Musiqi və onun tədrisi texnologiyası kafedrası
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
Abdullayeva Zemfira Kafedra müdiri Professor |
Dadaşova Minarə Professor |
Bağırova Tamella Professor |
Rzayeva Firəngiz Dosent |
Əfəndiyeva Elmira Dosent |
Axundova Gülarəxanım Dosent |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
Hidayətova Firəngiz Baş müəllim |
Qəribova Arifə Baş müəllim |
Seyidova Zemfira Baş müəllim |
Aslanova Gülarə Baş müəllim |
Sultanova Zemfira Baş müəllim |
Abasova Lalə Baş müəllim |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
İskəndərova Lalə Baş müəllim |
Əhmədova İradə Baş müəllim |
Dadaşova Elmira Baş müəllim |
Hacıyeva Svetlana Baş müəllim |
Kamilova Nərmin Baş müəllim |
Kərimova Rəfiqə Baş müəllim |
![]() |
![]() |
![]() |
![]() |
||
İsmayılova Kəmalə Baş müəllim |
Quliyeva Şəhla Baş müəllim |
Yarıyeva Xanım Müəllim |
Əliyeva Maralxanım Müəllim |
||
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
Qocayeva Xatirə Müəllim |
Bakıxanova Gülnarə Müəllim |
Mirzəbəyova Şəhla Konsertmeyster |
Hacıyeva Sevda Konsertmeyster |
Məmmədova Təranə Konsertmeyster |
Əliyeva Mehriban Konsertmeyster |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
Əliyeva Vəfa Konsertmeyster |
Həsənova Elmira Konsertmeyster |
İsmayılova Rəna Konsertmeyster |
Ağalarova Xəyalə Böyük laborant |
Vəzirova Aytac Laborant |
İsgəndərov Elxan Tədris ustası |
İş telefonu: +994 (0) 12 441 10 18
e-poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Ünvan: Bakı ş., Nəsimi r., Nəsibbəy Yusifbəyli küç. 41А
Musiqi fənləri və onların tədrisi metodikası» kafedrası 1982-ci ildən fəaliyyət göstərir. Kafedranın ilk müdiri dos. Nəcməddin Məlikməmmədov olmuşdur. O, 1982-ci ildən ömrünün sonuna kimi (1998) kafedraya başçılıq etmişdir.1998-ci ildən etibarən kafedraya pedaqoji elmlər doktoru, professor Jalə Qədimova rəhbərlik edir. Kafedranın inkişafında dos.E.Əfəndiyeva, dos.A.Həsənova, dos.L.Həsənova, dos.G.Axundova,p.e.ü.f.d.F.Hidayətova və b. səmərəli xidmətləri olmuşdur.
Strukturu
Kafedra 3 bölmə üzrə xüsusi avadanlıqlarla təchiz olunmuş 10 auditoriya fəaliyyət göstərir.
- Xor sinfi və dirijorluq;
- Nəzəriyyə və solfecio;
- Vokal.
Statistik göstəricilər(2013)
- 20 nəfər professor-müəllim heyəti
- 1 nəfər elmlər doktoru, professor
- 4 nəfər fəlsəfə doktoru, dosent
- 1 nəfər fəlsəfə doktoru, baş müəllim
- 1 nəfər fəlsəfə doktoru, müəllim
- 8 nəfər baş müəllim
- 1 nəfər 0,5 ştat əmək.inc.xadimi, müəllim
- 1 nəfər 0,5 ştat müəllim
- 6 nəfər konsertmeydtr heyəti,
- 3 nəfər laborantdan ibarətdir.
Elmi fəaliyyət
“Musiqi fənləri və onun tədrisi metodikası” kafedrasının elmi işlərinin istiqaməti musiqinin tədrisi metodikası, musiqi tarixi, musiqi nəzəriyyəsi. Musiqi əsərlərinin təhlili, xor dirijorluq və vokal üzrə aparılmış elmi – tədqiqat işlərindən ibarətdir.
Bu müddət ərzində 1 nəfər elmlər doktoru, 7 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almışlar. İndiyə kimi 5monoqrafiya, 30 dərslik və dərs vəsaiti, 7 metodik tövsiyə 35 fənn proqramı, 300 dən çox məqalə, 100-ə yaxın tezis çap olunmuşdur. Bir sıra beynəlxalq konranslarda məruzələr edilmişdir.
Kafedrada 1 nəfər aspirant – dissertant, 4 nəfər magistr var.
Kafedrada mütəmadi olaraq elmi seminarlar keçirir. Seminarın materialı toplu şəklində nəşr olunur. İxtisas üzrə göndərilən dissertasiyalara rəy verilir, açıq dərslər təşkil olunur.
Kafedra əməkdaşları mütamadi olaraq xüsusi qayğıya ehtiyacı olan uşaqların, Qarabağ əlillərinin görüşünə gedir, onlara hədiyyələr təqdim edir, bayram tədbirləri keçirirlər.
Kafedranın müəllim və tələbə heyəti indiyə qədər bir sıra elmi konfranslarda müvəffəqiyyətlə çıxışlar etmiş və I, II, III dərəcəli diplomlara layiq görülmüşlər. Kafedrada xor kollektivi də fəaliyyət göstərir. Xorun rəhbəri baş müəllim Nərmin Kamilovadır. Kollektiv Musiqili Komediya Teatrının, R.Behbudov adına Mahnı Teatrının səhnəsində, H.Əliyev adına İdman və Konsert Kompleksində, Alman-Azərbaycan Cəmiyyətinin birgə təşkil etdiyi konsertdə müvəffəqiyyətlə çıxışlar etmiş, 2004-2011-ci illərdə ali təhsil müəssisələri arasında keçirilən musiqi festivalının qalibi (1-ci yer) olmuşlar. Kafedrada Azərbaycan musiqi xadimləri ilə mütəmadi görüşlər və yubiley tədbirləri keçirilir. Xalq artisti, prof. Eldar Quliyevlə, Xalq artisti, prof. Ramiz Zöhrabovla, prof. Oqtay Rəcəbovla və bəstəkar prof. Azər Dadaşovla keçirilən görüşlər tələbələrin musiqi təhsili və tərbiyəsində mühüm rol oynamışdır.
Ayrı-ayrı vaxtlarda tanınmış incəsənət xadimləri və bəstəkarlar (Adil Bəbirov, Hacı Xanməmmədov, Yaşar Səfərov, Faiq Sücəddinov, Nailə Mirməmmədli, Şəfiqə Axundova, Eldar Mansurov) kafedrada müəllim kimi çalışmış, musiqi müəllimlərinin yetişməsində böyük əmək sərf etmişlər. Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli indi də kafedrada öz əmək fəaliyyətini davam etdirir.
Tədris işi
Tədris olunan fənlər
Bakalavr pilləsi üzrə
- Musiqinin elementar nəzəriyyəsi
- Musiqi müəllimliyi ixtisası
- Harmoniya
- Musiqi müəllimliyi ixtisası
- Xor sinfi və xor oxumanın metodikası
- Musiqi müəllimliyi ixtisası
- Musiqi əsərlərinin təhlili
- Musiqi müəllimliyi ixtisası
- Azərbaycan xalq musiqisinin əsasları
- Musiqi müəllimliyi ixtisası
- Solfecio
- Musiqi müəllimliyi ixtisası
- Musiqi nəzəriyyəsinin əsasları və harmoniya
- Musiqi müəllimliyi ixtisası
- Polifoniya
- Musiqi müəllimliyi ixtisası
- Xorşünaslıq
- Musiqi müəllimliyi ixtisası
- Xor aranjirovkası
- Musiqi müəllimliyi ixtisası
- Dirijorluq və onun tədrisi metodikası
- Musiqi müəllimliyi ixtisası
- Məktəb mahnı repertuarı
- Musiqi müəllimliyi ixtisası
- Vokal və onun tədrisi metodikası
- Musiqi müəllimliyi ixtisası
- Azərbaycan xalq yaradıcılığı
- Musiqi müəllimliyi ixtisası
- Musiqi ədəbiyyatı
- Musiqi müəllimliyi ixtisası
- Musiqi tarixi
- Musiqi müəllimliyi ixtisası
- Musiqinin tədrisi metodikası
- Musiqi müəllimliyi ixtisası
Magistratura pilləsi üzrə
- Müasir dövr musiqi tarixinin tədrisi metodikası
- Musiqi müəllimliyi ixtisası
- Etnomusiqişünaslıq
- Musiqi müəllimliyi ixtisası
- Musiqi fənləri tədrisi metodikasının müasir problemləri
- Musiqi müəllimliyi ixtisası
- Musiqi tədrisinin tarixi və metodologiyası
- Musiqi müəllimliyi ixtisası
- Musiqi fənnində yeni texnologiyaların tətbiqi
- Musiqi müəllimliyi ixtisası
- Musiqi nəzəri fənlərinin tədrisi metodikası
- Musiqi müəllimliyi ixtisası
- Xor partituralarının oxunuşu
- Musiqi müəllimliyi ixtisası
- Muğamin nota köçürülməsi
- Musiqi müəllimliyi ixtisası
- Xanəndəlik sənəti
- Musiqi müəllimliyi ixtisası
- Alətşünaslıq və orkestrləşdirmə
- Musiqi müəllimliyi ixtisası
Kafedranın professor – müəllim heyəti bakalavr pilləsi üzrə Xor sinfi və xor oxumanın metodikası, Musiqi əsərlərinin təhlili, Musiqinin tədrisi metodikası, Azərbaycan xalq musiqisinin əsasları, Solfecio, Musiqi nəzəriyyəsinin əsasları və harmoniya, Polifoniya, Xorşünaslıq, Xor aranjirovkası, Dirijorluq və onun tədrisi metodikası, Məktəb mahnı repertuarı, Vokal və onun tədrisi metodikası, Seçmə fənn, Musiqi tarixi kursları üzrə yüksək səviyyədə mühazirələr oxuyur, laboratoriya seminar və məşğələ dərsləri aparırlar. Bakalavr pilləsi ilə yanaşı olaraq kafedrada 060108 – “Musiqi müəllimliyi” üzrə magistr hazırlığı həyata keçirilir.
Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazırlanmış və Elmi Şurada təsdiq olunmuşdur. Bütün fənlər üzrə tədris mövcud sillabuslara uyğun olaraq aparılır. Son illər kafedrada tədris olunan fənlərin dərslik və dərs vəsaitləti ilə təmin olunması sahəsində uğurlu addımları atmışdır. Belə ki, kafedrada əməkdaşları tərəfindən çoxlu sayda dərsliklər, dəsr vəsaitləri hazırlanmış və tələbələrin istifadəsinə verilmişdir. Bunlara misal olaraq prof. J.H.Qədimovanın “Musiqinin tədrisi metodikası” (2007) dərslik, “Musiqi” dərslik (2007), “Etnomusiqişünaslıq” dərslik (2009),Методика музыкального образования dərslik (2011), Формы и методы использования идей азербайджанских просветителей в музыкальном воспитании» metodik tövsiyə (1994), Musiqi pedaqogikası: tarixilik və müasirlik (2012) (dərslik), Məktəb mahnı üzərində iş musiqi müəlliminin hazırlığında əsas amil kimi dos. E.Əfəndiyevanın “Musiqi əsərlərinin təhlili” (2009) , “Musiqi tarixi üzrə 1500 test (2011), “Rus musiqi mədəniyyəti” (2011), “Azərbaycan musiqi ədəbiyyatı”, dos.A.Həsənova “Məktəb mahnı repertuarı” (2009), dos.G.Axundova “Azərbaycan xanəndəlik ənənəsinin və vokal mədəniyyətinin yaranması və inkişafı (2010), B/m. P.Babayeva “Rus bəstəkarlarının seçilmiş opera əsasları (2009), fəlsəfə doktoru F.Hidayətova “Musiqi və vətənadaşlıq sənəti (2009), “Aşıq sənətinin yaranma tarixi və inkişafı” (2009), “Pedaqoji təmayüllü ali məktəblərdə musiqi müəllimlərininhazırlığında musiqi kurikulumundan istifadənin imkan və yolları (O.Rəcəbovla ilə birl. 2011), B/m. N.Kamilova I, II , III siniflər üçün “Musiqi dərsliyi (2010), B/m. K.İsmayılova “Solfecio” fənnindən tədrisi (2010), B/m. E.Dadaşova və m. M.Əliyeva “Dirijorluq və onun tədrisi metodikası” dərsliklərini misak göstərmək olar.
Xarici əlaqələr
Kafedra əməkdaşları əldə etdikləri elmi nəticələr dəfələrlə bir sıra xarici ölkələrdə, o cümlədən Rusiya, Ukrayna, Belorusiya, Qazaxıstan və başqa xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda məruzə etmiş və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışlar.