шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Kimya və biologiya fakültəsi

k.ü.f.d., dosent
Kimya və Biologiya fakültəsinin dekanı
İş telefonu: +( 994)12-498 07 35

Qısa bioqrafik məlumat

Mən Mehbalıyeva Elnarə Cabir qızı 1979-cu ilin mart ayının 25-də Bakı şəhərində anadan olmuşam. 1986-cı ildə Bakı şəhəri Xətai rayonu 63 saylı orta məktəbə daxil olmuşam. 1996-cı ildə 269 saylı məktəbi bitirmişəm. Ailəliyəm, 3 övladım var.

Təhsili, elmi dərəcəsi və elmi adı

  • 1996-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya-Biologiya fakültəsinə daxil olmuşam, 2000-ci ildə həmin fakültəni bitirmişəm.
  • 2000-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Insan və heyvan fiziologiyası” ixtisası üzrə magistratura pilləsinə qəbul olmuşam, 2002-ci ildə bitirmişəm.
  • 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının A.I. Qarayev adına Fiziologiya Institutunun “fiziologiya” ixtisası üzrə aspiranturasına daxil olmuşam.
  • 2010-cu ildə “Prenatal ontogenezdə hipoksiyaya məruz qalmış heyvanlarda reflektor fəaliyyət” mövzusunda dissertasiya işimi müdafiə etmişəm və həmin ildə biologiya ixtisası üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşəm.

Əmək fəaliyyəti

  • 2003-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Insan və heyvan fiziologiyası” kafedrasında müəllim vəzifəsinə təyin olunmuşam.
  • 2008-ci ildən həmin kafedrada baş müəllim vəzifəsində çalışıram.
  • 2011-2016-cı ildə rektorun əmri ilə Biologiya fakültəsinin dekan müavini vəzifəsində işləmişəm.
  • 2016-cı ildən ADPU-nun və Elmi Şuranın elmi katib vəzifəsinə təyin olunmuşam.
  • 2017-ci ildən  Kimya və Biologiya fakültəsinə dekan təyin olunmuşam.
  • 2017- ci ildən Beynəlxalq Nobel İnformasiya Mərkəzinin Azərbaycan üzrə ekspertiyəm.

İctimai əsaslarla apardığı vəzifələr

2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmlər doktoru üzrə dissertantam. “Erkən postnatal ontogenezdə müxtəlif dərəcəli hipoksiyanın funksional sistemlərə təsir effektlərinin analizi” adlı dissertasiya  mövzusu üzərində işləyirəm.

11 proqram, 60 məqalə, 2 dərs vəsaiti (“Ürək qan-damar sisteminin morfologiyası və fiziologiyası”, “Insan və heyvan fiziologiyası fənnindən təcrübi məşğələlər”, Insan anatomiyası fənnindən sərbəst çalışmalar”) və 1 metodik (Qan və qan sisteminin fiziologiyası) göstərişin müəllifiyəm.

2012-ci ildən ADPU-nun Biologiya fakültəsi üzrə YAP qadınlar Şurasının  üzvüyəm. Bütün tədbirlərdə fəal iştirak edirəm.

 2012-ci ildən ADPU-nun Biologiya fakültəsi üzrə Ilk Həmkarlar Təşkilatının idarə heyətinin üzvüyəm.

 2013-cü ildən dossent  vəzifəsində çalışıram.

 Azərbaycan Respublikası Təhsil Nazirinin 11 noyabr  2014 tarixli 11/288 saylı əmri ilə Dövlət ali təhsil müəsisələrinin bir qrup məsul əməkdaşı ilə Türkiyə Cumhuriyyətinin tanınmış universitetinə Ankara şəhərinə ezam olunmuşam  və sertifikatla təltif olunmuşam.