шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

UNİVERSİTET

Elanlar

2019-cu il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya, elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbul ELAN EDİR
DOKTORANTURAYA XARİCİ DİLLƏR ÜZRƏ QƏBUL PROQRAMLARI
2019-cu ilin dekabr ayında keçiriləcək doktorluq imtahanlarının cədvəli
TYUTOR HAZIRLIĞI

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

“TYUTOR HAZIRLIĞI” ÜZRƏ SERTİFİKAT PROQRAMINA

SƏNƏD QƏBULU ELAN EDİR

“Tyutor hazırlığı” kursu aşağıdakı tədris modullarından ibarətdir:

- təhsil qanunvericiliyinin ətraflı araşdırılması və tədris prosesinə tətbiqi;

- tədris sənədlərinin tərtibi qaydaları;

- tələbələrlə davranış qaydaları və onlarla işin psixoloji xüsusiyyətləri;

- ingilis dili səviyyəsinin yüksəldilməsi;

- situasiyaların həlləri;

- texniki bacarıqların artırılması.

“Tyutor hazırlığı” kursu  15 yanvar 2020-ci il tarixdən başlayaraq ödənişli əsaslarla 2 ay müddətinə təşkil olunacaq. Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara topladıqları ballara uyğun sertifikatlar təqdim olunacaq.

           

Kursda iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • Ali təhsil haqqında sənədin (diplomun) surəti;   
  • İş yerindən arayış (işləyənlər üçün);
  • 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil.

Sənədlər 10 yanvarr  2020-ci il tarixədək (şənbə və bazar günlərindən başqa) saat 10:00-dan 17:00-dək qəbul edilir.

 

Ünvan: Bakı şəhəri, Həsən Əliyev küçəsi 104, ADPU-nun II tədris binası “Davamlı təhsil və innovasiyalar” şöbəsi (otaq 710) 

Telefon: (+99412) 465-29-76    

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

           

ADPU XÜSUSİ PEDAQOGİKA (DEFEKTOLOGİYA) ÜZRƏ TƏLİM PROQRAMINA SƏNƏD QƏBULU ELAN EDİR

Təlim proqramının təşkilində məqsəd xüsusi təhsil sahəsində peşəkar xidmət göstərə biləcək mütəxəssislər hazırlamaqdır.

“Xüsusi pedaqogika” proqramı aşağıdakı tədris modullarından ibarətdir:

- Oliqofrenopedaqogika - intellektual pozulması olan(Əqli gerilik və Psixi inkişaf ləngiməsi) uşaqların təlim-tərbiyəsi ilə məşğul olan elm sahəsi

- Surdopedaqogika - eşitmə pozulmaları (kar və zəif eşidən) olan uşaqların təlim-tərbiyəsi ilə məşğul olan elm sahəsi

- Tiflopedaqogika - görmə pozulmaları (kor və zəif görən) olan uşaqların təlim-tərbiyəsi ilə məşğul olan elm sahəsi

- Loqopediya - nitq pozulmaları olan uşaqların korreksiya işinin təşkili ilə məşğul olan elm sahəsi

Təlimlər 10 yanvar 2020-ci il tarixdən başlayaraq ödənişli əsaslarla 10 gün müddətinə təşkil olunur.Təlimləri müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar verilir.

           

Təlimlərdə iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • Ali təhsil haqqında sənədin (diplomun) surəti;   
  • İş yerindən arayış (işləyənlər üçün);
  • 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil.

Sənədlər  10 yanvar 2020-ci il tarixədək (şənbə və bazar günlərindən başqa) saat 10:00-dan 17:00-dək qəbul edilir.

 

Ünvan: Bakı şəhəri, Həsən Əliyev küçəsi 104, ADPU-nun II tədris binası “Davamlı təhsil və innovasiyalar” şöbəsi (otaq 710) 

Telefon: (+99412) 465-29-76

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.; Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Elan

Dekabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Dəyirmi masa keçirilib. Dəyirmi masada Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin direktoru  İlkin Həsənovun “Əmək bazarında dəyişən tələblər və mövcud vəziyyət” mövzusunda məruzəsi dinlənilib. Tədbirdə ADPU-nun rəhbərliyi, dekan, kafedra müdirləri, əlaqədar şöbə və mərkəz müdirləri, Tədris texnologiyası üzrə professor-müəllim heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan ADPU-nun tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov bildirib ki, Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin direktoru  İlkin Həsənov fəaliyyəti dövründə müasir dövrdə təhsildə yeni yanaşmaları araşdırmış, müəllimlərin ehtiyaclarını müəyyən etmək üçün sorğu və tədqiqat aparmış, müəllimlərin ehtiyaclarına uyğun müxtəlif mövzularda təlimlər keçmişdir. Əlavə olaraq, müxtəlif layihələrin proqramının hazırlanmasında iştirak etmiş, layihənin meneceri və koordinatoru olmuş, icrasına nəzarəti həyata keçirmişdir. Bu gün biz İlkin Həsənovun təqdimatında MİQ-in test bazası və intervu mərhələsindəki tələblər nədən ibarətdir və yeni tədris planları hazırlayarkən bunu necə nəzərə ala bilərik kimi məlumatları əldə edəcəyik.

Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin direktoru İlkin Həsənov çıxışında öz fəaliyyəti haqqında məlumat verib və “Əmək bazarında dəyişən tələblər və mövcud vəziyyət” mövzusunda  məruzə ilə çıxış edib. İlkin Həsənov bildirib ki, Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin əsas məqsədi müasir dövrdə tələb olunan bacarıqlara yiyələnmiş, inkişafa açıq təfəkkür tərzinə sahib, ömür boyu öyrənən, kritik və yaradıcı düşüncəyə malik, əməkdaşlıq edə və ünsiyyət qura bilən vətəndaş yetişdirməkdir. Bizim əsas hədəfimiz təhsildə mövcud olan məsələləri və onların həlli yolunu araşdıraraq baş verən yeniliklərlə müəllim və tələbələri məlumatlandırmaqdır.

Tədbirdə mövzu ətrafında çıxışlar dinlənilib və videoçarx nümayiş etdirilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Dekabrın 5-də  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil fakültəsində Pedaqoji psixologiya kafedrası və Respublika Təhsil Şurasının birgə təşkilatçılığı ilə “Təhsilin psixopedaqoji məsələləri” mövzusunda elmi seminar keçirilib.

Seminarda Respublika Təhsil Şurasının sədri, Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru, “Şöhrət ordenli” professor Hikmət Əlizadə, Məktəbəqədər təhsil fakültəsinin professor-müəllim heyəti iştirak edib.

Seminarı giriş sözü ilə açan Pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya üzrə elmlər doktoru Qızxanım Qəhrəmanova bildirib ki, dünya təcrübəsi göstərir ki, istənilən dövlətin inkişaf səviyyəsini yüksək dəyərli məhsul yarada bilən insan resursları müəyyən edir. Həmin prosesdə elm və təhsil inkişafın təməl prinsipini təşkil edir. Müəllim, Ulu Öndərimizin söylədiyi kimi, bizi həyata hazırlayan və bu günlərə gətirib çıxaran insandır. Əgər həyat yolumuza nəzər salsaq, yaşından, vəzifəsindən, mövqeyindən asılı olmayaraq hər birimizin valideynlərimizlə bərabər müəllimlərə borclu olduğumuzu görərik. Müdriklər deyir ki, “Müəllim o deyil ki, öyrədir, o şəxsdir ki, ondan öyrənirlər”. Ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev elm sahəsini hər zaman diqqət mərkəzində saxlamış, onun inkişafı üçün böyük qayğı göstərmişlər. Ölkə Prezidentinin böyük uzaqgörənliklə söylədiyi “Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümükün deyildir...” konseptual fikrinin əsasında elm və təhsilin inkişaf yollarının aydın strategiyası dayanır. Bu sahədə ADPU-nun rektoru, professor Cəfər Cəfərovun apardığı məqsədyönlü işlər buna əyani sübutdur. Universitetdə aparılan təhsil islahatlarının nəticəsi olaraq seminarımız Respublika Təhsil Şurasının və ADPU-nun birgə təşkilatçılığı ilə həyata keçirilib.

Daha sonra seminarda çıxış edən BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru, professor Hikmət Əlizadə “Təhsilin psixopedaqoji məsələləri” mövzusu ilə bağlı ətraflı məlumat verib, seminar iştirakçılarının suallarını cavablandırıb.

Seminarda Pedaqoji psixologiya kafedrasının əməkdaşları tərəfindən hazırlanmış “Şöhrət ordenli” professor Hikmət Əlizadənin həyat və yaradıcılığını əks etdirən foto-sujet nümayiş etdirilib.

Mövzu ətrafında Pedaqoji Psixologiya kafedrasının professoru Ərəstun Baxşəliyev və Ümumi psixologiya kafedrasının müdiri Ramiz Əliyev çıxışlar edərək öz dəyərli fikirlərini bölüşüblər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademiki H.Əliyev adına Coğrafiya İnstitutunun növbəti elmi seminarı keçirilib. Seminarda Paleocoğrafiya şöbəsinin dissertantı ADPU-nun Cəlilabad Filialının müəllimi Eldar Muradlı  “Palinoloji və mineraloji məlumatlar əsasında iqlimin  kəmiyyət və  keyfiyyət göstəricilərinin  təyini”  mövzusunda məruzə ilə çıxış edib. Məruzəçinin apardığı tədqiqat işində informasiya-statistik üsulla paleoiqlimin kəmiyyət (orta illik, yanvar və iyul temperaturları, yağıntıların orta illik miqdarı) və keyfiyyət (isti, soyuq, rütubətli, quraq və s.) göstəricilərinin rekonstruksiyası və iqlim parametrlərinin dəyişməsinin dinamikası göstərilib.  Azərbaycanda litoloji (dağ süxurlarının maddi tərkibi) və paleobotanik məlumatlar əsasında iqlim dəyişmələrinin və təbii mühitin ümumi qanunauyğunluqlarını aşkar edilməsi haqqında məlumat verib. Müxtəlif üsullarla paleoiqlimin təyin edilməsi zamanı müəyyən olunub ki, ümumi qanunauyğunluqlar daha çox iyul ayında özünü göstərib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Dekabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 2 nömrəli tədris binasındakı Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib. Anım mərasimində universitetin rəhbərliyi və Nərimanov RİH-in başçısının müavini İradə Mahmudova iştirak edib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi Aytən Daşdəmirova bildirib ki, Azərbaycan xalqının XX əsrdə yetirib dünya siyasətinə pərvazlandırdığı ideya və əməl nəhəngi, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin adı zəmanəmizin ən böyük siyasət və dövlət xadimlərinin, nadir şəxsiyyətlərinin sırasında yer almışdır. Heydər Əliyev bənzərsiz həyatı və zəngin fəaliyyəti ilə dünya tarixinə şərəfli səhifələr yazmış qədim bir xalqın Ümummilli Lideri səviyyəsinə yüksəlmişdir. Ulu öndər Heydər Əliyev ömrü mübarizə və qələbələrdən keçən, öz xalqının tarixi taleyində müstəsna rol oynayan, uca məramı və möhtəşəm əməlləri ilə əbədiyyət qazanan dahi şəxsiyyətdir. Bu qüdrətli insan onu tanıyan hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək keyfiyyətləri ilə unudulmaz izlər buraxmışdır. Böyük şəxsiyyətin adı xalqımız üçün ucalıq rəmzinə, əməlləri hünər timsalına çevrilmişdir. Hələ sağlığında əfsanələşmiş böyük rəhbərin həyat və fəaliyyəti doğma xalqına xidmət, ulu dəyərlərə sədaqət meyarı olmuşdur. Bu böyük insan öz xidmətləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş ən böyük azərbaycanlıdır.

Heydər Əliyevin adı Azərbaycan tarixində təkrarolunmaz siyasətçi, qüdrətli dövlət başçısı, əfsanəvi şəxsiyyət, xalqının sevimli övladı kimi qalacaqdır. Hər bir azərbaycanlının qəlbində Ulu Öndərin ölməz obrazı daim yaşayır.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək qeyd edib ki, xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin vəfatından 16 il keçir. Xalqımız hər il Ulu Öndərə vəfa borcunu layiqincə yerinə yetirir. Dahi şəxsiyyət Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının Ümummilli Liderinə, dünya siyasətinin nəhənglərindən birinə çevirmişdir. Ona görə də Azərbaycan xalqı bu böyük övladı ilə haqlı olaraq öyünür. Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi kimi qiymətləndirilən bu dövrdə Ulu Öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratmış, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur. Heydər Əliyevin ən böyük xidmətlərindən biri Azərbaycanı öz layiqli siyasi varisi cənab İlham Əliyevə həvalə etməsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz həyatımızın bütün sahələrində böyük uğurlar qazanır.

Nərimanov RİH-in başçısının müavini İradə Mahmudova çıxış edərək qeyd edib ki, Ulu Öndərin qətiyyəti və uzaq görən siyasəti sayəsində ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Heydər Əliyevin siyasi obrazının Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsi olduğunu bildirmişdir.

ADPU-nun Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyevin anım gününə həsr olunmuş “Əbədi Lider” adlı sənədli film nümayiş etdirilib.

Tədbirdə Tarix və coğrafiya fakültəsinin tələbəsi Bilqeyis Abbasova tərəfindən Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında hazırlanmış bədii kompozisiya  təqdim edilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Dekabrın 4-də Heydər Əliyev Mərkəzində Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş teatrlaşdırılmış tamaşa nümayiş olunub.Tədbirdə ADPU-nun Cəlilabad Filialının professor müəllim heyəti və tələbələri iştirak edib.

Azərbaycan xalqının ədəbi və fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin həyatı, yaradıcılığı və ictimai-siyasi fəaliyyətinə həsr olunan və Cəlilabad Filialının tələbələri tərəfindən hazırlanan “Həqq söylərəm” teatrlaşdırılmış tamaşası nümayiş olunub. Tamaşada Nəsimi fəlsəfəsinin dünyəviliyi, onun yaradıcılığının zəmanəsindəki qəddar rejim və azadlıq uğrunda mübarizə göstərilib.

 İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi