шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Ədəbiyyatın tədrisi texnologiyası

 filologiya elmləri doktoru, professor


ADPU-nun Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri
İş telefonu: +(99412) 493-92-56

Qısa bioqrafik məlumat

  • 1942-ci il martın 20-də Yevlax rayonunda anadan olub.
  • 1948-1958-ci illərdə Sabir adına Yevlax şəhər orta məktəbində təhsil alıb..
  • Evlidir. Üç qızı var.

Təhsili, elmi dərəcəsi və elmi adı

  • Ali təhsillidir. 1959-1965-ci illərdə ADU-nun (indiki BDU) Filologiya fakültəsinin Jurnalistika şöbəsində qiyabi təhsil alıb.
  • 1975-ci ildə filologiya elmləri namizədi,1990-cı ildə filologiya elmləri doktoru,
  • 1991-ci ildə professordur..

Əmək fəaliyyəti

·        1965-1966-cı illərdə Yevlax şəhər mədəniyyət evinin müdiri, "Qələbə" adlı rayonlararası qəzetin redaksiyasında ədəbi işçi, "Təşəbbüs" adlı Yevlax rayon qəzetində məsul katib, "Mübarizə" adlı Goranboy rayon qəzetində ədəbi işçi, məsul katib vəzifələrində işləyib. 

·        1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda nəşr olunan "Gənc müəllim" qəzetinin redaktoru təyin olunub. 1969-1970-ci illərdə universitetdə partiya komitəsinin katibi seçilib. 1970-ci ildə "Ədəbiyyat tarixi" kafedrasında baş müəllim, 

·        1980-ci ildə "Ədəbiyyat və onun tədrisi" kafedrasında dosent işləyib. 

·        1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 

·        1975-ci ildə filologiya elmləri namizədi,1990-cı ildə filologiya elmləri doktoru,

·         1991-ci ildə professor adını alıb. 

·        1997-ci ildən 2005-ci ilə kimi ADPU-nun Pedaqoqika fakültəsinin dekanı işləyir.

·        2006-cı ildən Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiridir.

 

Apardığı dərslər

  1. Azərbaycan ədəbiyyatı tarixi
  2. Uşaq ədəbiyyatı
  3. İfadəli oxudan praktikum

 

Yetişdirdiyi mütəxəssislər

  • elmlər namizədi: 12

 

Elmi yeniliklər

  • Uşaq ədəbiyyatının təşəkkülü, inkişaf mərhələləri haqqında ilk dəfə dürüst elmi mülahizələr yürütmüşdür. Onun  “Detskaya literatura Azerbaydjana” adlı dərs vəsaiti Moskva Dövlət Universitetində dərs vəsaiti  kimi istifadə olunmuş, Azərbaycan uşaq ədəbiyyatının mərhələləri ilk dəfə bu kitabda müəyyənləşmişdir.

 

İctimai əsaslarla apardığı vəzifələr

  • Təhsil Nazirliyi Azərbaycan dili və ədəbiyyatı üzrə Respublika olimpiadasının sədri;
  • Azərbaycan Yazıçılar Birliyində rəyasət heyətinin üzvü
  • ADPU-nun filologiya fakültəsində metodşuranın sədri
  • “Göyərçin” jurnalının redaksiya heyətinin üzvü
  • Respublika Təhsil Nazirliyi üzrə dərslikləri qiymətləndirmə şurasının üzvü

 

Fəxri adlar

1.     Respublikanın əməkdar müəllimi

2.     Türksoyun “Haldun Taner”-100 medalı

3.     Tərəqqi medalı

4.     “Zolotoy telyonok” mükafatı laureatı

5.     “Qızıl qələm” mükafatı

6. Respublika və beynəlxalq simpoziumların sertifikatlarını

     7. Qızıl Kəlmə mükafatı lauriyatı                                 

 

Tədqiqat sahəsi

  • 40 kitab
  • 300-ə yaxın elmi məqalə
  • Uşaq ədəbiyyatı sahəsində tədqiqatlar aparır
  • Müəllim hazırlığı və kurrikulum sahəsində təhsil islahatları ilə bağlı tədqiqatlar.

 

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı

  • 1979, Bakı, “Sovet və Azərbaycan uşaq ədəbiyyatının problemləri” beynəlxalq konfrans;
  • 1981, Riqa, Uşaq ədəbiyyatının problemləri Beynəlxalq konqres;
  • 1981, YUNESKO-nun MOIDL təşkilatının Moskvada keçirdiyi dünya xalqlarının uşaq ədəbiyyatı mövzusunda beynəlxalq simpozium;
  • 1983, Alma-ata, Sosializm cəmiyyətinin yeni mərhələsində uşaq ədəbiyyatının problemləri beynəlxalq konfrans;
  • 1985, “Uşaq ədəbiyyatı və ibtidai sinif dərslikləri” mövzusuna həsr olunmuş simpozium;
  • 1986, Kiyev, “Uşaq ədəbiyyatı və uşaqların estetik tərbiyəsi” problemlərinə həsr olunmuş simpozium;
  • 1988, Moskva, “Məktəb islahatı və uşaq ədəbiyyatının vəzifələri” mövzusunda keçirilən simpozium;
  • 1989, Qazaxıstan, “Uşaq ədəbiyyatının problemləri” beynəlxalq konfrans;
  • 2007, Bakı, “Müəllim hazırlığı siyasəti və problemləri” beynəlxalq simpozium;
  • 2007, Ankara, Hacettepe universitetində müəllim, hazırlığı ilə bağlı beynəlxalq konfrans;
  • 2008, Qafqaz universitetində “Uşaq ədəbiyyatı problemlərinə həsr olunmuş beynəlxalq konfrans;
  • 2010, Moskvada MDPU-da keçirilən “Məktəbəqədər yaşlı uşaq təhsilinin problemlərinə həsr olunmuş YUNESKO-nun keçirdiyi beynəlxalq konfrans;
  • 2010, Ankara “Müəllim hazırlığı”siyasəti və problemləri;
  • 2010, Türkiyənin Hacəttəpə universitetində “Müəllim hazırlığı problemləri” beynəlxalq simpoziumunda
  • 2011, Moskva, YUNESKO-nun xətti ilə təhsilin problemləri beynəlxalq simpozium;
  • 2013, Bakı, Müəllim hazırlığı siyasəti və problemləri”, beynəlxalq simpozium;
  • 2012, Qafqaz universiteti B.Vahabzadə beynəlxalq simpozium;
  • 2012, Qafqaz universitetində keçirilən beynəlxalq uşaq ədəbiyyatı simpozium;
  • 2013, Bakı, “Müəllim hazırlığı siyasəti və problemləri” beynəlxalq simpozium.
  • 2015, Qafqaz universitetində Uşaq ədəbiyyatının problemlərinə həsr olunmuş beynəlxalq simpoziumunda bölmə rəhbəri
  • 2017, Qazaxıstan, Türksoyun Beynəlxalq Simpoziumu
  • 2018, Bakı, Azərbaycan – Türkiyə ədəbi əlaqələr simpoziumunda məruzə etmişdir.

 

Seçilmiş əsərləri

·        Uşaqlara sevinc bağışlamaq qayəsi. Azərbaycan məktəbi jurnalı, N6,2013

·        Ölümə qalib gələn sevgi. Azərbaycan jurnalı, N1,2014

·         Qərib hey... Kredo, Gəncənin səsi qəzetlərinin iyun nömrələrində 2014

·         Ədəbiyyat təlimində yeni yanaşma. Azərbaycan dili və ədəbiyyatı tədrisi elmi-metodik jurnal N4, 2014

·         Düşündürən poeziya. 525-ci qəzet. 13 yanvar 2015

·         Ömrün yetmişinci yazı. Zaman Azərbaycan qəzeti, 13 mart 2015

·         İntelelkt ünvanlanan ədəbiyyat dərslikləri. Respublika qəzeti, 2015

·         Uşaq ədəbiyyatımızın tədqiqində yeni uğur  Sevinc Rəsulovanın “Azərbaycan uşaq ədəbiyyatının marifşi-realist mərhələsi XIX əsrin II yarısı-XX əsrin əvvəlləri” monoqrafiyasına ön söz

 

Kitablar

İbtidai siniflər üzrə dərslik

·        Azərbaycan dili. II siniflər üçün dərslik. Bakı, Altunkitab, 2015

·        Azərbaycan dili. III siniflər üçün dərslik.Bakı, Altunkitab , 2016

 

·        Ali məktəblər üçün

·        Azərbaycan uşaq ədəbiyyatı (Moskva) 1986-cı il

·        Uşaq ədəbiyyatı Bakı 2008, 2009, 2011, 2012-ci illərdə nəşr olunub.