шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Elektron resurslar və elektron kataloq şöbəsi

Elektron resurslar və elektron kataloq şöbəsi

 

 1.Məhyəddinova Arifə ş.m  2.Qasımova Türkan Baş kit  3.Rəsulova Əsmət Kitab  4.Əhmədova Zülfiyyə kitabx  5beyaz  guln  7.Proqramçı
 Məhyəddinova Arifə
Şöbə müdiri
 Qasımova Türkan
Baş kitabxanaçı
Rəsulova Əsmət
Kitabxanaçı 
 Əhmədova Zülfiyyə
Kitabxanaçı
 Səmədbəyli Bəyaz
Kitabxanaçı
 Yusifova Gülnarə
Kitabxanaçı
İmanov Mehman
Proqramçı 

 

 

Elektron kitabxanalar haqqında elmi fikirlər son illərdə yaranmışdır. XX əsrin 50-ci illərindən başlayaraq elektron kitabxanaların yaradılması və təcrübi olaraq reallaşdırılması üçün milli və transmilli proqram layihələr işlənmiş, təqribən 90-cı illərin əvvəllərindən həmin kitabxanalar fəaliyyət göstərməyə başlamışdır.

Elektron  kitabxanaların yaradılmasının bir neçə obyektiv səbəbi vardır:

-İstifadəçi müəyyən kitabxanaya gəlmədən, istənilən coğrafi ərazidə yerləşməsindən asılı olmayaraq həmin kitabxananın elektron resurslarından istifadə edə bilir

-Elektron kitabxana ən qiymətli və nadir nüsxəli ədəbiyyatın mühafizə edilməsi;

-Çap əsərlərinin istənilən yerdə oxunması;

-Elektron kitabxanaların”qapısı” nın heç vaxt bağlı olmaması.

Azərbaycanda ilk dəfə 2004-cü ildə elektron kataloq  Prezident Kitabxanasında yaradılıb.

Rusiya Federasiyasının ELNİT Assosiasiyasının İRBİS-64 AKİS-Kitabxana İnformasiya Sistem fondun komplektləşdirilməsindən tutmuş, kitab verilişinədək bütün kitabxana proseslərinin avtomatlaşdırılmasını təmin edir. Bundan əlavə,hər bir internet istifadəçisi kitabxananın Web səhifəsi vasitəsilə onun elektron kataloqundan və digər elektron resurslarından istifadə edə bilər.

1.İRBİS-64 AKİS-dünyanın 20-yə yaxın ölkəsində 1500-dən artıq kitabxanada tətbiq edilir. Bu avtomatlaşdırılmış idarə etmə sistemi informasiya və kommunikasiya texnologiyaları sahəsində bütün beynəlxalq tələblərə və müasir kitabxana-biblioqrafiya standartlarına və formalarına cavab verir.

2.Bütün lokal şəbəkələrdə işləyir.

3.Koorporativ kitabxana sistemlərinə və texnologiyalarına inteqrasiya edilə bilir.

4. Web texnologiyası və Z39.50 protokolu ilə uzlaşır.

5.UNİMARC,USMARC,MARC21,RUSMARC formatlarına tam uyğundur.

6. İRBİS-AKİS Beynəlxalq AKİS-lərin formatlarını konfertasiya edir.

7. İRBİS-AKİS Beynəlxalq AKİS-lərə konvertasiya edilir.

8.İBİS-AKİS DÜL təsnifat sistemlərini,web formatda İSO,XML,UTF8, Windows-1251, cp 866 və digər formatlarla uzlaşır.

9.İRBİS AKİS də “Komplektləşdirici”, “Kataloqlaşdırıcı”, “ Oxucu”, “Kitabverilişi” və “İnzibatçı” avtomatlaşdırılmış  iş yerləri fəaliyytə göstərir.