шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

UNİVERSİTET

Elanlar

2019-cu il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya, elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbul ELAN EDİR
DOKTORANTURAYA XARİCİ DİLLƏR ÜZRƏ QƏBUL PROQRAMLARI
2019-cu ilin dekabr ayında keçiriləcək doktorluq imtahanlarının cədvəli
TYUTOR HAZIRLIĞI

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

“TYUTOR HAZIRLIĞI” ÜZRƏ SERTİFİKAT PROQRAMINA

SƏNƏD QƏBULU ELAN EDİR

“Tyutor hazırlığı” kursu aşağıdakı tədris modullarından ibarətdir:

- təhsil qanunvericiliyinin ətraflı araşdırılması və tədris prosesinə tətbiqi;

- tədris sənədlərinin tərtibi qaydaları;

- tələbələrlə davranış qaydaları və onlarla işin psixoloji xüsusiyyətləri;

- ingilis dili səviyyəsinin yüksəldilməsi;

- situasiyaların həlləri;

- texniki bacarıqların artırılması.

“Tyutor hazırlığı” kursu  15 yanvar 2020-ci il tarixdən başlayaraq ödənişli əsaslarla 2 ay müddətinə təşkil olunacaq. Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara topladıqları ballara uyğun sertifikatlar təqdim olunacaq.

           

Kursda iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • Ali təhsil haqqında sənədin (diplomun) surəti;   
  • İş yerindən arayış (işləyənlər üçün);
  • 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil.

Sənədlər 10 yanvarr  2020-ci il tarixədək (şənbə və bazar günlərindən başqa) saat 10:00-dan 17:00-dək qəbul edilir.

 

Ünvan: Bakı şəhəri, Həsən Əliyev küçəsi 104, ADPU-nun II tədris binası “Davamlı təhsil və innovasiyalar” şöbəsi (otaq 710) 

Telefon: (+99412) 465-29-76    

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

           

ADPU XÜSUSİ PEDAQOGİKA (DEFEKTOLOGİYA) ÜZRƏ TƏLİM PROQRAMINA SƏNƏD QƏBULU ELAN EDİR

Təlim proqramının təşkilində məqsəd xüsusi təhsil sahəsində peşəkar xidmət göstərə biləcək mütəxəssislər hazırlamaqdır.

“Xüsusi pedaqogika” proqramı aşağıdakı tədris modullarından ibarətdir:

- Oliqofrenopedaqogika - intellektual pozulması olan(Əqli gerilik və Psixi inkişaf ləngiməsi) uşaqların təlim-tərbiyəsi ilə məşğul olan elm sahəsi

- Surdopedaqogika - eşitmə pozulmaları (kar və zəif eşidən) olan uşaqların təlim-tərbiyəsi ilə məşğul olan elm sahəsi

- Tiflopedaqogika - görmə pozulmaları (kor və zəif görən) olan uşaqların təlim-tərbiyəsi ilə məşğul olan elm sahəsi

- Loqopediya - nitq pozulmaları olan uşaqların korreksiya işinin təşkili ilə məşğul olan elm sahəsi

Təlimlər 10 yanvar 2020-ci il tarixdən başlayaraq ödənişli əsaslarla 10 gün müddətinə təşkil olunur.Təlimləri müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar verilir.

           

Təlimlərdə iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • Ali təhsil haqqında sənədin (diplomun) surəti;   
  • İş yerindən arayış (işləyənlər üçün);
  • 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil.

Sənədlər  10 yanvar 2020-ci il tarixədək (şənbə və bazar günlərindən başqa) saat 10:00-dan 17:00-dək qəbul edilir.

 

Ünvan: Bakı şəhəri, Həsən Əliyev küçəsi 104, ADPU-nun II tədris binası “Davamlı təhsil və innovasiyalar” şöbəsi (otaq 710) 

Telefon: (+99412) 465-29-76

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.; Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Elan

Dekabrın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatının (TGT) VII hesabat seçki konfransı keçirilib. Konfransda ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev,  Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, həmin şöbənin mütəxəssisi Cavid Hüseynov və tələbə-gənclər iştirak ediblər.

Konfransda əvvəlcə çıxış edən Sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev tələbələrə daha təşəbbüskar olmağı, universitetin və eləcə də ölkəmizin ictimai-mədəni həyatında fəal iştirak etməyi tövsiyə edib. 

Daha sonra sədr səlahiyyətlərini müvəqqəti icra edən Nurlan Hüseynov hesabatla çıxış edib.

Daha sonra Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli səs çoxluğu ilə seçilən yeni sədrin adını açıqlayıb. ADPU TGT-nin yeni VII sədri Tarix və coğrafiya fakültəsinin tələbəsi İsmayıl Nəsirovun olub. Eyni zamanda Riyaziyyat fakültəsinin tələbəsi Aytən Əkbərova və Məktəbəqədər təhsil fakültəsinin tələbəsi Esmira Musalı sədr müavinləri seçiliblər.

Sonda ATGTİ-nin sədri Faiq Məmmədov çıxış edərək ölkədə baş verən gənclər siyasətindən danışıb və TGT-nin yeni heyətinə uğurlar arzulayıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Dekabrın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil fakültəsində ümummilli lider Heydər Əliyevin vəfatının 16-ci il dönümü ilə əlaqədar "Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti" adlı anım tədbiri keçirilib. Tədbirdə fakültənin dekan müavini dosent Allahyar İmanov, Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri professor Müseyib İlyasov, Xüsusi təhsil kafedrasının müdiri dosent Nailə Hüseynova, Pedaqoji psixologiya kafedrasının müdiri dosent Qızxanım Qəhrəmanova, fakültə əməkdaşları və tələbələri iştirak edib. Tədbir Məktəbəqədər təhsil fakültəsinin fəal tələbələri tərəfindən təşkil olunub.

Tədbiri giriş sözü ilə fakültə dekanı pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva açıb. Şəhla Əliyeva bildirib ki, müstəqil Azərbaycanın memarı və qurucusu olan  ulu öndər Heydər Əliyevin səriştəli daxili və xarici siyasətinin nəticəsidir ki, ölkəmiz inkişaf edir və dünyada tanınır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ümummilli lider Heydər Əliyev ideyalarının layiqli davamçısıdır.

Tədbirdə tələbələr çıxışlar edib, şeirlər söyləyiblər.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Dekabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad Filialında fakültə Elmi Şurasının növbəti iclası keçirilib. Şuranın gündəliyində  4 məsələ müzakirəyə çıxarılıb. Fakültə Elmi Şurasının sədri, dekan M.Rəhimova iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırıb.

 “Filialın 2019-2020-ci tədris ilinin I yarısı üzrə Payız imtahan sessiyasına hazırlığın vəziyyəti və qarşısında duran vəzifələr” barədə fakültə dekanı,  M.Rəhimova çıxış edərək Şura iştirakçılarına məlumat verib. O, 2019-2020-ci tədris ilinin I yarısı üçün imtahan suallarının və biletlərinin hazırlanıb, müzakirə və təsdiq edilib dekanlığa təhvil verilməsini, tələbələrlə məsləhət saatlarının keçirilməsini kafedraların diqqətinə çatdırıb.

Gündəlikdə duran ikinci məsələ - “Kafedralarda 2019-2020- ci tədris ilinin Payız imtahan sessiyasına hazırlığın vəziyyəti” barədə kafedra müdirləri məlumat verib.

 “Filialda 2019-cu il üzrə elmi-tədqiqat fəaliyyətinin nəticələri” barədə Tədris və elmi işlər üzrə direktor müavini E.Məmmədov Şura üzvlərinə geniş məlumat verib.

Gündəlikdəki cari məsələlərin müzakirəsi başa çatdıqdan sonra fakültə Elmi Şura iclası müzakirə olunan məsələlər barəsində müvafiq qərarlar qəbul edib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Dekabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad Filialında  ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Maarifpərvər Milli Lider” adlı elmi seminar keçirilib. Seminarda filialın professor-müəllim heyəti və tələbələri iştirak edib. Tədbirdə filialın Ümumelmi fənlər kafedrasının müdiri tarix üzrə fəlsəfə doktoru Məmmədhəsən Əliyev seminar iştirakçılarını salamlayıb və seminara öz işində uğurlar arzulayıb.

Elmi seminarda “Maarifpərvər Milli Lider” mövzusu ilə filialın müəllimi tarix üzrə fəlsəfə doktoru Könül Kərimova məruzə edib. Ümummilli lider Heydər Əliyevin sovet və müstəqillik dövründə Azərbaycanda təhsilin inkişafı üzrə gördüyü işlərdən, islahatlardan danışıb. Qeyd edib ki, Azərbaycan təhsilinin inkişafında Ulu Öndərin müstəsna xidmətləri olmuşdur.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Məlumat üçün bildirək ki, Amerika Birləşmiş Ştatlarının Bakıdakı Səfirliyinin təşəbbüsü ilə professor Elizabet Sandel bu həftə Bakıda səfərdədir. E.Sandel Təhsil Departamentinin professorudur. Məktəbəqədər təhsil sahəsində 40 ildən çox təcrübəsi olan professor Rusiya, Türkiyə, Portuqaliya və İngiltərədə mühazirələr deyib. Qeyd edək ki, bu E.Sandellin Azərbaycana dördüncü səfəridir.

Bununla əlaqədar olaraq, ABŞ Səfirliyinin təşəbbüsü ilə dekabrın 10-da ADPU-nun İbtidai təhsil fakültəsində professor Elizabet Sandelin mühazirəsi keçirilib. Qeyd edək ki, görüş ADPU-nun tərəfdaş olduğu PETRA layihəsi çərçivəsində baş tutub. Mühazirədə fakültənin müəllim və IV tədris ili tələbələri iştirak edib.  Mühazirənin əsas mövzusu “Bakalavr pilləsində təhsil alan tələbələrin tədqiqat işləri” olub. 

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi