunda layihə iştirakçılarına mükafatlar verildi, onlara M.Ə.Sabirin “Hophopnamə”, S.Tahirlinin “Qanımızın səsi” kitabları hədiyyə olundu.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Noyabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “N” saylı hərbi hissəsi filialla birgə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ərəfəsində “Cənab Prezident, biz Sizinləyik!” adlı vətənpərvərlik ruhunda tədbir keçirildi.

Tədbirdə filialın rəhbərliyi, müəllim-tələbə kollektivi və  “N” saylı hərbi hissənin bir qrup zabit və əsgərləri iştirak edirdilər.

Tədbir hərbi hissə əsgərləri tərəfindən marş sədaları altında Azərbaycan bayrağını təntənəli şəkildə gətirilməsi ilə başlandı.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbirin rəsmi hissəsi açıq elan edildi.

Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Tünzalə Yusifova Bayraq Günü münasibətilə bütün tədbir iştirakçılarını təbrik edərək, çıxışında onu da qeyd etdi ki, bu gün Azərbaycan on milyonluq əhalisi ilə bölgədə müstəqil siyasət yürüdən dövlətə çevrilib. Dövlət başçısı cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi nəticəsində dövlətimiz öz maraqlarına uyğun olmayan heç bir məsələ ilə razılaşmır. Həmçinin Azərbaycandakı tolerantlığa, multikultural mühitə dünya birliyi tərəfindən yüksək qiymət verilir. Bütün bunlara böyük zəhmət və əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan  və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən uzaqgörən siyasət nəticəsində nail olunur. Tünzalə Yusifova çıxışını son günlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubu kimi böyük bir siyasi meydanda, Rusiya liderinin, bir sıra digər ölkə başçılarının, eləcə də çoxsaylı siyasi ekspertlərin iştirak etdiyi geniş bir tədbirdə iştirak etməsindən söz açaraq, İlham Əliyevin həmin tədbirdə bəyan etdiyi “Qarabağ Azərbaycandır və nida!” kəlamı ilə bitirdi.

Tədbirdə çıxış edən filialın İctimai və xüsusi fənlər kafedrasının müdiri, dosent Mayıl Alıcanov Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul olunan və bu gün də qürurla dalğalanan Azərbaycan bayrağının tarixindən danışdı. O, həmçinin qeyd etdi ki, hər bir azərbaycanlı bu gün öz dövləti və bayrağını dəstəkləyib onunla qürur duymalıdır.  

Tələbə Gənclər Təşkilatının sədri Hilal Mürsəlov öz çıxışında Azərbaycan gəncliyinə dövlət tərəfindən göstərilən qayğı və etimadın ADPU-nun Şamaxı Filialının tələbələri tərəfindən də sevinclə qarşılandığını və filialın bütün gənclərinin Cənab Prezindent İlham Əliyevin daxili və xarici siyasətini dəstəklədiklərini bildirdi.

Filialın tələbə təşkilatları və Şamaxı rayonunun tanınmış ifaçılarından olan Zamir Tarverdiyev və “Şamaxının səsi” müsabiqəsinin qalibləri tərəfindən hazırlanmış bədii hissədə səslənən şeirlər, rəqslər, mahnılar böyük sevinc və gurultulu alqışlarla qarşılandı.

“Yaşasın Azərbaycan!”, “Var olsun, dalğalansın Azərbaycan bayrağı!”, “Yaşasın Cənab Prezident İlham Əliyev!”, “Biz sizinləyik, Cənab Prezident!“ şüarlarının səsləndirildiyi bu tədbir ADPU-nun Şamaxı Filialının bütün kollektivinin və filialda təhsil alan bütün tələbələrin dövlətimizin və dövlətçiliyimizin yanında olduğununun, eyni zamanda cənab Prezident  İlham Əliyevi dəstəklədiklərinin bir göstəricisi idi.

Həmçinin  noyabrın 8-da filialın rəhbərliyi başda olmaqla, bütün professor-müəllim və tələbə heyəti Şamaxı rayon İcra Hakimiyyəti və rayon ictimaiyyəti nümayəndələri ilə birlikdə Azərbaycan Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayrağımız, milli qürurumuzdur!” devizi altında keçirilən yürüşdə də iştirak etdilər. Yürüş ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələrinin düzülməsi ilə  sonlandırıldı.

Tədbirin davamı Şamaxı İncəsənət Təhsili mərkəzində  keçirildi.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Noyabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Bakı Biznes Universitetinin koordinatoru olduğu Avropa Komissiyasının Erasmus+ proqramının “Azərbaycan Universitetlərində Keyfiyyətin Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (EQAC) layihəsi çərçivəsində təlim keçirilib. Təlimdə ADPU-nun Filologiya, Fizika və Riyaziyyat fakültəsinin müəllimləri iştirak edib.


Təlimdə Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov “Maraqlı tərəfdaşların proqram tərtibində rolu” və “Tələbələrin proqram tərtibinə cəlb olunması” mövzusunda çıxış edib.
İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlmilləşmə istiqamətində aparılan məqsədyönlü islahatlara əsasən Kimya və biologiya fakültəsinin Analitik və üzvü kimya kafedrasının müdiri, kimya üzrə elmlər doktoru Əli Zalov bu il Almanyanın “JOURNAL OF MULTIDISCIPLINARY ENGINEERING SCIENCE AND TECHNOLOGY” jurnalının redaksiya heyətinin üzvü seçilib.

https://www.jmest.org/editorial-board/

Eyni zamanda Avstryanın “EUROPEAN JOURNAL of ANALYTICAL and APPLIED CHEMISTRY” jurnalının redaksiya heyətinə də üzv seçilib.

http://www.wikicfp.com/cfp/servlet/event.showcfp…

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi