шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Fizikanın tədrisi texnologiyası kafedrası

Pedaqogika üzrə elmlər doktoru, professor

ADPU – nun fizikanın tədrisi metodikası

Kafedrasının professoru

Iş telefonu: (994) 124989440

Qısa bioqrafik məlumat

1940-cı il oktyabrın 25-də Lənkəran rayonunun viyən kəndində anadan olub.

1957-ci ildə Kərgəlan kənd orta məktəbi bitirib.

Evlidir, iki oğlu, bir qızı var.

Təhsili, elmi dərəcəsi və elmi adları

Ali təhsillidir. 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnistitunun (indiki ADPU-nin) fizika fakultəsini bitirib.

1974-cü ildə “Yarımkeçirici cihazlarla məktəb fizika eksperimentinin aparılması metodikası” mövzusunda namizədlik dissertasiya müdafiə edərək 5801.01-fizikanın tədrisi metodikası ixtisası üzrə pedaqoji elmlər namizədi adını alıb. 1983-cü ildə dosent vəzifəsinə seçilib.

2003-cü ildə “Məktəb fizika eksperimentinin sistemi və onun təkmilləşdirilməsi problemləri” mövzusunda doktorluq dissertasiya müdafiə edib, 5801.01-fizikanın tədrisi metodikası ixtisası üzrə pedaqoji elmlər doktoru adını alıb. 2010-cu ildən professordur.

Əmək fəaliyyəti

1963-cü ildə kərgəlan kənd orta məktəbində fizika müəllimi, 1965-ci ildə Gərmətük kənd orta məktəbinə direktor müavini təyin edilmiş, 1970-ci ildə ADPU-nin aspiranturasına qəbul olunmuş, 1974-cü ildə Fizikanın tədrisi metodikası kafedrasına müəllim, baş müəllim, 1983-cü ildən dosent, 2010-cu ildən professor seçilmişdir.

262 ixtira, monoqrafiyya, dərs vəsaiti, metodik vəsait və məqalələr müəllifidir

Elmi fəaliyyəti

Məktəb fizika eksperimentinin müasir sistemini, fizika eksperimentinin didaktik funksiyası, nümayiş, frontal laboratoriya işləri və praktikum üzrə müəllimin fəaliyyət modelləri təklif edilmişdir.

Tədris etdiyi fənlər

Fizikanın tədrisi metodikası

Məktəb fizika eksperimentinin müasir sistemi

Tədqiqat sahəsi

Məktəb fizika eksperimenti

Müəllim hazırlığı və kurikulum sahəsində təhsil islahatı

İxtiraları

·Temperaturu ölçmək üçün nümayiş cihazı termometri

·Elektrik sultanı

·Qaz qanunlarını nümyiş etdirmək üçün cihaz

·Metallarda istilik keçiriciliyi nümayiş etdirmək üçün cihaz

·Mayelərdə təzyiqi nümayiş etdirmək üçün cihaz

· Paskal qanununun doğruluğunu nümayiş etdirmək üçün cihaz

· Optik cihaz

·Zəncirvari nüvə reaksiyasını nümayiş etdirmək üçün cihaz

·Dalğa maşını

Mükafatları:

· SSRİ Maarif Nazirliyinin və SSRİ Pedaqoji Elmlər Akademiyasının Fəxri fərmanı, 1973.

· Tələbə elmi – tədqiqat işlərinin təşkilində əldə etdiyi nailiyyətlərə görə SSRİ Ali və orta ixtisas təhsili Nazirliyinin Döş nişanı.1986.

· Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi . Döş nişanı. 2012.

· Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Fəxri fərmanı, 2015

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı

· III Ümumittifaq pedaqoji mühazirələri. Minsk 1972

·V Ümumittifaq pedaqoji mühazirələri. Minsk 1974

·İV Respublika konfransı. Bakı, 2008.

·Müəllim hazırlanması siyasəti və problemləri. Bakı, TSKA, 2007.

· V Beynəlxalq konfransı, Bakı, 2008.

·Beynəlxalq konfrans. Ankara, 2010.

· II Beynəlxalq konfrans. Dərbənd 2010.

·IV Fasiləsiz təhsil sisteminin modelləşdirilməsi. Maxaçqala, 2012

·Fasiləsiz təhsil sisteminin modelləşdirilməsi. 2014.

Kitablar

·Azərbaycanda fizikanın tədrisi metodikasının inkişafı. Bakı 2006.

·Pedaqoji Universitetlərdə “Məktəb fizika eksperimenti” II hissə. Bakı.Vətən.2011.

·Fizikadan laboratoriya işləri. 7-9 siniflər üçün . Bakı, Bakınəşr, 2008.

· Fizikadan laboratoriya işləri. 10-11 siniflər üçün. . Bakı, Bakınəşr, 2008.

· Fizikanın tədrisi metodikası. I hissəBakı.Vətən.2009.

·FTM üzrə test tapşırıqları. Bakı. Vətən. 2009.

· Pedaqoji Universitetlərdə “Məktəb fizika eksperimenti” IV hissə. Bakı.Vətən.2011.

· Fizikadan nümayiş eksperimenti. (IX siniflər üçün). Bakı, 2011.

· Fizikadan nümayiş eksperimenti. (VIII siniflər üçün) . Bakı, Vətən. 2011.

· Kurikulum üzrə fizikadan dərs nümunələri. Bakı. Vətən nəş. 2014.

· Fizikanın tədrisi metodikası. Bakı. Vətən. 2016.