+994124930032    [email protected]   Abiturient

Previous Next

“Bəxtiyar Vahabzadə - Türk dünyası tarixi, mədəniyyəti və ədəbiyyatı” adlı beynəlxalq simpozium keçirilib

Şəki şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu,  Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), ADPU-nun Şəki filialı, ADPU-nun Quba filialı və AMEA Şəki Regional Elmi Mərkəzinin birgə  təşkilatçılığı ilə  “Bəxtiyar Vahabzadə - Türk dünyası tarixi, mədəniyyəti və ədəbiyyatı”  adlı beynəlxalq  simpozium keçirilib. Azərbaycan, Türkiyə və dünyanın müxtəlif ölkələrindən alimlərin iştirak etdiyi simpozium onlayn və üz-üzə təşkil olunub. Simpoziumun açılış mərasimi Şəkidə - dahi şair Bəxtiyar Vahabzadənin Ev Muzeyində baş tutub.

Açılış mərasimində AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, İnstitutun “Dədə Qorqud” filialının müdiri prof. Ramazan Qafarlı, AMEA-nın Dilçilik İnstitutunun direktoru, prof. Nadir Məmmədli, ADPU-nun Şəki filialının direktoru r.e.d., dos. Rafiq Rasulov, B.Vahabzadənin Ev Muzeyinin direktoru Elşən Zəkəriyəbəyli, AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, dos.Yusif Şükürlü, İKSAD İnstitutunun prezidenti dr. Lətif Emek, ADPU-nun əməkdaşı Aynur Qafərli çıxış edib,istiqlal şairinin yaradıcılığınının əsas xüsusiyyətlərindən, müstəqillik ideyalarından, fəlsəfi fikirlərindən, şairin Azərbaycan və Türk ədəbiyyatında mövqeyindən söhbət açıblar.  

Sonra ADPU-nun Şəki filialında bölmələr üzrə təqdimatlar olub. Azərbaycan Milli Elmlər Akademiyası, AMEA Şəki Regional Elmi Mərkəzi “Folklorşünaslıq və el sənətləri” şöbəsinin, ADPU,  ADPU-nun Şəki filialının, AMEA Nizami Gəncəvi adına Ədədbiyyat İnstitutunun, Hindistanın Mangalore Universiteti, Türkiyənin Düzce Universiteti, Kütahya Dumlupınar Üniversiteti, Osmaniye Korkut Ata Üniversiteti, İranın Islamic Azad Universitetinin tədqiqatçıları onlayn və üz-üzə olmaqla, hibrid formada təşkil edilən sessiyalarda məruzələr edərək Bəxtiyar Vahabzadənin bədii yaradıcılığı ilə bağlı dəyərli araşdırmalarını təqdim ediblər.

Konfransın bağlanışı zamanı iştirakçılara sertifikatlar təqdim olunub.

Ünvan məlumatları

Üzeyir Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000

Şəbəkəmiz

Kollec və filiallarımız ilə tanış olun

Faydalı resurslar

Xəbərlərə abunə olun

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin