шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Xarici ekspertin silsilə seminarları davam edir

Tədqiqat və inkişaf şöbəsi

Məlumat üçün qeyd edək ki, Lehigh Universitetinin professoru, təhsil üzrə ekspert xanım Jill Sperandionun Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Yeni öyrətmə təcrübələri adlı” silsilə seminarları davamlı olaraq təşkil edilir.

[gallery ID=34]

Tədqiqat və inkişaf şöbəsinin təşkilatçılığı ilə fevralın 13-də Tarix və coğrafiya, fevralın 21-də isə Filologiya fakültəsinin professor-müəllim heyəti üçün təlimlər təşkil olundu. Ümümən 19 nəfərin iştirak etdiyi seminarların keçirilməsində əsas məqsəd cəmiyyətlə birlikdə təhsil sisteminin də dəyişib inkişaf etdiyi bir dövrdə müəllim heyətini müasir təlim metodları ilə tanış etmək və bu metodların tədris prosesində tətbiqi yollarını araşdırmaq qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir. Təlim zamanı interaktiv təlim metodlarından istifadə olundu, qrup şəklində təqdim olunan mövzular ətrafında müzakirələr aparıldı. Sonda iştirakçılar bu kimi təlimlərin davamlı olmasını arzu etdiklərini bildirdilər. Qeyd edək ki, gələcək günlərdə digər fakültələrin professor-müəllim heyəti üçün analoji seminarların keçirilməsi nəzərdə tutulub.